Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-746/2024 29.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və qanunsuz sahiblikdən geri tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0.32 ha ölçüsündə uzun müddət istifadəmdə olan daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış torpaq sahəmi mənim mülkiyyət hüquqlarımın tanınması və sözügedən torpaq sahəmin 0,11 hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq mənə qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən, uzun müddət istifadəsində olan 0,32 ha ölçüsündə torpaq sahəsi var və sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən **********11 nömrəli çıxarış almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi qaydada müraciət etməyilə əlaqədar olaraq torpaqların elektron kadastrı uçotu informasiya sistemində mülkiyyətində olan 0,32 ha torpaq sahəsinə aid həmin **********1 reystr nömrəli çıxarış öz əksini tapmış və bununla bağlı ona rəsmi qayadada cavab məktubu ünvanlanmışdır. Lakin bütün bunlara baxmayaraq Cavabdeh uzun müddət istifadəsində olan çıxarışlı torpaq sahəsinin 0.11 ha hissəsini qanunsuz olaraq istifadə edir. Tərəfindən Xaçmaz rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən 0.11 ha torpaq sahəsinin alınaraq istifadəsinə qaytarılmasını xahiş etmiş və rayon məhkəməsi də Cavabdeh qanunsuz istifadəsində olan 0.11 ha torpaq sahəsindən istifadəsinin qanunsuz olmasını hesab edib onun istifadəsinə verilməsi barədə qətnamə qət etmişdir. Buna baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli. 2 (105)-203/2021 saylı qətnaməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mənə verilmiş **********1 reystr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki kordinatlarla onun naturada faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatları arasındakı kəskin uyğunsuzluq olduğunu həmin torpaq sahəsinin onun tərəfindən istifadə edibetməməyi müəyyən edilməsinin mümkün olmaması qeyd edərək Cavabdeh ona məxsus torpaq sahəsinin qanunsuz istifadə etməsinə və həmin torpaq sahəsinin onun mülkiyyəti olmasına dair heç bir sübut təqdim etmədiyini, əksinə qeyd edilən halın ekspert rəyi ilə təkzib edilməsini qeyd edərək göstərmişdir. Halbu ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş çıxarışı vardır və mülkiyyətində olan 0.32 ha torpaq sahəsinə aid çıxarış DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən öz əksini taparaq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bu qeyd etdikləri sübut növü hesab edilir ki, sözügedən torpaq sahəsi onun mülkiyyətidir. Məhkəmə iclasında iddiaçı bu məsələ ilə bağlı bir dəfə məhkəmə işinin olmasını lakin, qərarın onun xeyrinə olmadığını bildirmişdir. Hal-hazırda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-192/2020 saylı qətnaməsinin surərindən müəyyən olunur ki, RX seriyalı ******* saylı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən 0,32 ha torpaq sahəsinin 0,11 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilməsi, 27 manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, iş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pulun 30 manatı iddiaçıya aid edilməsi, 270 manat isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 10 manat məbləğində pulun İddiaçı, 90 manatı isə Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İş materiallarnda olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-203/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh apelyasiya şikayəti təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-192/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri üçün İddiaçı 150 (100+50) manat pul tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba, 73,20 manat "xxxx" ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və qanunsuz sahiblikdən geri tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-746/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-746/2024
29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver