Məhkəmə qərarları › İş №2(067)-668/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-668/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-668/2024 01.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçı 5 saylı X5 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı 5 saylı X5 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 5 saylı X5 Mərkəzi məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Dədəli kənd sakini Qədirov X7 meşəbəyliyinin 6 saylı dolayının ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 0,50 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 5 saylı Regional X4 təhvil verilməsi və DMF-na dəymiş 1630,39 manat ziyanın ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Xudat meşəbəyliyinin 6 saylı dolayının 51-ci kvartalının 16 və 24 cü bölmələrinin ərazisində Xaçmaz rayon Dədəli kənd sakini Cavabdeh Şıxzadə oğlu tərəfindən müxtəlif cins və diametrlərdə qanunsuz olaraq 10 ədəd yaş köküstə ağacları kəsməklə, kəsilmiş ağacların dib kötüklərini yandırmışdır. Zəbt olunmuş X9 məxsus 0,50 ha ərazidə ağac kəsimindən əlavə yaşıllıqlar və kol-koslar məhv edilərək torpağın üst münbit qatı korlanmışdır. Həmin ərazi şumlanaraq meyvə qələmləri əkilmişdir. Nəticədə DMF-na 1630 manat 39 qəpik məbləğində ziyan vurulmuşdur. Həmin fakt əsasında 5 saylı RMTM-nin meşələrin qorunub mühafizə edilməsi üzrə baş mühəndisi, Elvin Baxışov, əməyin mühafizəsi üzrə mütəxəssis Tərlan Rzayev, Xudat meşəbəyliyinin meşəbəyisi Kəmran Musayev, Xudat meşəbəyliyinin 6 saylı dolayının meşə gözətçisi Cəlil Nəcəfovun və Xaçmaz rayon Dədəli kənd sakini Cavabdeh Şıxzadə oğlunun iştirakları ilə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları akta əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, ziyanla əlaqədar artıq qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, torpağın ona məxsus olmadığını bilir, artıq bir neçə ildir ki, oradan istifadə edir, qələmlər əkib, lakin hazırda həmin torpaq sahəsini geri qaytarmağa etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli 65031 nömrəli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Xudat meşəbəyliyinin 6 saylı dolayının 51-ci kvartalının 16 və 24 cü bölmələrinin ərazisində Xaçmaz rayon Dədəli kənd sakini Cavabdeh Şıxzadə oğlu tərəfindən müxtəlif cins və diametrlərdə qanunsuz olaraq 10 ədəd yaş köküstə ağacları kəsməklə, kəsilmiş ağacların dib kötüklərini yandırmışdır. Zəbt olunmuş X9 məxsus 0,50 ha ərazidə ağac kəsimindən əlavə yaşıllıqlar və kolkoslar məhv edilərək torpağın üst münbit qatı korlanmışdır. Həmin ərazi şumlanaraq meyvə qələmləri əkilmişdir. - Xudat meşəbəyliyinin 6 saylı dolayının meşə gözətçisi X6 tərəfindən yazılmış məlumatdan görünür ki, Cavabdeh Şıxzadə oğlu tərəfindən müxtəlif cins və diametrlərdə ağacların kəsilməsi barədə Quba rayon X4 məlumat verilmişdir. - Xudat meşəbəyliyinin 6 saylı dolayının meşə gözətçisi X3 izahatından görünür ki, Xudat meşəbəyliyinin 6 saylı dolayının 51-ci kvartalının 16 və 24 cü bölmələrinin ərazisində Xaçmaz rayon Dədəli kənd sakini Cavabdeh Şıxzadə oğlu tərəfindən müxtəlif cins və diametrlərdə qanunsuz olaraq 10 ədəd yaş köküstə ağacları kəsməklə, kəsilmiş ağacların dib kötüklərini yandırmışdır. Zəbt olunmuş X9 məxsus 0,50 ha ərazidə ağac kəsimindən əlavə yaşıllıqlar və kolkoslar məhv edilərək torpağın üst münbit qatı korlanmışdır. Həmin ərazi şumlanaraq meyvə qələmləri əkilmişdir. - Cavabdeh Şıxzadə oğlunun izahatından görünür ki, o, X9 məxsus ərazidə qanunsuz olaraq qovaq cinsindən cəmi 10 ədəd yaş köküstə ağacları kəsməsini, bundan əlavə həmin ərazini yaşıllıq və kollardan təmizləyərək şumlayıb bağ salmasını etiraf etmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2158/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, Quba X5 Mərkəzinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 1630.39 manat ziyan məbləğində pul tutularaq Quba X5 Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, cavabdeh iddianı etiraf etdiyindən, iş üzrə əlavə araşdırmaya hər hansı zərurət yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçı 5 saylı Regional X4 məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, orada olan yaş köküstə ağacları kəsməklə, kəsilmiş ağacların dib kötüklərini yandırması, ağac kəsimindən əlavə yaşıllıqlar və kol-kosları məhv edilərək torpağın üst münbit qatı korlanması ilə Meşə Fonduna vurulmuş 1630.39 manat maddi ziyanın məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh torpaq sahəsinin geri qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını və işdə olan materialları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. 5 saylı X5 Mərkəzinin mülkiyyətində olan Xudat meşəbəyliyinin 6 saylı dolayının ərazisində yerləşən Cavabdeh Şıxzadə oğlunun özbaşına tutduğu (zəbt etdiyi) 0,50 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun. Həmin ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 5 saylı Regional X4 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar