Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-539/2025 02.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 30 oktyabr 1989-cu il təvəllüdlü Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olmuş X6nun 19 may 2016-cı il tarixdə Xaçmaz rayonunun Xaspolad-oba kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu 30 oktyabr 1989-cu il təvəllüdlü X12 19 may 2016-cı il tarixdə yaşadığı Xaçmaz rayonunun Xaspolad-oba kəndində vəfat etmişdir. O, vəfat etdikdən sonra doğulduğu Xaçmaz rayonunun Xaspolad-oba kəndində dəfn edilmişdir. Lakin onun səhlənkarlığı və qanunu bilmədiyindən vaxtında oğlu üçün ölümü barədə tibbi şəhadətnaməsi almamışdır. X6 19 may 2016-cı il tarixdə vəfat etməsinə baxmayaraq tibbi şəhadətnamə alınmadığından oğlunun ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda zərurət yarandığından 19 may 2016-cı il tarixdə vəfat etmiş X7 ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etməli olmuş, müraciəti əsasında Qeydiyyat Şöbəsində sənədləri nəzərdən keçirilərkən müəyyən edildi ki, qanunla müəyyən edilmiş müddət ərzində tibbi şəhadətnamə alaraq Qeydiyyat Şöbəsinə təqdim etmədiyindən oğlunun ölümü qeydə alınmamışdır. Bu səbəbdən oğlunun ölüm şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu leykoz xəstəliyindən qəflətən vəfat etmişdir. Təcili yardım çağırmamışlar. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, ərizəçi xalası oğludur. X20 yaşadıqları kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X18 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Mərhumun dişinin müalicəsi zamanı qanına mikrob düşmüşdür. Ərizəçinin oğlunu Bakı şəhərində yerləşən xəstəxanaya aparmışlar, 10 gün sonra isə qaytarıb gətirmişlər, bundan 2 saat sonra isə vəfat etmişdir. Onu kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin oğlunu Bakıya müalicəyə aparmışlar. Fərhad Seyidov qan xəstəliyindən evində vəfat etmiş, onu kənd qəbristanlığında qohumlarının yanında dəfn etmişlər. Dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 oktyabr 1989-cu il təvəllüdlü X12 anadan olmuşdur. Atası Ərizəçi, anası X9r. -X11, X4 və X8, X2 və X5 iştirakı tərtib edilmiş aktdan görünür ki, Xaçmaz rayon Xaspoladoba kənd sakini olmuş mərhum X12 30 oktyabr 1989-cu il tarixdə Xaçmaz rayon Xaspoladoba kəndində anadan olub. X7 müraciəti əsasında 10 may 2016-cı il tarixdə B.Ə.Eyvazov adma Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu hazırda "Milli Hematologiya və Transfuzioiogiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən stasionar müalicəyə qəbul edilmişdir. Həkimlərin ciddi cəhdinə baxmayaraq xəstəlik get-gedə şiddətlənmiş və X12 19 may 2016-cı il tarixdə müalicə aldığı xəstəxanada vəfat etmişdir. X12 20 may 2016 -cı il tarixdə Xaçmaz rayon Xaspoladoba kənd sakinlərinin iştirakı ilə Xaspoladoba kənd qəbirstanlığında el adətinə uyğun olaraq dəfin edilmişdir. - Ərizəçi, İslam Seyidbabayevin, Qismət Davudovun, Ramin Mədinovun və Nurlan Bədəlzadənin iştirakı tərtib edilmiş aktdan görünür ki, xx.xx.1989 təvəllüdlü Xaçmaz rayon Xaspoladoba kənd sakini X12 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayon Xaspoladoba kəndində vəfat etmiş, xx.xx.2016-cı il tarixdə vəfat etdiyi gündən bir gün sonra kənd sakinlərinin iştirakı ilə Xaçmaz rayon Xaspoladoba kənd qəbirstanlıqında dəfn edilmişdir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 ölümü barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X13 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X27 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1989-cu il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. -Fotoşəkildən görünür ki, X12 adlı şəxsə məzar daşı qoyulmuşdur. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 1989-cu ildə doğulmuş X12 ərizəçinin oğludur. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X12 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunun Xaspoladoba kəndində ölmüş və Xaçmaz rayonu Xaspoladoba kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 9-cu bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1989-cu ildə anadan olmuş X7 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunun Xaspoladoba kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməli, X7 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunun Xaspoladoba kəndində ölməsi faktı müəyyən edilməlidir. X1 ölümünün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 oktyabr 1989-cu il tarixdə Xaçmaz rayonunun Xaspoladoba kəndində anadan olmuş X7 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunun Xaspoladoba kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-539/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-539/2025
02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver