Məhkəmə qərarları › İş №2(067)-655/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-655/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-655/2024 12.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 29 oktyabr 2012-ci il təvəllüdlü Xaçmaz rayonunda doğulmuş mərhum qızı X6 26 iyul 2014-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Həmin nikahdan bir qız övladı dünyaya gəlmişdir. 26 iyul 2014-cü il tarixdə qızı X10 epilepsiya (qıcolma) xəstəliyindən vəfat etmişdir. Ölümündən sonra qızı X4 rayonunun Canaxır kənd qəbiristanlığında dəfn edilmişdir. Qızının ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona rədd cavabı verilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Həmin arayışların olmadığına görə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Xaçmaz rayonu, Niyazabad kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt ilə təsdiq olunur ki, 26 iyul 2014-cü il tarixdə qızı Xaçmaz rayonu, Niyazabad kənd sakini X10 rəhmətə getmiş və kənd sakinlərinin iştirakı ilə Xaçmaz rayonu, Canaxır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, vəfat etmiş şəxs X11 nəvəsidir. Uşaq xx.xx.2012-ci ildə qıcolma xəstəliyi ilə doğulmuşdu. xx.xx.2014-cü ildə öz evlərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçi bacısıdır. Uşaqda qıcolma xəstəliyi var idi. Uşağı Bakıya xəstəxanaya aparmışdılar, xəstəxanadan bildirmişdilər ki, uşağı götürüb evə aparsınlar. Evə gətirdikdən sonra xx.xx.2014-cü ildə uşaq vəfat etmişdir. Xaçmaz rayonu, Canaxır kənd qəbiristanlığında dəfn olunmuşdur. Sənədləşmə aparılmadığından uşaq üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Bacısının əvvəlki nikahından olan oğlu İlkin də 4 yaşında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşıdır. xx.xx.2014-cü ildə Qumrunun qızı Xaçmaz rayonu Niyazabad kəndində vəfat etmişdir. Canaxır kəndində dəfn etmişlər. Qumrunun başqa uşağı yoxdur, əvvəlki nikahdan olan uşağı da vəfat edib. Uşaq onların evində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Maraqlı şəxs arayışından müəyyən olunur ki, X10 xx.xx.2012-ci ildə doğulmuşdur. X2, anası Ərizəçidır. Ərizəçi, X6 qohumudur. -Məlahət Daşdəmirovanın, Babək Daşdəmirovun, Sənubər Hacıyevanın, Samirə Əhmədovanın və Səadət Daşdəmirovanın iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X10 xx.xx.2014-cü il tarixdə Xaçmaz rayonu Niyazoba kəndində vəfat etmiş, kənd sakinlərinin iştirakı ilə Xaçmaz rayon Canaxır kənd qəbristanlığında dəfn olunmuşdur. -Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X10 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X10 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X19 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 29 oktyabr 2012-ci il təvəllüdlü X6 xx.xx.2014-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. -Fotoşəkildən görünür ki, X10 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. -193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. -194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 29 oktyabr 2012-ci il tarixdə Xaçmaz rayonunda anadan olan X10 Ərizəçi qızıdır. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X10 xx.xx.2014 il tarixdə yaşadığı evdə ölmüş və Xaçmaz rayonu Canaxır kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 29 oktyabr 2012-ci il təvəllüdlü Xaçmaz rayonunda doğulmuş X6 26 iyul 2014-cü il tarixdə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 oktyabr 2012-ci il tarixdə Xaçmaz rayonunda anadan olan X6 xx.xx.2014-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar