Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-503/2024 13.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 26 aprel 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 1964-cü ildə anadan olmuş, xəstəlik səbəbindən 26 aprel 2022-ci ildə vəfat etmişdir. Onu Xaçmaz rayonunun Mehrəliqışlaq kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt o, atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Xaçmaz rayon X5 Hüquqi Şəxsinə müraciət etdikdə də atası üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi haqqında heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Atasının ölməsi faktını onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akt və dəfn olunduğu qəbirstanlıqdakı qəbri də təsdiq edir. Bu barədə şəkilləri ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş, həmçinin tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək, atası X1 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir, qohumluqları yoxdur. Ərizəçi atası X1 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində xəstəlik səbəbindən ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X1 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir, qohumluqları yoxdur. Ərizəçi atası X1 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində xəstəlik səbəbindən ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X1 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XVİ-JQ seriyalı 337806 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində doğulmuşdur. Onun atası X2, anası isə X3r. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş, Xaçmaz rayonunun Mehrəliqışlaq kənd sakinlərinin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, X2 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 06 aprel 2023-cü il tarixli 05/29 saylı arayışından müəyyən olunur ki, xx.xx.1964-cü ildə Salyan rayonunun Albulaq kəndində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 14 noyabr 2023-cü il tarixli 280 saylı məktubundan görünür ki, X1 xx.xx.1964-xx.xx.2023-cü illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıb-alınmaması yoxlanılmış, X1 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 10 aprel 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, birliyin Xaçmaz rayon şöbəsində mərhum X1 xx.xx.2022-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1964-cü ildə Salyan rayonunun Albulaq kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində ölməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.1964-cü ildə Salyan rayonunun Albulaq kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə Salyan rayonunun Albulaq kəndində anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-503/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-503/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver