Məhkəmə qərarları › İş №2(067)-636/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-636/2025

10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-636/2025 10.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1900-cu ildə doğulmuş və 1984-cü ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat edərək Xaçmaz rayonunun Niyazoba kənd qəbiristanlığında dəfn edilmiş X2 və 1910-cu ildə doğulmuş və xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat edərək Xaçmaz rayonunun Niyazoba kənd qəbiristanlığında dəfn edilmiş anası X8 Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat etmələri faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1953-cü ildə Quba rayonunun Ruçuq kəndində doğulmuşdur. Valideynləri ilə birlikdə sonradan Xaçmaz rayonunun Əbilyataq kəndinə köçərək orada yaşamışlar. X4 1900-cü il təvəllüdlü, anası X15 isə 1910-cu il təvəllüdlü olmuşlar. X1 1984-cü ildə, anası X15 isə xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat etmişlər və hər ikisi Niyazoba kənd qəbiristanlığında dəfn edilmişlər. Həmin vaxt valideynlərinin ölməsi barədə ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X2 1984-cü ildə, anası X8 isə xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat etmələri və hər ikisinin Xaçmaz rayonunun Niyazoba kənd qəbiristanlığında dəfn edilmələri, qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəliyində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli rəsmi aktla öz təsdiqini tapır. X2 1984-cü ildə, anası X8 isə xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat etmələri barədə tibbi şəhadətnamələrin alınmaması Xaçmaz rayon X19 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-43/3-5426/2024 saylı arayışı ilə təsdiq olunur. Valideynlərinin ölümü barədə şəhadətnamələrin alınmaması Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-636/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 637/2024 saylı məktubları ilə təsdiqlənir. Həmin məktublarda göstərilir ki, xx.xx.1910xx.xx.2024-cü və xx.xx.1900- xx.xx.2024-cü illər üzrə Azərbaycan Respublikası Ümumrespublika elektron məlumatları yoxlanılmış, ölüm akt qeydləri aşkar olunmamışdır. Valideynlərinin ölüm faktlarının müəyyən edilməsi, onlardan miras qalan əmlaklarla bağlı vərəsəlik məsələlərin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək bildirdi ki, atasından miras qalmış ev var. Həmin evin sənədləşdirilməsi üçün ölüm haqqında şəhadətnamə tələb edilir. Ölüm haqqında şəhadətnamə almalı olduğunu bilməmişdir. O, hazırda ata və anasının ölüm faktının müəyyən edilməsini istəyir. X4 1984cü ildə, anası X15 isə xx.xx.1997-ci ildə vəfat etmişdir. Hər ikisi Niyazoba kənd qəbirstanlığında dəfn olunub. İş üzrə şahidləri də var. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, ərizəçi onun həmkəndlisidir. Onun ata və anası da həmkəndliləri olub. Əbilyataq kəndində yaşayıblar, onların dəfndə də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, onun ata və anasını da tanıyırdı. X33 və Nuriyeva İzzətdir. Onların vəfat etdiyi tarix dəqiq yadında deyil, Hacağa Nuriyevin və X20 kənd qəbiristanlığında dəfnlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, Ata və anasını da tanıyırdı. Qapı qonşu olmuşlar. Atası Hacağa, anası İzzət idi. Səhv etmirsə atası 1984-cü ildə rəhmətə gedib. Niyazoba kənd qəbiristanlığında dəfn olunublar, qəbirlərini görüb. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Quba rayonunun Ruçuq kəndində anadan olmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1953cü ildə Quba rayonunun Ruçuq kəndində doğulmuşdur. Ata qrafasında X14 və ana qrafasında X15 qeyd olunmuşdur. - «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X34 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1900-cü il təvəllüdlü X9 1984-cü il tarixdə və 1910-cu il təvəllüdlü X10 1997-ci il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə heç bir məlumat yoxdur. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vəfat etmiş atası X17 barəsində xx.xx.1900-xx.xx.2024-cü illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X17 barəsində xx.xx.1900-xx.xx.2024-cü illər üzrə Azərbaycan Respublikası ümumrespublika elektron məlumatları üzrə aparılmış yoxlama ilə ölüm akt qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vəfat etmiş ananız X18 barəsində xx.xx.1910-xx.xx.2024-cü illər üzrə Maraqlı şəxsn üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X18 barəsində xx.xx.1910-xx.xx.2024-cü illər üzrə Azərbaycan Respublikası ümumrespublika elektron məlumatları üzrə aparılmış yoxlama ilə ölüm akt qeydi aşkar olunmamışdır. - Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli Aktdan müəyyən olunur ki, Xaçmaz rayon Əbilyataq kənd sakini X18 xx.xx.1997-ci il tarixdə və Xaçmaz rayon Əbilyataq kənd sakini X13 1984-cü ildə Əbilyataq kəndində vəfat etmiş Niyazoba kənd qəbiristanlığında dəfn olunmuşlar. - Fotoşəkillərdən müəyyən olunur ki, X14 və X18 adlı şəxslərə qəbir daşları qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası 1900-cu ildə doğulmuş X14 1984-cü ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat edərək Xaçmaz rayonunun Niyazoba kənd qəbiristanlığında dəfn edilmiş və 1910-cu ildə doğulmuş anası X18 xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində vəfat edərək Xaçmaz rayonunun Niyazoba kənd qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamələrin alınması mərhumların qızı olan Ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1900-cu il tarixdə Xaçmaz rayonu Əbilyataq kəndində anadan olmuş X7 1984-cü il tarixdə Xaçmaz rayonun Əbilyataq kəndində və 1910-cu il tarixdə Xaçmaz rayonu Əbilyataq kəndində anadan olmuş X11 xx.xx.1997-ci ildə Xaçmaz rayonu Əbilyataq kəndində ölmələri faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar