Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-641/2025 02.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il təvəllüdlü X3 15 oktyabr 2022-ci il tarixində Xaçmaz rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Gürcüstan Respublikasının vətəndaşı, əslən azərbaycanlı olan Hüseynov (Guseinov) Nurlan Nazim oğlu ilə rəsmi nikaha girməklə evlənmişlər. Birgə nikahdan bir övladı xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. xx.xx.2022-ci il təvəllüdlü X4 15 oktyabr 2022-ci il tarixində ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir və onu yaşadığı Xaçmaz rayonu, Xudat qəsəbəsinin qəbrstanlığında dəfn eləmişlər. Övladı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 11 saylı Uşaq Polklinikasında qeydiyyatda olmuşdur. Lakin övladı Xudat qəsəbəsində vəfat etdiyinə görə və Poliklinikaya bu barədə məlumat vermədiyinə görə uşağa ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Buna görə də indiyə kimi vəfat etmiş övladının ölümü ilə bağlı şəhadətnamə ala bilməmişlər. Əri Hüseynov (Guseinov) Nurlan Nazim oğlu ilə ayrılma dərəcəsinə gəlib çatmışlar. Belə ki, biz artıq 1 ildən çoxdur ki, faktiki olaraq ayrılmışlar və ailənin bərpası mümkün deyil. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və göstərmişdir ki, uşağı 3 aylığında evdə ölüb. Təcili yardım çağırmamışlar. Bilirdilər ki, uşaq öləcək. Bakıda OMD xəstəxanasında stasionar müalicə alıb, ürək qüsuru var idi. Orada onlara demişdilər ki, uşağı aparın burada ölməsin. Hazırda ASAN xidmətdə əri ilə boşanmaq istəyir, uşağın ölümü haqqında şəhadətnamə zəruridir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi qonşudur, münasibətləri yaxşıdır. xx.xx.2022-ci ildə ərizəçinin uşağı qızdırmadan ölüb. O, axşam gedəndə uşaq qızdırmalı idi. Həmin gün də öldü. O, xəstə idi, müalicə etdirmişdilər, amma gətirəndə vəziyyəti yaxşı deyildi. Təsdiq edir ki, ərizəçinin uşağı xx.xx.2022-ci ildə vəfat edib. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçinin anasıdır, nəvəsinin ürəyinin bir klapanı yox idi. Səhərə yaxın vəziyyəti pisləşmiş, xx.xx.2022-ci ildə uşaq ölmüşdür. Sonradan məlum oldu ki, ürəyində qüsur var. Nəvəsinin xx.xx.2022-ci ildə vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçinin anası onun bibisi qızıdır, münasibətləri yaxşıdır. Ərizəçinin uşağı 2022-ci ildə xəstəlikdən ölüb. Uşağın dəqiq hansı gün öldüyünü xatırlamır. Gedib onu dəfn etmişlər. Dəfndə qonşular da var idi. Uşağın xx.xx.2022-ci ildə vəfat etməsini təsdiq edir. İş materiallarından görünür ki, ərizəçi, X3 qohumudur. İş materiallarında olan Şahid1, Şahid2, X5 iştirakı ilə xx.xx.2024-cü ildə tərtib olunmuş aktdan müəyyən olunur ki, həqiqətən xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2022-ci il tarixində vəfat etmiş və mərhumun dəfn mərasimində onlar iştirak etmişlər. X2 yaxın qohumları tərəfindən Xudat şəhəri “Aşağı məhəllə” adlanan ərazidə yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. X11, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hüseynov Nurlan ilə X6 arasında nikah xx.xx.2021-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Hüseynova soyadını qəbul etmişdir. İş materiallarında olan vəkil sorğusuna əsasən alınmış «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan tibbi arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə 11 saylı Uşaq Polklinikasında tibbi qeydiyyata götürülmüşdür. Müayinə zamanı ETPİ olan epikriz təqdim olunmuşdur. Uşaq xx.xx.2022- 12.082022-ci il tarixlərdə müalicə almışdır. Valideynlə telefon əlaqəsi saxlanılmışvə ona bildirilmişdir ki, uşaq evdə tələf olub. Ölüm şəhadətnaməsindən imtina etmişlər. Bu səbəbdən səhadətnamə verilmədi. İş materiallarında olan fotoşəkildən görünür ki, Hüseyn adlı şəxsə məzar daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-641/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-641/2025
02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver