Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-731/2021 29.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və vəkili X9, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, cavabdeh X1 vəkili X5 iştirakları ilə, iddiaçı X10 cavabdehlər X2, X3 və X8 qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz şəhərində 29 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETD İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabehlər Cavabdeh1, Cavabdeh2 Məmmədəli qızı və Cavabdeh3 evdən çıxarkən ona məxsus tam yararlı vəziyyətdə olan 1 ədəd krem rəngli taxt, 2 tumba, 1 ədəd güzgülü termo, 1 ədəd şifoner mebel - 1250 manat;1 ədəd krem rəngli stol, 6 ədəd krem rəngli stul -750 manat; 108 ekran ölçüdə LC markalı televizor-710 manat; 1 ədəd künc divan qəhvəyi güllü yaqstıqlı - 900 manat; 1 ədəd servant krem rəngli şüşə qapılı -320 manat; 1 ədəd xalça türk istehsalıkrem rəngli göy bəzəkli -400 manat; 1 ədəd krem rəngli balaca xalça -90 manat; 1 ədəd paltaryuyan boz rəngli LC markalı -680 manat; 1 ədəd qaz sobası LC markalı boz rəngli - 540 manat;1 ədəd boz rəngli soyuducu LC markalı -925 manat; 1 ədəd ət çəkən vest markalı boz rəngli-250 manat; 1 ədəd qaşıq dəsti qırmızı çemodanlı -230 manat; 1 ədəd nahar servizi versace naxışlı -320 manat; 4 dəst yorğan döşək çəhrayı rəngli güllü bəzəkli üzlü -920 manat; 4 ədəd yastıq -96 manat; çilçıraq qızılı rəngli -170 manat; çilçıraq qızılı rəngli balaca -70 manat;1 ədəd qazan dəsti gümüşü rəng -150 manat; VEST markalı tava dəsti qara rəngli -180 manat; VEST markalı mikrodalğalı soba boz rəngli -250 manat; Ütü texnoloq markalı ağ-göy rəngli-20 manat; 1 ədəd tozsoran qırmızı rəngli -130 manat; 1 ədəd qaşlı adyal krem rəngli -100 manat; Krem rəngli pərdə 5 metr ölçüdə 2 ədəd-1,80 manat; 1 ədəd krem rəngli jurnalnı stol -80 manat; 1 ədəd Uşaq kravatı ağ və qəhvəyi rəngli-300 manat; 1 ədəd açıq qəhvəyi sandıq -55 manat; 2 ədəd sarı şirli vedrə -40 manat; 1 ədəd uşaq kolyaskası -70 manat; 2 ədəd alminum tas -35 manat; 1 ədəd ayaqqabı rəfi qəhvəyi rəngli -18 manat; 2 ədəd böyük güldan tünd yaşıl rəngli -40 manat; Qab-qacaq-1 700 manat; 4 ədəd pastellər -190 manat dəyərində əmlaklarının yararlı vəziyyətdə ona qaytarılması və ya onların dəyəri olan 1 1982.69 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 rəsmi nikaha girərək evləndiyi keçmiş əridir. Onlar Cavabdeh3lə nikaha girib evləndikdən sonra cavabdehin valideynlərinə məxsus Xaçmaz rayonu, Manafoba kəndində yerləşən evdə birgə təsərrüfat apararaq yaşamışlar. Xasiyyətləri uyğun gəlmədiyindən cavabdeh onu bir həyat yoldaşı kimi saymadığından, dəyər vermədiyindən münasibətləri pozulmuşdur. Odur ki, 2020-ci ilin əvvəllərindən cavabdehlərdən Cavabdeh3lə münasibətləri korlanmış və öz valideynlərinin evinə qayıtmaq məcburiyyətində qalmışdır. Cavabdehlərin evinə gəlin köçərkən 1 ədəd krem rəngli taxt, 2 tumba, 1 ədəd güzgülü termo, 1 ədəd şifoner mebel - 1250 manat;1 ədəd krem rəngli stol, 6 ədəd krem rəngli stul -750 manat; 108 ekran ölçüdə LC markalı televizor-710 manat; 1 ədəd künc divan qəhvəyi güllü yaqstıqlı -900 manat; 1 ədəd servant krem rəngli şüşə qapılı -320 manat; 1 ədəd xalça türk istehsalı-krem rəngli göy bəzəkli -400 manat; 1 ədəd krem rəngli balaca xalça -90 manat; 1 ədəd paltaryuyan boz rəngli LC markalı -680 manat; 1 ədəd qaz sobası LC markalı boz rəngli -540 manat;1 ədəd boz rəngli soyuducu LC markalı -925 manat; 1 ədəd ət çəkən vest markalı boz rəngli-250 manat; 1 ədəd qaşıq dəsti qırmızı çomandanlı -230 manat; 1 ədəd nahar servizi versace naxışlı -320 manat; 4 dəst yorğan döşək çəhrayı rəngli güllü bəzəkli üzlü -920 manat; 4 ədəd yastıq -96 manat; Çilçıraq qızılı rəngli -170 manat; Çilçıraq qızılı rəngli balaca -70 manat;1 ədəd qazan dəsti gümüşü rəng -150 manat; VEST markalı tava dəsti qara rəngli -180 manat; VEST markalı mikravalnovka soba boz rəngli -250 manat; Ütü texnoloq markalı ağ-göy rəngli-20 manat; 1 ədəd tozsoran qırmızı rəngli -130 manat; 1 ədəd qaşlı adyal krem rəngli -100 manat; Krem rəngli pərdə 5 metr ölçüdə 2 ədəd-1,80 manat; 1 ədəd krem rəngli jurnalnı stol -80 manat; 1 ədəd Uşaq kravatı ağ və qəhvəyi rəngli-300 manat; 1 ədəd açıq qəhvəyi sandıq -55 manat; 2 ədəd sarı şirli vedrə -40 manat; 1 ədəd uşaq kolyaskası -70 manat; 2 ədəd alminum tas -35 manat; 1 ədəd ayaqqabı rəfi qəhvəyi rəngli -18 manat; 2 ədəd böyük güldan tünd yaşıl rəngli -40 manat; Qab-qacaq-1700 manat; 4 ədəd pastellər -190 manat dəyərində olan cehiz əmlaklarını da özü ilə ora aparmışdır. Hazırda həmin əmlaklar cavabdehlər tərəfindən özlərində saxlanılır, könüllü olaraq ona qaytarmaq istəmirlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət emişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlərin etiraz ərizəsində mövcud olmadığını qeyd etdikləri əmlaklarını gəlin köçərkən onların evinə aparmışdır. Bunu şahidləri, yəni anası və bibisi təsdiq edə bilərlər. O, cavabdehlər tərəfindən döyülməyi, ona qarşı zorakılıq olunması barədə heç yerə şikayət etməmişdir. 1700 manatlıq mətbəx dəstinə çox şey, o cümlədən, bir neçə qutu mətbəxdə işlədilən əşyalar, büllur qablar, taslar olmuş, qaşıq dəsti, termos, xəkəndaz, süpürgə, fincanlar, 4 ədəd meyvə qabı, 300 manatlıq serviz daxildir, həmin əmlakları Qusarçayda yerləşən “Kristal” mağazasından almışlar. 950 manatlıq soyuducunu da Qusarçayda yerləşən “Kristal” mağazasından almışlar, kitabçası cavabdehlərdə qalmışdır. Qaz sobasını da Qusarçayda yerləşən “Kristal” mağazasından almışlar. Cavabdeh X15 televizoru və yataq mebelini sındırdığı üçün, onların yenisini istəyir. Göstərilənlərlə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında İddiaçı 1 ədəd soyuducu, 1 ədəd qaz sobası, 1 ədəd mikrodalğalı soba və 1100 manat dəyərində büllur qablar və servizlərdən başqa tələb etdiyi bütün qalan əmlakları məhkəmə baxışınadək cavabdehlərdən aldığını, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası, 1 ədəd mikrodalğalı soba və 1100 manat dəyərində büllur qablar və servizlərinin mövcud olmasına və cavabdehlərdə olmasına dair məhkəməyə təqdim edəcəyi sübutunun oladığını bildirmiş, qeyd olunanlarla əlaqədar iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X6 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, 15.01.2020-ci ildə iddiaçı onun oğlu ilə birlikdə atasının evinə getmişdir. Həmin vaxt onun əmisi vəfat etmişdi. Lakin iddiaçı oradan qayıtmamış, kənddə deyil, şəhərdə yaşamaq istədiyini bildirmişdir. Onlar onun arxasınca getmiş, amma iddiaçı gəlməmişdir. İddiaçı bir dəfə vəkili Şahin Mütəllimovla evlərinə gəlmiş və əmlaklarını aparmaq istədiyini demişdir, lakin o iddiaçıya əşyalarını verməmişdir. Heç nədən oğlunun ailəsinin dağılmasını istəmədiyindən, məhkəmənin qərarı olandan sonra iddiaçının əşyalarını gəlib apara biləcəyini bildirmişdir. Sonradan iddiaçının valideynlərinə əmlaklarını apara biləcəklərini bildirmişdir. İddia ərizəsində göstərilənlər əmlaklardan televizor sınmışdır, lakin o, həmin əmlakı alıb iddiaçıya verəcəkdir. Qalan əşyalardan iddiaçının özü ilə gətirdiyi əşyaların hamısı yerindədir, amma ümumiyyətlə mövcud olmayanlar var. İddiaçı taxt , termo, tumba, uşaq arabası, uşaq çarpayısı, stol, stullar, künc divan, çılçıraqlar, jurnal stolu, alüminium qazanlar, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 2 ədəd döşək, xalçalar, nahar stolu, ətçəkən, 6 ədəd ucuz rumka, 2 ədəd meyvə qabı, tozsoran, ütü, alüminium və şirli taslar, nikel qazanlar, tava, şirli qazanlar, 6 ədəd nalça, tək tava, plastmas göy vanna gətirmişdir. Ancaq 1700 manatlıq qab-qacaq gətirilməmişdir. İddiaçı soyuducu, qaz sobası, mikrodalğalı soba gətirməmişdir. Etiraz ərizəsində ümumiyyətlə mövcud olmadığını qeyd etdiyi əmlaklar onlarda yoxdur və bu halı şahidləri də təsdiq edə biləcərlər. İddia ərizəsində əmlakların qiymətləri şişirdilmişdir. İddiaçının cehiz əmlakları onların evlərinə günortadan sonra gətirilmişdir. X4, X24 və X25 iddiaçının əmlakları gətiriləndə görmüşlər və hansı əmlakların gətirildiyini təsdiq edə bilərlər. Bununla yanaşı iddiaçının siyahıda qeyd etmədiyi ucuz əşyalar da var, onları da gəlib apara bilər. Göstərilənlərlə əlaqədar iddianın qəbul etdiyi mhəcmdə qismən təmin edilməsinə etiraz etmir. Hazırda keçirilən məhkəmə iclasında X6 iddiaçının onların evlərində olan bütün əmlaklarını məhkəmə baxışınadək ona qaytardığını, hətta televizor sındığı üçün onun əvəzinə yeni eyni markalı televizor alıb iddiaçıya qaytardığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X7 iddianı qismən qəbul edərək zahatında göstərmişdir ki, iddiaçı gəlin köçərkən onların evlərinə soyuducu, soba, 1700 manatlıq mətbəx dəsti gətirməmişdir. Evdə soba olmamışdır və ceyran sobasından istifadə etmişlər. İddiaçının gətirdiyi televizorun sındığı üçün yenisini alıb ona verəcəklər. İddiaçı, həmçinin, qaz sobası, soyuducu, mikrodalğalı soba, mətbəx dəsti gətirməmişdir. İddiaçı evlərindən gedəndən sonra onun otağına heç kim keçmir, otağın qapısı bağlıdır. Onlar iddiaçıya qızıl-zinət əşyaları vermişlər. İddiaçı qızıllarını, videokassetləri, sənədləri, 3 çanta paltarlarını da özü ilə aparmışdır. İddiaçının siyahıda qeyd etmədiyi ucuz əşyalar da var, onları da gəlib apara bilər. Əmlakların iddia ərizəsində qeyd olunan qiymətləri ilə razı olmadığını göstərmişdir. Hazırda keçirilən məhkəmə iclasında X7 iddiaçının onların evlərində olan bütün əmlaklarını məhkəmə baxışınadək ona qaytardıqlarını, hətta sınıq televizorun əvəzinə yeni eyni markalı televizor alıb iddiaçıya verdiklərini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X15 iddiaçının gətirdiyi televizoru sındırdığı üçün yerinə yenisini alıb verəcəyini bildirmişdir. Televizor ilk dəfə iddiaçının özünün çiyninə dəyib çatlamışdır. Sonra o, iddiaçını atasının evinə aparanda atası ona zəng eləyib televizoru istəmiş, o da televizoru vurub sındırmışdır. İddiaçı özü evdən çıxıb getmişdir. İddiaçı iddia ərizəsində əmlakların qiymətlərini şişirtmişdir və onun tərəfindən qaz sobası, soyuducu, mikrodalğalı soba, tava dəsti, 1700 manatlıq qab-qacaq dəsti gətirilməmişdir. İddiaçının 1 dəst taxt yorğan-döşəyi olmuşdur 4 dəst yorğan döşəyi, 2 ədəd alüminium tasları olmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırda keçirilən məhkəmə iclasında Cavabdeh3 iddiaçının onların evlərində olan bütün əmlaklarını məhkəmə baxışınadək ona qaytardıqlarını, hətta sınıq televizorun əvəzinə yeni eyni markalı televizor alıb iddiaçıya verdiklərini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X18 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 vəkili X11 iddianın təmin edilməməsini xahiş etmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının şahid qismində təqdim etdiyi X12 ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır, cavabdehlər qohumları olub və ədavətləri yoxdur. Göstərmişdir ki, qızı üçün toy edib köçürdüb. Cavabdehlərlə münasibətləri əvvəl yaxşı olmuş, sonra qaynanası və baldızının ailə işlərinə müdaxilə etməsi səbəbindən münasibətləri pisləşmişdir. O, qızına gəlin köçərkən hər şey vermişdir. Toydan 2-3 gün əvvəl yataq və qonaq dəsti cavabdehlərin evinə aparılmış, sonra da o biri cehizlər aparılmışdır. O, qızına 2 xalça, soyuducu, qaz sobası, “İTİMAT” soba, mikrodalğalı soba, 3 ədəddən ibarət tava dəsti, mətbəx dəsti, yorğan döşək vermişdir. Mətbəx dəstinə 12 boşqab, 12 nəlbəki, dəm çayniki, buludlar, büllur qablar, fujerlər, stəkanlar daxil olmuşlar. Qızı ər evində bütün əşyalarını işlətmişdir. O, qızına 2 ədəd çılçıraq, 1 ədəd şirli, 2 ədəd alüminium teştlər, 2 dəst 1 nəfərlik yun döşək, 1 ədəd yun taxt döşəyi, 1 ədəd yun taxt yorğanı, 2 ədəd tək yun yorğanı, 3 ədəd sintefon yorğan, 1 ədəd sintefon adeyal, mikrodalğalı soba, “LG” markalı soyuducu və qaz sobası, “Vest” firması olan tava dəsti və ət çəkən maşın vermişdir. Qab-qacaq dəstinə nikel qazan, tava və süzək dəsti, 5 ədəd şirli qazan, 4 ədəd tək qazan, tabaqlar, 24 ədəd kasa, 12 ədəd büllur stəkanlar, 12 ədəd armudu stəkanlar, 6 fujer, 3 ədəd büllur güldan, 3 ədəd dəm çayniki, 2 ədəd çaydan, 4 ədəd buludlar daxildir. İddia ərizəsində göstərilən digər əmlakları da qızının cavabdehlərin evinə apardığını təsdiq edir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının şahid qismində təqdim etdiyi X20 iddiaçının bibisi olduğunu, cavabdehlərin isə iddiaçının keçmiş qohumları olduğunu, onlarla ədavətlərinin olmadığını göstərmişdir. İddiaçının cehizləri ər evinə göndərilərkən onun gəlini gedib onun otaqlarını bəzəmişdir. O, özü xəstə qadındır. İddiaçıya 2 ədəd çılçırağın, 1 ədəd şirli, 2 ədəd alüminium teştlərin, 2 dəst 1 nəfərlik yun döşəyin, 1 ədəd yun taxt döşəyinin, 1 ədəd yun taxt yorğanının, 2 ədəd tək yun yorğanın, 3 ədəd sintefon yorğanın, 1 ədəd sintefon adeyalın, mikrodalğalı sobanın, “LG” markalı soyuducu və qaz sobasının, “Vest” firması olan tava dəstinin və ət çəkən maşının veridiyini təsdiq edir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Minayə Babasıyevanın şahid qismində təqdim etdiyi X4 ifadəsində göstərmişdir ki, cavabdehlərin qohumudur, iddiaçını da onların qohumları kimi tanımışdır, tərəflərin heç biri ilə ədavəti yoxdur. O, görmüşdür ki, toydan əvvəl dolab, 2 tumba, güzgülü termo, yazı stolu, 6 ədəd stullar, 1 ədəd nahar stolu, künc divan, 2 ədəd çılçıraq, xalça, 1 ədəd “darojka, qab-qacaq, tək-tək qazanlar, paltaryuyan maşın, 3 dəst yorğan döşək cavabdehin evinə cehiz kimi gətirilib. İddiaçının 1 ağ servantı da olmuşdur. İddiaçı tərəfindən qab-qacaq gətirilmiş, ancaq soyuducu, qaz sobası, mikrodalğalı soba, 1700 manat dəyərində qab-qacaq gətirilməmişdir. Həmçinin, qırmızı rəngdə tozsoran, paltaryuyan, ətçəkən maşın, ütü də gətirilmiş, qaz sobası, soyuducu isə gətirilməmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Minayə Babasıyevanın şahid qismində təqdim etdiyi X24 ifadəsində göstərmişdir ki, cavabdehlər X19 Babasıyevanın yeznəsidir, iddiaçını da onların qohumları kimi tanımışdır, tərəflərin heç biri ilə ədavəti yoxdur. O, iddiaçının əmlaklarının cavabdehlərin evinə nə vaxt gətirildiyini dəqiq bilmir. Onun həmin evə gediş-gəlişi olmuşdur. K.Babasıyeva ilə A.Babasıyev 28.11.2017ci ildə evlənmişlər. İddiaçı soyuducu, qaz sobası, 1500 manatlıq qab-qacaq dəsti gətirməmiş, paltaryuyan, televizor, stol-stullar, servnat, künc divanı gətirilmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Minayə Babasıyevanın şahid qismində təqdim etdiyi X25 ifadəsində göstərmişdir ki, cavabdehlərin qonşusudur, iddiaçını da onların qohumları kimi tanımışdır, tərəflərin heç biri ilə qohumluğu, ədavəti yoxdur. 2017-ci ilin noyabr ayında K.Babasıyeva ilə A.Babasıyevanın toyları olmuşdur. Həmin vaxt dolab, mebel, taxt, stol, stul, künc divanı, güzgülü termo, yorğan döşək, qab-qacaq, paltaryuyan, ətçəkən iddiaçı tərəfindən cehiz kimi gətirilmişdir. Əmlaklar evdə yerləşdiriləndə o, iştirak etmişdir, əmlaklar gəlin otağına və balkona yerləşdirilmişdir. İddia ərizəsində iddiaçının əmlakları hansı qiymətlərlə qeyd etdiyi barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 30.11.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki iş üzrə mübahisəli cehiz əmlakının və qızıl-zinət əşyalarının mövcud olmasını və hazırda cavabdehdə olmasını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və işdə olan sübutlardan iddiaçı tərəfindən iddia ərizəsində göstərilən əmlaklardan soyuducu, qaz sobası, 1500 manatlıq qab-qacaq dəstindən başqa digər əmlakların cavabdehlərə məxsus evə cehiz əmlak kimi gətirildiyi müəyyən olunur, lakin, həmin əmlaklar iddiaçı tərəfindən sonuncu məhkəmə iclasınadək götürülmüşdür. Həm iddiaçı tərəf, həm də cavabdeh tərəf qeyd edilən halla razılaşdıqlarından məhkəmə bu halı müəyyən olunmuş hesab etməklə, belə nəticəyə gəlir ki, artıq götürülmüş əmlaklara dair hissədə iddia əsaslı hesab edilə bilməz. İddia ərizəsində göstərilən digər əmlaklar - soyuducu, qaz sobası, 1500 manatlıq qab-qacaq dəstinin cavabdehlərdə olması və həmin əmlakların dəyəri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının həmin əmlakların mövcud olmasına dair sübutu yalnız özünün məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrindən ibarətdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən şahidlərin onun qohumu olmasını və həmin şahidlərə iddiaçının təsir imkanlarının olmasını nəzərə alaraq, onların ifadələrini iddianın qeyd edilən hissədə təmin edilməsi üçün əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə ioddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X10 cavabdehlər X2, X3 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-731/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-731/2021
29.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver