Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-48/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “Mülkün natura qaydasında bölünməsi tələbi»nə dair ilkin iddia tələbi, Cavabdeh1 İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bölünmüş əmlakın ona aid hissəsinin natura qaydasında aralarında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə aparılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən Cavabdeh1 ilə paylı mülkiyyətlərinə aid 0.28 ha torpaq sahəsindən onun payına düşən ½ hissə olan 0.14 ha torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən Cavabdeh1 ilə paylı mülkiyyətlərinə aid 0.28 ha torpaq sahəsindən onun payına düşən ½ hissə olan 0.14 ha torpaq sahəsinin naturada bölünməsi ilə yanaşı, həmin torpaq sahəsində yerləşən, paylı mülkiyyət olan fərdi yaşayış evinin də ½ hissədə naturada bölünməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbi təmin edilməklə Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair JN-032F seriyalı, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən qarşılıqlı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiasını müdafiə edərək, qarşlılqlı iddianı qəbul etməyərək göstərmişdir ki, mərhum X5 onun əri olmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onun əri Fazilin birinci arvadından anadan olmuş oğludur. X5 ilə 1997-ci ildə el adəti ilə toy edərək evlənmişlər. Evləndikdən sonra Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən mərhum əri X4 məxsus olan yaşayış evində ər-arvad kimi yaşamışlar. Əri Fazil xx xxxxx 2013-cü il tarixdə vəfat etmişdir. X1 ölümündən sonra ondan miras qalmış əmlaklara hər birinə ½ hissədə mülkiyyət hüququna dair X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə paylı mülkiyyətlərinə aid olan 0.28 ha torpaq sahəsindən onun payına düşən ½ hissə olan 0,14 ha torpaq sahəsi və yaşayış evinin aralarında naturada bölünməsini istəyir.Cavabdeh naturada bölgüyə könüllü razı olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəylərinə əsasən yaşayış evinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı, torpaq sahəsinin isə hər birinə ½ hissədə olmaqla ona tikili olmayan ərazisindən 0,14 ha torpaq sahəsinin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə yaşayış evi yerləşən hissədən 0,14 ha torpaq sahəsinin naturada ayrılaraq verilməsinin mümkün olduğu müəyyən edilmişdir. Buna baxmayaraq o, yaşayış evinin də naturada bölünməsini istəyir. Qarşılıqlı iddianı isə tam əsassız hesab edir. Odur ki, ilk iddiasının təmin edilməsini, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən Cavabdeh1 ilə paylı mülkiyyətlərinə aid 0.28 ha torpaq sahəsindən onun payına düşən ½ hissə olan 0.14 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, paylı mülkiyyət olan fərdi yaşayış evinin ½ hissədə naturada bölünməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş edir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, X5 onun doğma atası olmuşdur. X2 anası X6 ilə nikahda olduğu halda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə nikahdan kənar yaşamışdır. X17 xx xxxxx 2013-cü il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra o, vərəsəlik hüququ əsasında mərhum atasına məxsus olmuş Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsusdur. 2013-cü ildə İddiaçı Xaçmaz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən mərhum X4 məxsus yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə həmin yaşayış evindən İddiaçı istifadə hüququnun tanınması tələbi təmin edilmişdir. İddiaçı mərhum X17lə rəsmi nikahda olmadığı halda valideynləri rəsmi nikahda olduqları dövrdə dövlət tərəfindən heç bir hüquqi əsas olmadan 0.28 ha torpaq sahəsindən İddiaçı torpaq payı ayrılmış və o, sui istifadə edərək mərhum valideynlərinə məxsus yaşayış evi və torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququ əldə etmişdir. Hesab edir ki, İddiaçı nəinki yaşayış evinin və hətta torpaq sahəsinin belə mülkiyyətçisi olması üçün heç bir hüquqi əsas olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN-032F seriyalı, 30213068 kodlu şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın cavabdehə aid hissədə etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmalıdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum X17in rəsmi nikah ilə arvadı olmadığından o, vərəsələr siyahısına daxil deyildir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı mərhum atasına məxsus yaşayış evindən istifadə hüququ verilmişdir. Məhkəmə tərəfindən istifadə hüququnun verilməsi, şəxsə mülkiyyət hüququnu əldə etmək üçün əsas vermir. Torpağın mülkiyyətə verilməsinə dair JN-032F seriyalı, 30213068 kodlu şəhadətnaməyə əsasən torpaq sahəsinin İddiaçı məxsus ½ hissəsi əgər mübahisəlidirsə, yaşayış evinə aid hissə qanunun tələbinə görə sübuta ehtiyacı olmayan fakt olduğundan, yəni vərəsə olmadığından miras əmlaka mülkiyyət əldə edə bilməz. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbimin təmin olunması, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair JN-032F seriyalı, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırki məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək ilk iddianı qismən qəbul etməklə mübahisə predmeti olan Xaçmaz rayonunun Qırağlı kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsinin ekspert rəyində göstərilən qaydada ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında naturada bölünməsinə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonunun Qıraqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan torpaqğın mülkiyyətə verilməsinə dair JN-032F seriyalı, 30213068 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon X8 xx xxxx 1998-ci il tarixli, 09 saylı qərarına əsasən mərhum X5 və İddiaçı paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisindən cəmi 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 643837 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, onun X2, anası X7r. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, AZ-İ seriyalı, 321877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli, 230 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətlərindən görünür ki, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 38,50 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi hər birinə ½ hissədə Cavabdeh1 və İddiaçı adına ümumi birgə mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimovun xx xxxx 2020-ci il tarixli, 10/1247 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 paylı olaraq mülkiyyətlərinə verilmiş, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ½ hissədə 0,14 ha torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Torpaq sahəsinin ½ hissədə ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ½ hissəyə ayrılmasının bölgü sxemindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ayrılması nəzərdə tutulmuş 0,14 ha hissə fərdi yaşayış evi yerləşməyən tərəfdən olmaqla, qonşu tərəfdən uzunu 61,0 metr, yaşayış evi yerləşən tərəfdən uzunu 56,25 metr, küçə tərəfdən eni 24,7 metr, zəbt olan ərazi tərəfdən eni 24,35 metr ölçülərdə olmaqla 0,14 ha torpaq sahəsinin göstərilən qaydada və ölçülərdə naturada ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimovun xx xxxxxx 2020-ci il tarixli, 10/3057 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 paylı olaraq mülkiyyətləri kimi qeydə alınmış Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən ilk iddia üzrə iddiaçının payına aid ½ hissənin naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən paylı mülkiyyət olan fərdi yaşayış evinin ½ hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilməsinə baxmayaraq yaşayış evindən də payının naturada ayrılmasını tələb etsə də o, bu hissədə öz tələbinin əsasını təşkil edən sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbində Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair JN-032F seriyalı, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı aid hissədə əsassız olduğunu göstərməklə həmin sənədlərin İddiaçı aid hissədə etibarsız hesab edilməsini tələb etsə də o, öz tələbinin əsasını təşkil edən sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən olunmuşdür ki, **********00- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxxx 2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 paylı olaraq mülkiyyətlərinə verilmiş, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsindən ilk iddiaçının payına düşən ½ hissədə 0,14 ha torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Torpaq sahəsinin ½ hissədə ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ½ hissəyə ayrılmasının bölgü sxemi ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ayrılması nəzərdə tutulmuş 0,14 ha hissə fərdi yaşayış evi yerləşməyən tərəfdən olmaqla, qonşu tərəfdən uzunu 61,0 metr, yaşayış evi yerləşən tərəfdən uzunu 56,25 metr, küçə tərəfdən eni 24,7 metr, zəbt olan ərazi tərəfdən eni 24,35 metr ölçülərdə olmaqla 0,14 ha torpaq sahəsinin göstərilən qaydada və ölçülərdə naturada ayrılması məqsədəmüvafiqdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbinin paylı mülkiyyət olan 0,28 ha həyətyanı torpaq sahəsinin 0,14 ha hissəsinin naturada ayrılması hissəsinə münasibətdə əsaslı olması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən, paylı mülkiyyət olan fərdi yaşayış evinin ½ hissəsinin naturada ayrılaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsinə aid hissədə mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissədə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ilk iddia tələbi həmin hissədə təmin edilə bilməz. İlk iddia üzər cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbində Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair JN-032F seriyalı, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı aid hissədə əsassız olduğunu göstərməklə həmin sənədlərin İddiaçı aid hissədə etibarsız hesab edilməsini tələb etsə də o, öz tələbinin əsasını təşkil edən sübutu və sənədi məhkəməyə təqdim etmədiyindən və məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbinin əsasları öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcələnin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcələnin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcələnin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və ya bütün mülkiyyətçilərin razılaşması müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşma əsasında onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməklə Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 paylı mülkiyyətlərinə aid 0.28 ha torpaq sahəsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı payına düşən ½ hissə olan 0,14 ha torpaq sahəsi naturada bölünməli, bölünməsi nəzərdə tutulmuş 0,14 ha hissədə torpaq sahəsi fərdi yaşayış evi yerləşməyən tərəfdən olmaqla, qonşu tərəfdən uzunu 61,0 metr, yaşayış evi yerləşən tərəfdən uzunu 56,25 metr, küçə tərəfdən eni 24,7 metr, zəbt olan ərazi tərəfdən eni 24,35 metr ölçülərdə olmaqla göstərilən qaydada və ölçülərdə natura şəklində ayrılaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. İlk iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə tam təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ :
İlk iddia qismən təmin edilsin. Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 paylı mülkiyyətlərinə aid 0.28 ha torpaq sahəsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı payına düşən ½ hissə olan 0,14 ha torpaq sahəsi naturada bölünsün. Bölünməsi nəzərdə tutulmuş 0,14 ha hissədə torpaq sahəsi fərdi yaşayış evi yerləşməyən tərəfdən olmaqla, qonşu tərəfdən uzunu 61,0 metr, yaşayış evi yerləşən tərəfdən uzunu 56,25 metr, küçə tərəfdən eni 24,7 metr, zəbt olan ərazi tərəfdən eni 24,35 metr ölçülərdə olmaqla göstərilən qaydada və ölçülərdə natura şəklində ayrılaraq ilk iddia üzrə İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə tam təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (bir yüz) manat pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. İş üzrə tərəflərin iddiaların verilməsi üçün ödədikləri dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev Düzdür: HAKİM XİDİR QULİYEV Düzdür: HAKİM XİDİR QULİYEV.