Məhkəmə qərarları › İş №2(067)-609/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-609/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-609/2023 07.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində doğulmuş mərhum X1 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1996-cı il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur. Atası xx.xx.1962-ci il təvəllüdlü X4 29 dekabr 2016-cı il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində vəfat etmiş və Çarxı kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Mərhum atasından Xaçmaz rayonu, Çarxı kəndində yaşayış evi miras qalmışdır. Həmin evi vərəsəlik qaydasında adına keçirmək istəyir. Bunun üçün atasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Mərhum atasına aid ölüm haqqında şəhadətnamənin alınması üçün o, ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Həmin Şöbənin rəis vəzifəsini icra edən Ü.Baxışovanm imzası ilə ona xx.xx.2022~ci il tarixli, 05/Q-Ş88/1 5 saylı məktubla cavab verilmişdir ki, “vəfat etmiş atanız X4 barəsində xx.xx.1962-xx.xx.2022-ci illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alımb-alınmaması yoxlanılmışdır. X4 barəsində xx.xx.1962xx.xx.2022- ci illər üzrə Azərbaycan Respublikası ümumrespublika elektron məlumatın yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.05 maddəsinə görə ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz.” Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün o, TƏBİB-in Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət etmiş, həmin X7 direktoru cənab Səyyaf Tağıyev ona 17 dekabr 2022-ci il tarixli, PHŞ/6M3-2-2022-934 nömrəli məktubla cavab vermişdir ki, 1962-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə vəfatı barədə “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında Xaçmaz RMX-da heç bir məlumat yoxdur. X1 həqiqətən də xx.xx.2016-cı il tarixdə vəfat edərək Xaçmaz rayonu, Çarxı kənd qəbiristanlığında dəfn edilməsi qəbir daşındakı şəkil və yazılarla, habelə qonşuların iştirakı ilə tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli Aktla təsdiq olunur. Ölüm şəhadətnaməsinin alınmaması Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/1043/69 nömrəli rəsmi arayışı ilə təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, atası Valeh Mahmudov xx.xx.2016-cı ildə yaşadıqları Çarxı kəndində vəfat edib və Çarxı kənd qəbristanlığında dəfn edilib. Həmin vaxt həkim arayışı almamışlar. Bu yaxınlarda atası üçün ölüm haqqında şəhadətnamə almaq istəyəndə onlara məhkəməyə müraciət etməyi məsləhət gördülər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, ərizə təmin edilsin. Atası xəstələnib ölüb. Atasının ölüm haqqında şəhadətnaməsi ona gələcəkdə zəruri sənədləşmə işlərinin aparılması üçün lazım olacaq. Şahidləri qohumlarıdır və faktı təsdiq edə bilərlər. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ərizəçinin əmisi oğludur, onunla münasibətləri yaxşıdır. Onun 26 yaşı var. Valeh Mahmudov əmisi olub. O, xərçəng xəstəliyindən xx.xx.2016-cı ildə vəfat edib. O, dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi səhlənkarlıq edərək atası üçün ölüm haqqında şəhadətnaməsi almayıb. Valeh Mahmudovun xx.xx.2016-cı ildə Çarxı kəndində vəfat etməsini və Çarxı kənd qəbristanlığında dəfn edilməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, onun 53 yaşı var. Valeh Mahmudov əmisi oğlu olub. O, xəstə idi və 2016-cı ildə vəfat edib. Onun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi səhlənkarlıq edərək atası üçün ölüm haqqında şəhadətnaməsi almayıb. Valeh Mahmudovun xx.xx.2016-cı ildə Çarxı kəndində vəfat etməsini və Çarxı kənd qəbristanlığında dəfn edilməsini təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Xaçmaz rayon Nərəcan kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin atası X4 29 dekabr 2016-cı ildə vəfat etmiş və Xaçmaz rayonunun Çarxı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 16 dekabr 2022-ci il tarixli 05/Q-Ş88/15 saylı məktubundan görünür ki, X2 xx.xx.1962-xx.xx.2022-ci illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X2 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X7 17 dekabr 2022-ci il tarixli 6M3-2-2022-934 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1962-cu ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş X2 xx.xx.2016-cı ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1962-cu ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş X2 xx.xx.2016-cı ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş X2 xx.xx.2016cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar