Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-607/2023 13.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mebel dəsti (şifoner, termo, iki ədəd tumba, bir ədəd taxt, bir ədəd servant, 6 ədəd stul, bir ədəd stol kamot və televizor altı) 3400 manat, paltaryuyan maşın 1 ədəd dəyəri 120 manat, tozsoran bir ədəd dəyəri- 100 manat, 1 ədəd ətçəkən maşın dəyəri-200 manat, 1 ədəd mikser dəyəri-85 manat, 1 ədəd elektrik soba dəyəri-180 manat, 1 ədəd radiator tok peçi dəyəri-80 manat, 1 ədəd abedni serviz dəyəri-70 manat, bıçaq naboru dəyəri-100 manat, 1 ədəd şirli qazan dəsti dəyəri -250 manat, dəst aura tort qabi dəyəri-70 manat, paçka çay serviz dəyəri-100 manat, bir ədəd ütü stolu dəyəri-80 manat, gecə lampası 2 ədəd dəyəri 50 manat, meyvə vazı xrustal 2 ədəd dəyəri-50 manat, 1 ədəd kiçik güldan dəyəri-30 manat, 1 ədəd böyük güldan dəyəri-30 manat, 1 ədəd iri aş qazanı dəyəri- 40 manat, 1 ədəd xəmir yoğuran aliminum qazan dəyəri-20 manat, 3 ədəd padnos dəyəri-75 manat, böyük kiçik aliminim qab yuyan 2 ədəd dəyəri-20 manat, 1 ədəd xəmir yoğuran şirli dəyəri-40 manat, 1 ədəd böyük süzək dəyəri-10 manat, 1 ədəd aliminum tiyan (çimən) dəyəri-50 manat, 2 paçka çay stəkanları dəyəri-30 manat, 2 ədəd tül pərdələr dəyəri-300 manat, 2 ədəd şirli vedrə dəyəri-60 manat, 2 paçka kamot bakalları dəyəri-60 manat, 6 ədəd dəst badyalar dəyəri cəmi-40 manat, 2 paçka ləbləbi qabı dəyəri-20 manat, 4 ədəd pendir qabı dəyəri-30 manat, 2 paçka çay çaşkası dəyəri-12 manat, 2 ədəd çaynik dəyəri-12 manat, 6 ədəd şərab bardağı dəyəri-30 manat, 2 ədəd taxt pasteli dəyəri-100 manat, 2 ədəd tək pastel dəyəri-50 manat, 6 ədəd nalça dəyəri-60 manat, 1 ədəd tüklü ədyal dəyəri-30 manat, 1 ədəd taxt pokrivalı dəyəri-100 manat, 1 ədəd taxt döşəyi dəyəri-150 manat, 2 ədəd tək taxt döşəyi-75 manat, 2 ədəd yorğan -50 manat, 1 ədəd xalça dəyəri- 300 manat, 1 ədəd xalça dəyəri-280 manat, 1 ədəd xalça dəyəri- 50 manat, 1 ədəd sandıq içi dolu dəyəri-100 manat, dəsmallar, corablar, çay dəsmalları, süfrələr, tül, yastıq üzləri, tutağaclar, uşaq geyimləri dəyəri-100 manat, dörd ayaq göyərti döğrayan taxta, oxlov-qalaq dəyəri-25 manat, 585 əyarlı 4 qram nişan üzüyü dəyəri-320 manat, 585 əyarlı 20 qram komplekt dəst (sırğa, üzük, boyunbağı, qolbağ) dəyəri-1600 manat, cəmi dəyəri 8969 manat olan qızıl-zinyət və cehiz əmlaklarının və ya onların dəyərinin və 59.70 manat ödənilmiş dövlət rüsumunun və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub cavabdehə məxsus olan fərdi yaşayış evinə gəlin köçərkən aralarında mübahisə yaranana kimi həmin evdə yaşamışdır. 2022-ci ilin sentyabr ayına kimi həmin evdə yaşamışlar. Gəlin köçərkən apardığı cehiz əmlaklar həmin evdədir. Cavabdeh ona məxsus olan əmlakları könüllü olaraq qaytarmır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, tələbi qətnamə çıxarılaraq əmlaklarının ona verilməsinin təmin olunmasıdır. Cavabdehdən həm cehizlərini, həm də qızıl zinət əşyalarını tələb edir. Səhhəti yaxşı olmadığı üçün həkimə gedəcək idi. Həmin vaxt hamilə idi. Bu səbəbdən valideynlərinin evinə getmişdir. Onlara da darıxdığm üçün gəldiyini demişdir. Onların araları həmin vaxt yaxşı olmasa da, evdən mübahisə ilə çıxmamışdır. Çünki ərinin ailəsi ilə yola gedə bilmirdi. Amma evdən normal şəkildə getmişdi. Qayıdanda görmüşdür ki, qızıllarını götürüblər. Qızıllarını atası torpaq sahəsini satıb aldığı üçün ona qarşı münasibəti yaxşı deyildi. İndi qızıllarının yalandan onda olduqlarını deyirlər. Halbuki o, ata evinə gedərkən özü ilə heç nə aparmamışdır. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddiaçı gəlib cehizlərini götürə bilər. İddia ərizəsində yazılan xalçalar, paltaryuyan maşın, ətçəkən maşın, mikser, gecə lampaları, ütü stolu və s. hər biri evdədir. Lakin iddia ərizəsində tək 2 ədəd döşək göstərsə də, 1 tək nəfərlik döşək gətirib. 3 xalça yazsa da, iki xalça gətirib. Nişan üzüyü də ondadır. Qaytarmağa razıdır. Lakin qızıl dəstini özü ilə aparıb. Onlar qızıl dəstini götürməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, cehizlərindən nələrin olduğunu dəqiq bilməsə də, amma gətirdiyi cehizlər evdədir. Lakin qızıllar onlarda deyil. İddiaçının özündədir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/2515 saylı ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində adları sadalanan zərgərlik məmulatlarının və istifadə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6328.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əmlaklar, eyni zamanda nişan üzüyü ( 585 əyarlı 20 qram komplekt dəst istisna olmaqla) cavabdehin evindədir. Bu hal məhkəmə iclası zamanı cavabdeh tərəfin etirafedici ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından 585 əyarlı 20 qram komplekt dəstin cavabdeh tərəfdə olması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin qızılların cavabdeh tərəfdə olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, mebel dəsti (şifoner, termo, iki ədəd tumba, bir ədəd taxt, bir ədəd servant, 6 ədəd stul, bir ədəd stol kamot və televizor altı) 2000 manat, paltaryuyan maşın 1 ədəd dəyəri 120 manat, tozsoran bir ədəd dəyəri-80 manat, 1 ədəd ətçəkən maşın dəyəri-80 manat, 1 ədəd mikser dəyəri-30 manat, 1 ədəd elektrik soba dəyəri-80 manat, 1 ədəd radiator tok peçi dəyəri-40 manat, 1 ədəd nahar serviz dəyəri-40 manat, bıçaq naboru dəyəri-130 manat, 1 ədəd şirli qazan dəsti dəyəri -130 manat, dəst aura tort qabi dəyəri-30 manat, paçka çay serviz dəyəri-50 manat, bir ədəd ütü stolu dəyəri-35 manat, gecə lampası 2 ədəd dəyəri 30 manat, meyvə vazı xrustal 2 ədəd dəyəri-50 manat, 1 ədəd kiçik güldan dəyəri-20 manat, 1 ədəd böyük güldan dəyəri-25 manat, 1 ədəd iri aş qazanı dəyəri- 25 manat, 1 ədəd xəmir yoğuran aliminum qazan dəyəri-10 manat, 3 ədəd padnos dəyəri-30 manat, böyük kiçik aliminim qab yuyan 2 ədəd dəyəri-20 manat, 1 ədəd xəmir yoğuran şirli dəyəri-25 manat, 1 ədəd böyük süzək dəyəri-7 manat, 1 ədəd aliminum tiyan (çimən) dəyəri- 30 manat, 2 paçka çay stəkanları dəyəri-20 manat, 2 ədəd tül pərdələr dəyəri-150 manat, 2 ədəd şirli vedrə dəyəri-20 manat, 2 paçka kamot bakalları dəyəri- 40 manat, 6 ədəd dəst badyalar dəyəri cəmi- 30 manat, 2 paçka ləbləbi qabı dəyəri-20 manat, 4 ədəd pendir qabı dəyəri-20 manat, 2 paçka çay çaşkası dəyəri-10 manat, 2 ədəd çaynik dəyəri-10 manat, 6 ədəd şərab bardağı dəyəri-30 manat, 2 ədəd taxt pasteli dəyəri-60 manat, 2 ədəd tək pastel dəyəri-30 manat, 6 ədəd nalça dəyəri-36 manat, 1 ədəd tüklü ədyal dəyəri-20 manat, 1 ədəd taxt pokrivalı dəyəri-40 manat, 1 ədəd taxt döşəyi dəyəri-80 manat, 2 ədəd tək taxt döşəyi-80 manat, 2 ədəd yorğan -40 manat, 1 ədəd xalça dəyəri- 200 manat, 1 ədəd xalça dəyəri-180 manat, 1 ədəd xalça dəyəri- 30 manat, 1 ədəd sandıq içi dolu dəyəri-70 manat, dördayaq göyərti doğrayan taxta, oxlov-qalaq dəyəri-40 manat, 585 əyarlı 4 qram nişan üzüyü dəyəri-340 manat, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. mebel dəsti (şifoner, termo, iki ədəd tumba, bir ədəd taxt, bir ədəd servant, 6 ədəd stul, bir ədəd stol kamot və televizor altı) 2000 manat, paltaryuyan maşın 1 ədəd dəyəri 120 manat, tozsoran bir ədəd dəyəri-80 manat, 1 ədəd ətçəkən maşın dəyəri-80 manat, 1 ədəd mikser dəyəri-30 manat, 1 ədəd elektrik soba dəyəri-80 manat, 1 ədəd radiator tok peçi dəyəri-40 manat, 1 ədəd nahar serviz dəyəri-40 manat, bıçaq naboru dəyəri-130 manat, 1 ədəd şirli qazan dəsti dəyəri -130 manat, dəst aura tort qabi dəyəri-30 manat, paçka çay serviz dəyəri-50 manat, bir ədəd ütü stolu dəyəri-35 manat, gecə lampası 2 ədəd dəyəri 30 manat, meyvə vazı xrustal 2 ədəd dəyəri-50 manat, 1 ədəd kiçik güldan dəyəri-20 manat, 1 ədəd böyük güldan dəyəri-25 manat, 1 ədəd iri aş qazanı dəyəri- 25 manat, 1 ədəd xəmir yoğuran aliminum qazan dəyəri-10 manat, 3 ədəd padnos dəyəri-30 manat, böyük kiçik aliminim qab yuyan 2 ədəd dəyəri-20 manat, 1 ədəd xəmir yoğuran şirli dəyəri-25 manat, 1 ədəd böyük süzək dəyəri-7 manat, 1 ədəd aliminum tiyan (çimən) dəyəri- 30 manat, 2 paçka çay stəkanları dəyəri-20 manat, 2 ədəd tül pərdələr dəyəri-150 manat, 2 ədəd şirli vedrə dəyəri-20 manat, 2 paçka kamot bakalları dəyəri- 40 manat, 6 ədəd dəst badyalar dəyəri cəmi- 30 manat, 2 paçka ləbləbi qabı dəyəri-20 manat, 4 ədəd pendir qabı dəyəri-20 manat, 2 paçka çay çaşkası dəyəri-10 manat, 2 ədəd çaynik dəyəri- 10 manat, 6 ədəd şərab bardağı dəyəri-30 manat, 2 ədəd taxt pasteli dəyəri-60 manat, 2 ədəd tək pastel dəyəri-30 manat, 6 ədəd nalça dəyəri-36 manat, 1 ədəd tüklü ədyal dəyəri-20 manat, 1 ədəd taxt pokrivalı dəyəri-40 manat, 1 ədəd taxt döşəyi dəyəri-80 manat, 2 ədəd tək taxt döşəyi-80 manat, 2 ədəd yorğan -40 manat, 1 ədəd xalça dəyəri- 200 manat, 1 ədəd xalça dəyəri-180 manat, 1 ədəd xalça dəyəri- 30 manat, 1 ədəd sandıq içi dolu dəyəri-70 manat, dördayaq göyərti doğrayan taxta, oxlov-qalaq dəyəri- 40 manat, 585 əyarlı 4 qram nişan üzüyü dəyəri- 340 manat, (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri- 4713 manat) Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 59.70 manat ödənilmiş dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı Cavabdeh və 25 manatı isə İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-607/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-607/2023
13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver