Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-432/2024 22.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 15 avqust 2017-ci il tarixində Xaçmaz şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 01 iyun 1939-cu ildə Dəvəçi rayonun Şıxlı kəndində anadan olmuşdur. Orada yaşadıqdan sonra Xaçmaz şəhərinə köçərək yaşamış və 15 avqust 2017-ci ildə Xaçmaz şəhərində vəfat etmişdir. Onu Xaçmaz şəhər qəbirsanlığında dəfn etmişlər və məzarı hal-hazırda oradadır. X10 vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda ailə üzvlərinin, o cümlədən mərhum X1 da ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin, bunun üçün tələb olunan sənədləri aidiyyatı üzrə təqdim etsə də, anasının ölüm haqqında şəhadətnaməsinin olmadığına görə həmin sənədi təqdim edə bilməməyi səbəbindən çıxarış ala bilmir. X1 ölüm haqqında şəhadətnaməsini almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reyesteri kitabında anasının ölümü qeydi tapılmamışdır.Ona görə də Qeydiyyat şöbəsində ona anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə anası X3 ölüm faktını təsdiq edən sənədini başqa yolla əldə etmək mümkün deyildir, həmin faktı yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, anası X4 xx.xx.1939-cu ildə anadan olmuş və 15 avqust 2017-ci ildə vəfat etmişdir. Xaçmaz şəhər qəbirsanlığında dəfn olunub. Bu səbəbdən xahiş edir ki, ərizəsi təmin edilsin. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçini qohumluğu və ədavətləri yoxdur. Rövşəni tanıyır, onun qonşusudur. Ailəsini də tanıyır. Evdə yoldaşı və uşaqlar ilə yaşayır. Avqust ayında anası rəhmətə gedib. Anasının adı yadından çıxıb. Yasda da, dəfndə də iştirak etmişdir. Avqust ayının 15-i rəhmətə gedib. Xəstə olması səbəbindən rəhmətə gedib. Qobuqırağında dəfn olunub. Xaçmaz şəhər qəbrstanlığı ilə yaxındır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavətləri yoxdur. Rövşəni tanıyır, onunla qonşudurlar. Yaxın qalırlar. Evdə yoldaşı və uşaqlar ilə yaşayır. Valdeynləri rəhmətə gedib. Anası 2017ci ildə rəhmətə gedib. Anasının adı yadından çıxıb. Yasda da, dəfndə də iştirak etmişdir. Ürək xəstəsi idi deyə rəhmətə gedib. Xaçmaz şəhər qəbrstanlığında dəfn olunub, dəfndə də iştirak etmişdir. Anasının adı Aybacı idi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, Onun xalası oğludur. Xaçmaz şəhəri, Əfəndiyev küçəsində qalır. Evdə ailəsi ilə yaşayır. Valdeynləri rəhmətə gedib. Anası 2017-ci ildə rəhmətə gedib. Yasda da, dəfndə də iştirak etmişdir. Xəstə idi deyə rəhmətə gedib. Xaçmaz şəhər qəbrstanlığında dəfn olunub, dəfndə iştirak edmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Arayışdan müəyyən olunur ki, Ərizəçi Xaçmaz şəhəri, Əfəndiyev küçəsi 49 saylı evdə yaşayır. İş materiallarında olan doğum şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1939-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan aktdan müəyyən olunur ki, X4 15 avqust 2017-ci il tarixində Xaçmaz şəhərində vəfat etmişdir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X15 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 1939-cu il təvəllüdlü X2 xx.xx.2017-ci ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubundan görünür ki, X4 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X4 adlı şəxsə qəbir daşı qoyulmuşdur. İş materiallarından görünür ki, Ərizəçi- X2 oğludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin anası xx.xx.1939cu il təvəllüdlü X4 xx.xx.2017-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmiş və Xaçmaz şəhəri ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir Ölüm haqqında şəhadətnamənin alınması mərhumun oğlu olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyun 1939-cu il tarixdə Xaçmaz Dəvəçi rayonunda anadan olmuş X2 xx.xx.2017ci il tarixdə Xaçmaz şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimVüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-432/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-432/2024
22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver