Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-642/2025 09.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1972-ci ildə Qusar rayonunun Gilah-oba kəndində anadan olmuş mərhum həyat yoldaşı X6 xx.xx.2003-cü il tarixdə Qusar rayonu, Gilah-oba kəndində yaşadığı evdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X12 xx.xx.1972-ci ildə Qusar rayonu, Qilah-oba kəndində anadan olmuşdur. Mərhum həyat yoldaşı X12 özünə məxsus evdə yaşamışdır. Mərhum həyat yoldaşı X12 xx.xx.2003-cü il tarixdə yaşadığı evdə vəfat etmiş, həyat yoldaşının dəfn mərasimini keçirmiş və mərhum həyat yoldaşı X29 rayonunun Gilah-oba kənd qəbiristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin oradan onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Qurban Aslanovla 1996-cı ildə ailə qrumuşlar, 1999-cu ildə isə ayırlmışlar. Birgə nikahlarından 1 uşaqları olub, lakin vəfat edib. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X18 ifadəsində göstərmişdir ki, ərizəçi baldızıdır. Ərizəçinin əvvəlki həyat yoldaşı X33 rayonunun Gilah-oba kəndində xəstəlikdən vəfat edib. Dəfndə iştirak etmişdir. Ərizəçinin həyat yoldaşı vərəm xəstəsi olmuşdur. Məhrum Qurbanın valideynləri vəfat etmiş, qardaşı və bacısı var. Qurban Aslanov 6-7 il olar ki, vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, ərizəçi dostunun baldızıdır. X14 qonşusu olub, o, xəstəlikdən vəfat etmişdir. Ərizəçidən ayırlandan sonra X31 evlənməmişdir. Qurban Qusar rayonunun Gilah-oba kənd qəbirstanlığında dəfn olunmuşdur. 7 uşaq olublar, 2-si vəfat edib, dəfndə iştirak etmişdir. Əvvəlki məhkəmə iclaslarında maraqlı tərəf X9 göstərmişdir ki, Ərizəçi qardaşı X12 ilə 1996-cı il tarixdə ailə qurmuşdur. 1999-cu il tarixdə isə nikahları pozulmuşdur. Bundan sonra 2002-ci ildə ərizəçi Abas adlı şəxslə ailə qurmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -qeydiyyat şöbəsinin arayışından görünür ki, X12 ilə X2 arasında nikah xx.xx.1996-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra qadına Aslanova soyadı verilmişdir. -X7, X10, X3 iştirakı xx.xx.2024-cü ildə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1972-ci ildə anadan olmuş Qusar rayonun Gilahoba kəndində yaşamış X15 həqiqətən də xx.xx.2003-cü ildə vəfat etmiş və Qusar rayonun Gilahoba kənd qəbiristanlığında dəfn edilmişdir. -Qusar rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 ölümü barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X12 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X2 arasında nikah xx.xx.2005-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra qadına Əhədova soyadı verilmişdir. -Qusar rayon qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. -Qusar rayon İHB-nın Gilah-oba kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 115 nömrəli arayışından görünür ki, mərhum X15 xx.xx.2003 - cü ildə vəft etmiş və Qusar rayonun Gilahoba kənd qəbiristanlığında dəfn edilmişdir. -«Qusar rayon Mərkəzi Xəstəxanası» X34 ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” Qanununun 29-cu maddəsinə əsasən, ölüm haqqında şəhadətnamə mərhumun sonuncu yaşayış yeri və ya ölümün baş verdiyi yer üzrə müvafiq qeydiyyat orqanı (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tərəfindən verilməlidir. Müraciətlə bağlı aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə mərhum X6 ölümü ilə bağlı heç bir məlumat və ya qeyd mövcud deyil. Ölüm faktını təsdiq edən tibbi sənədlər olmadığından, tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Mərhumun ölüm faktını təsdiqləmək üçün yaşayış və ya ölümün baş verdiyi yer üzrə qeydiyyat orqanına (ASAN Xidmət və ya Qeydiyyat Şöbəsi) müraciət edilməsi, əgər qeydiyyat orqanı tibbi şəhadətnaməni tələb edirsə və təqdim etmək mümkün deyilsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinə uyğun olaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1972-ci ildə Rusiya Federasiyasında doğulmuş X24 22.02,1975-cı il təvəllüdlü Əhədova (Qaratova) Zahirə Hacımirzə qızı ilə xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların 3(üç) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1 .X20 xx.xx.1995-ci il Xaçmaz rayon Yalama kəndi, 2. X21 xx.xx.1996-cı il Xaçmaz rayon Yalama kəndi, 3. X19 xx.xx.2003-cü il Xaçmaz rayon Yalama kəndi. xx.xx.1972-ci ildə Qusar rayon Qılah oba kəndində doğulmuş X12 xx.xx.1975-ci il təvəllüdlü Aslanova (Qaratova) Zahirə Hacımirzə qızı ilə xx.xx.1996-cı il tarixdə nikaha daxii olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X6 valideyinləri X4 (xx.xx.1999 ildə vəfat edib) və anası X8 (xx.xx.2007 ildə vəfat edib) onların X5 başqa 2(iki) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1. X11 xx.xx.1966-cı il Qusar rayon Qılahoba kəndi. 2. X17 xx.xx.1974-cü il Qusar rayon Qılahoba kəndi. xx.xx.1972-ci il təvəllüdlü X12 ölümü barəsində məlumat aşkar olunmadı. -Fotoşəkillərdən görünür ki, X12 adlı şəxsə məzar daşı qoyulmuşdur. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1972-ci ildə doğulmuş X12 ərizəçinin əri olmuşdur. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X12 xx.xx.2003-cü il tarixdə Qusar rayonu, Gilah-oba kəndində ölmüş və Qusar rayonu, Gilah-oba kənd qəbirstanlığında dəfn olunmuşdur. Qusar rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 9-cu bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1972-ci ildə Qusar rayonunun Gilah-oba kəndində anadan olmuş mərhum həyat yoldaşı X6 xx.xx.2003-cü il tarixdə Qusar rayonu, Gilah-oba kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməli, X6 xx.xx.2003-cü il tarixdə Qusar rayonu, Gilah-oba kəndində ölməsi faktı müəyyən edilməlidir. X1 ölümünün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə Qusar rayonunun Gilah-oba kəndində anadan olmuş X6 xx.xx.2003-cü il tarixdə Qusar rayonu Gilah-oba kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-642/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-642/2025
09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver