Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-438/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası X1 xx.xx.1989-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 xx.xx.1989-cu ildə vəfat edib. Lakin anasının vəfatından sonra bu barədə həkim arayışı alınmayıb və onun ölümü Qeydiyyat şöbəsində qeydə alınmayıb. O, anası vəfat edəndə hərbi xidmətdə olmuşdur. Anasının vəfat etməsini qonşuları və qohumları təsdiq edə bilərlər. Hazırda anasından miras qalmış əmlakın sənədləşdirilməsi ilə əlaqədar onun ölüm haqqında şəhadətnaməsi zəruridir. Anasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilib. O, ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyindən, hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq anasında zob olduğunu, həm də o, qoca olduğunu bildirmişdir. Anası xx.xx.1989-cu ildə yaşadığı Arzu kəndində vəfat edmiş və qohum, qonşuların iştirakı ilə Ağyazı kənd qəbristanlığında dəfn edilmişdir. Qeyd edilənlərə əsasən ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi qapı qonşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin anası X4 xx.xx.1989-cu ildə vəfat edib və onu Xaçmaz rayonunun Ağyazı kənd qəbristanlığında dəfn etmişlər. O, ərizəçinin anası X1 dəfn və yas mərasimlərində iştirak etmişdir. X4 qocalığı ilə əlaqədar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin anası X4 xx.xx.1989-cu ildə vəfat edib və onu Xaçmaz rayonunun Ağyazı kənd qəbristanlığında dəfn etmişlər. O, ərizəçinin anası X1 dəfn və yas mərasimlərində iştirak etmişdir. X4 qocalığı ilə əlaqədar vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan XİV-ЖГ seriyalı 361726 saylı doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1969-cu ildə Xaçmaz rayonunun Arzu kəndində anadan olmuşdur. Onun atası X5, anası X9 qızıdır. İş materiallarında olan XİV-ЖГ seriyalı 730120 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1934-cı ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 375 saylı arayışından müəyyən olunur ki, X1 ölümünün qeydə alınıb-alınmaması xx.xx.1934-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə yoxlanılmış, X4 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 922 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi anası X1 ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün müraciət etmişdir. Ölümündən sonra mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə əlaqədar məlumat verilmədiyindən X1 ölümü barədə tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X4 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan məyyən olunur ki, Xaçmaz rayonunun Arzu kənd sakinləri X11, X2 və X6 mərhumə X1 xx.xx.1989-cu il tarixdə vəfat etməsini və onun Xaçmaz rayonunun Ağyazı kənd qəbristanlığında dəfn edilməsini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10(on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi anası X1 xx.xx.1989-cu il tarixdə vəfat etməsi və Xaçmaz rayonunun Ağyazı kənd qəbristanlığında dəfn edilməsi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin anası X1 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizəçiyə X1 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi üçün zəruri olduğundan, bu fakt hüquqi əhəmiyyətli olmaqla məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin anası X1 xx.xx.1989-cu ildə yaşadığı Arzu kəndində vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi anası X1 xx.xx.1989-cu ildə yaşadığı Arzu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-438/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-438/2021
11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver