Məhkəmə qərarları › İş №2(067)-592/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-592/2022

13.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-592/2022 13.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1960-cı ildə Xaçmaz rayonunda anadan olmuş doğma X2 xx.xx.2004-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə doğulmuş və ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşamış doğma bacısı X9 2004-cü ilin fevral ayının 8-də vəfat etmiş və Qaraqurtlu kənd qəbrstanlıgında dəfn edilmişdir. Həmin vaxt bacısının adına ölüm haqqında şəhadətnamə almamışdır və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. X2 həqiqətən də xx.xx.2004-cü ildə vəfat edərək Xaçmaz rayonu, Qaraqurtlu kənd qəbirstanlığında dəfn olunması qonşuların iştirakı ilə tərtib olunmuş Xaçmaz şəhər İƏD Nümayəndəliyində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli rəsmi AKT ilə təsdiq olunur. Bacısının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon X16 Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli 1762 nömrəli arayışı ilə, habelə adına ölüm haqqında şəhadətnamənin alınmaması Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 590 saylı məktubu ilə təsdiq olunur. Hazırda mərhum X2 qeydiyyatda olduğu, ünvan 2 ünvanda yerləşən yaşayış evini özgəninkiləşdirmək istərkən müəyyən olunmuşdur ki, bacısının həmin evdə qeydiyyatda olmasına görə onun ölməsi barədə şəhadətnamə lazımdır. Bu səbəbdən də həmin məsələlərinin həlli ilə əlaqədar çətinlik yarandığından faktın təsdiq olunması əhəmiyyət kəsb edir. Ərizəçi iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1960-cı ildə Xaçmaz rayonunda anadan olmuş doğma bacısı X4 xx.xx.2004-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun bacısı X7 xx.xx.2004-cü ildə vəfat edib və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbristanlığında dəfn olunub. Lakin həmin vaxt onun üçün ölüm haqqında şəhadətnamə almamışlar. O bacısının adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Bacısı xx.xx.2004-cü ildə vəfat edib və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbristanlığında dəfn edilib. Aktı qonşular imzalayıblar. Onları şahid qismində məhkəməyə təqdim edib. Səhlənkarlıq edərək bacısı vəfat edəndə həkim arayışı almamışdır. Hazırda bacısının qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən evini özgəninkiləşdirmək istəyirə və bunun üçün bacısının ölüm haqqında şəhadətnaməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ərizəçinin bacısı X7 xx.xx.2004-cü ildə vəfat edib və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbristanlığında dəfn edilib. Lakin həmin vaxt onun üçün ölüm haqqında şəhadətnaməsi alınmayıb. Ərizəçi bacısının adına ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilib. Hazırda ərizəçi bacısının qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən evini özgəninkiləşdirmək istəyir və bunun üçün ona bacısının ölüm haqqında şəhadətnaməsinin olması zəruridir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi tanışıdır, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. bildiyinə görə ərizəçinin bacısı X7 vəfat edib. Onlar onun qardaşından ev almışdır və evin sənədləşdirilməsi zamanı məlum olub ki, X4 ölüm haqqında şəhadətnaməsi yoxdur. X3 ilə şəxsi tanışlığı olmayıb, onu tanımamışdır. X4 dəfnində və yas mərasimlərində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. Ərizəçi ilə çoxdan qonşudur. Onun bacısı X1 tanımışdır. Onu həmişə Əbiş deyə çağırmışlar. O, xəstə olmuş və vəfat etmişdir. Ərizəçinin Bibixanımdan başqa Rəhimə, Bircə və Bəsti adlı bacıları da olub. Bəsti Rusiya Federasiyasında vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maraqlı şəxs Arayışından və şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan müəyyən olunur ki, X7 xx.xx.1960-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X14, anası X10r. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum bacısı X4 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin xx.xx.1960-cı il təvəllüdlü mərhum bacısı X4 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədzadə Sərxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar