Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-728/2024 19.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Quba rayonunun Çiçi kəndində 1900cü ildə doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə X15 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Həyat yoldaşı X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun atası mərhum qaynatası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evini adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, mərhum qaynatasının ölməsi haqqında ölüm şəhadətnaməsi alınmamışdır. Adına işlənmiş xx.xx.1973-cü il tarixli, 2 LK N2 584632 saylı qısa müddətli pasportdan görünür ki, X10 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. X10 xx.xx.1983-cü ildə Xaçmaz şəhərində vəfat etmiş və Qaraqurtlu kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt qaynatasının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi aktla, habelə qəbir daşındakı yazılarda göstərilən fotoşkillə təsdiq olunur. Qaynatasının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon X9 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-43/2- 3618/2023 saylı arayışı ilə təsdiq olunur. Ölüm şəhadətnaməsinin alınmaması Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 382 saylı məktubu ilə təsdiqlənir. Həmin məktubda göstərilir ki, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə Xaçmaz rayon Qeydiyyat X2 ölümünün qeydə alınıbalınmaması yoxlanılmış, X10 barəsində Ümumrespublika elektron məlumatları yoxlanılmış, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum X1 barəsində ölüm faktının müəyyən edilməsi yuxarıda göstərildiyi kimi vərəsəlik məsələlərin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X10 qayınatası olmuş, onun oğlu Qafarla ailəli olmuşdur. 1970-ci ildə ailə qurmuşlar. 2022-ci ildə həyat yoldaşı ölmüşdür. Həyat yoldaşının bir qardaşı olmuş, o, RF-da yaşayıb və o da vəfat etmişdir. Qayınanası da vəfat etmişdir. Qayınatasına o baxmışdır. Ondan ev qalmış, həmin evi adına keçirmək istəyir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, uşaq vaxtından ərizəçi ilə qonşudur. Onun əri Qafar olmuşdur. Ərizəçinin qayınatası Nuhi, qayınanası Həcər olmuşdur. Onların hamısı ölmüşlər. Qafarın kiçik qardaşı olmuş, o da Qafardan əvvəl vəfat etmişdir. Ərizəçinin qayınatası Nuhi çoxdan ölmüşdür, dəqiq vəfat etdiyi tarixi bilmir, ondan sonra arvadı Həcər ölmüşdür. Ərizəçinin qayınatası Nuhinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Notarial qaydada verdiyi ərizədə ərizəçinin qayınatası Nuhinin ölüm tarixini ərizəçinin dediyinə əsasən qeyd etmişdir. Nuhinin atasının adının necə olduğunu dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Onun əri Qafar olmuşdur. Ərizəçinin qayınatası Nuhi, qayınanası Həcər olmuşdur. Onların hamısı ölmüşlər. Qafarın kiçik qardaşı olmuş, o da Qafardan əvvəl vəfat etmişdir. Ərizəçinin qayınatası Nuhi çoxdan ölmüşdür, dəqiq vəfat etdiyi tarixi bilmir, ondan sonra arvadı Həcər ölmüşdür. Ərizəçinin qayınatası Nuhinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Notarial qaydada verdiyi ərizədə ərizəçinin qayınatası Nuhinin ölüm tarixini ərizəçinin dediyinə əsasən qeyd etmişdir. Nuhinin atasının adının necə olduğunu dəqiq bilmir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Şahid1, Şahid2, Gülfirə İsmayılovanın iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X11 xx.xx.1983-cü ildə vəfat etmiş, Xaçmaz rayon Qaraqurtlu kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X10 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X10 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X21 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 1900-cü il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1974-cü il tarixli qısa müddətli pasportdan görünür ki, X10 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. İş materiallarında olan İİ-ЖГ seriyalı 848862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1852-ci ildə anadan olmuş X12 atası X14 (Шихиев Наги Мамедрасул) oğlu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçi Quba rayonunun Çiçi kəndində 1900-cü ildə doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. İş materiallarında olan qısa müddətli pasportda X5 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulması qeyd edilmişdir. Lakin İş materiallarında olan İİ-ЖГ seriyalı 848862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1852-ci ildə anadan olmuş X12 atası X14 (Шихиев Наги Мамедрасул) oğludur. Göründüyü kimi iş materiallarında olan sənədlərdə ərizəçinin qayınatasının adında və ata adında uyğunsuzluq vardır. Bəzi sənədlərdə onun ad, soyad, ata adı X13, bəzi sənədlərdə isə X3 qeyd olunub. Belə olduğu halda şəxsin ölmüş hesab olunması məsələsi məhkəmə tərəfindən müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-728/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-728/2024
19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver