Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-750/2025 03.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 10 noyabr 1973-cü ildə Quba rayonunun Çiçi kəndində anadan olmuş X4 20 mart 2001-ci il tarixdə vəfat edərək onun Quba rayonunun Çiçi kənd qəbiristanlığında dəfin edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X7 20 mart 2001-ci il tarixdə qəflətən vəfat etmişdir. Onu “Dədə-baba” yurdu olan Quba rayonunun Çiçi kənd qəbtrstanlığında dəfin etmişlər. Müraciət etmədiklərinə görə onun ölüm faktı Xaçmaz rayon mərkəzi xəstəxanasında və Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda vərəsəliklə əlaqədar oğlu X4 ölüm faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçi qardaşıdır. Onun oğlu Saleh xx.xx.2001-ci ildə qəfildən ölmüşdür. Onu Quba rayonunun Çiçi kənd qəbiristanlığında dəfn etmişlər. Lakin Salehin ölüm haqqında şəhadətnaməsi alınmayıb. Onun ölümü haqqında həkim arayışı almamışlar. Həkim arayışı olmadığına görə sonradan ölüm haqqında şəhadətnamə alınması da mümkün olmamışdır. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi həmkəndlisi olub, onunla qohumluğu, ədavəti yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin 2 uşağı olmuş, biri ölmüşdür. Ölən övladı Salehdir. O, qəfil ölmüşdür. Onun dəfnində iştirak etmişlər. Onu Quba rayonunun Çiçi kənd qəbiristanlığında dəfn etmişlər. Ərizəçinin oğlu Salehin ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur, onunla münasibətləri yaxşıdır. Ərizəçinin övladı Saleh 2001-ci ildə qəfil ölüb. Onun dəfnində iştirak etmişdir. Onu Quba rayonunun Çiçi kənd qəbiristanlığında dəfn etmişlər. Ərizəçinin oğlu Salehin ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçi həmkəndlisi olub, onunla qohumluğu, ədavəti yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin övladı Saleh 2001-ci ildə qəfil ölüb. Onun dəfnində iştirak etmişdir. Onu Quba rayonunun Çiçi kənd qəbiristanlığında dəfn etmişlər. Ərizəçinin oğlu Salehin ölməsi faktını təsdiq edir. İş materiallarından görünür ki, ərizəçi, X4 oğludur.. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 atası Ərizəçi, anası X6 qeyd edilmişdir. İş materiallarında olan İkinci Nügədi kənd sakinləri Şahid1 Şahid3, X1, Şahid2 Əlikram oğlunun və X5 iştirakı ilə xx.xx.2024-cü ildə tərtib olunmuş aktdan müəyyən olunur ki, 10 noyabr 1973-cü ildə Quba rayonunun Çiçi kəndində anadan olmuş, İkinci Nügədi kəndində qeydiyyatda olmuş və yaşamış X7 20 mart 2001-ci il tarixdə vəfat etmişdir və aktda adları göstərilmiş vətəndaşların iştirakı ilə Quba rayonunun Çiçi kəndində dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X7 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X10 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1973-cü il təvəllüdlü X4 xx.xx.2001-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X7 adlı şəxsə məzar daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 10 noyabr 1973-cü ildə Quba rayonunun Çiçi kəndində anadan olmuş X4 20 mart 2001-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-750/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-750/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver