Məhkəmə qərarları › İş №2(067)-694/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-694/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-694/2024 14.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 14 fevral 2024-cü ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2004-cü il tarixdə Quba rayonunda anadan olan qızım X4 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qızım X5 xx.xx.2004-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında X5 üçün ölümü barədə həkim arayışı almamışdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından X3nın ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfimdən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bir daha qeyd edir ki, X3 xx.xx.2021 ci il tarixdə yaşadığı Yevlax şəhəri, R.İbrahimov küçəsində yerləşən fərdi yaşayış evində vəfat etmişdir. X11 qızı Xaçmaz rayonu Qobuqıraq kəndində kənd camaatının iştirakı ilə kənd qəbrstanlığmda dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçi qardaşıdır. X4 xx.xx.2021-ci il tarixdə ölməsini təsdiq edir. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi əmisidir. Əmisi qızı Natavan xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbini bilmir. Natavanın dəfnində iştirak etmişdir. Natavan Xaçmaz rayonu Qobuqıraq kəndində kənd camaatının iştirakı ilə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin qızı Natavan 2021-ci il 30 avqustda vəfat etmişdir. Dəfndə kənd sakinləri ilə iştirak etmişlər. İş materiallarında olan Quba VVADQ şöbəsi tərəfindən 17 fevral 2005-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2004cü ildə doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 vəfat etməsinə görə toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, ərizəçi, X4 qohumudur. İş materiallarında olan Elnurə Usmanovanın, İbrahim Absəlimovun və Zaur Mirzəməmmədovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Ərizəçi X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun dəfn mərasimində iştirak etmişlər və Xaçmaz rayon Qobuqıraq kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X5 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. -193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. -194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2004cü il tarixdə Quba rayonunda anadan olan X5 Ərizəçi qızıdır. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X5 xx.xx.2021-ci il tarixdə yaşadığı Yevlax şəhəri, R.İbrahimov küçəsində yerləşən fərdi yaşayış evində ölmüş və Xaçmaz rayonu Qobuqıraq kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2004-cü il tarixdə Quba rayonunda anadan olmuş X4 xx.xx.2021-ci il tarixdə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Quba rayonunda anadan olan X4 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar