Məhkəmə qərarları › İş №2(067)-55/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-55/2024

08.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-55/2024 08.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə birgə əldə etdikləri xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat saylı, RX seriyalı, **********08-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdehin adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat saylı, RX seriyalı, **********81 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən 0.192 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin bərabər pay və naturada bölünmısi, həmçinin birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə əldə edilmiş “Mersedes Benz” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin, xx.xx.2017-ci ildə birgə əldə edilmiş “VAZ 21074” markalı 90HN587 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dəyərinin bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi və iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə birgə əldə etdikləri xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdehin adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0.192 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin bərabər pay və naturada bölünmısi, həmçinin birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə əldə edilmiş “Mersedes Benz” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin cavabdeh tərəfindən ğz doğma anası X1 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2017-ci ildə birgə əldə edilmiş “VAZ 21074” markalı 90HN587 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin cavabdeh tərəfindən X2 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, ½ hissədə payının olması müəyyən edilməklə onların yarı dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 elektron qaydada məhkəməyə ərizə göndərərək, iş üzrə icraata xitam verilməsini və müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, tərəflərin hüquq və mənafeyini pozmur. Bununla əlaqədar iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar