Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-610/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1979-cu ildə anadan olmuş və Xaçmaz rayonunun Bostançı kəndində yaşamış doğma qardaşı X5 xx.xx.2002-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu ildə doğulmuş və Xaçmaz rayonu Bostançı kəndində qeydiyyatda olmaqla orada yaşamış doğma qardaşı X8 xx.xx.2002-ci ildə vəfat etmiş və Bostançı kənd qəbrstanlıgmda dəfn edilmişdir. Həmin vaxt qardaşının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Qardaşı X5 həqiqətən də xx.xx.2002-ci ildə vəfat edərək Xaçmaz rayonu, Bostançı kənd qəbirstanlığında dəfn olunması qonşuların iştirakı ilə tərtib olunmuş Xaçmaz rayon İHB -nin Dədəli kənd İƏD Nümayəndəliyində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli rəsmi AKT ilə təsdiq olunur. Qardaşının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon X7 Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli 1958 nömrəli arayışı ilə, habelə adına ölüm haqqında şəhadətnamənin alınmaması Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/Q-680/13 saylı məktubu ilə, habelə qəbir daşındakı yazılarla təsdiq olunur. Hazırda mərhum qardaşı X2 miras qalmış pay torpaq sahəsinə münasibətdə vərəsəlik məsələlərinin həlli ilə əlaqədar çətinlik yarandığından faktın təsdiq olunması əhəmiyyət kəsb edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qardaşı X8 xx.xx.2002-ci ildə vəfat edib və Bostançı kənd qəbristanlığında dəfn olunub. Həmin vaxt onun ölümü haqqında şəhadətnamə almamışdır. Qardaşının adına ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edildi. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Qardaşı xx.xx.2002-ci ildə Xaçmaz rayonunun Bostançı kəndində vəfat edib və kənd qəbristanlığında dəfn edilib. Aktı kənd sakinləri imzalayıblar. Onları şahid qismində məhkəməyə təqdim etmişdir. Səhlənkarlığı səbəbindən qardaşı vəfat edəndə həkim arayışı almamışdır. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi həmkəndlisidir, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin qardaşı X8 xx.xx.2002-ci ildə vəfat edib və Bostançı kənd qəbristanlığında dəfn olunub. O, özü də dəfndə iştirak etmişdir. X8 epilepsiya xəstəliyindən vəfat edib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin qardaşı X8 xx.xx.2002-ci ildə vəfat edib və Bostançı kənd qəbristanlığında dəfn olunub. O, özü də dəfndə iştirak etmişdir. X8 epilepsiya xəstəliyindən vəfat edib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi qapı qonşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin qardaşı X8 xx.xx.2002-ci ildə vəfat edib və Bostançı kənd qəbristanlığında dəfn olunub. Dəfndə o da iştirak etmişdir. X8 epilepsiya xəstəliyindən vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olmuşdur. Onun atası Cabbarov Yusma, anası Cabbarova Gülnazdır. İş materiallarında olan İİİ-ЖГ seriyalı 379819 doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X1 xx.xx.1979-cu il tarixdə Qusar rayonunun Bostançı kəndində anadan olmuşdur. Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olmuşdur. Onun atası Cabbarov Yusma, anası Cabbarova Gülnazdır. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçinun mərhum qardaşı X5 xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin xx.xx.1979-cu il təvəllüdlü mərhum qardaşı X5 xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-610/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-610/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver