Məhkəmə qərarları › İş №2(067)-757/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-757/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-757/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 yanvar 1939-cu ildə doğulmuş atası X5 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23 yanvar 1939-cu ildə doğulmuş atası X8 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində vəfat etmiş və Xaçmaz rayonunun Ağtala kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt səhlənkarlıq edərək və qanunu bilmədiyinə görə atasının ölümü haqqında şəhadətnamə almamışlar. Atasının 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində vəfat etməsi və Xaçmaz rayonunun Ağtala kənd qəbiristanlığında dəfn edilməsi Xaçmaz rayonunun Ağtala kənd sakinlərinin iştirakları ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Gülalan kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktla öz təsdiqini tapır. Bundan başqa atası X5 26 yanvar 2002-ci il tarixdə ölməsi barədə xx.xx.2002-ci ildə ölüm haqqında feldşer arayışı verilmişdir. X2 1932-xx.xx.2024-cü illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıb-alınmaması yoxlanılmış, X5 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamış və bu barədə Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. Atasının ölüm faktının müəyyən edilməsi onun adına olan pay torpaq sahəsinə vərəsəlik məsələlərinin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək, izahatında göstərmişdir ki, 23 yanvar 1939-cu ildə doğulmuş atası X8 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt səhlənkarlıq edərək və qanunu bilmədiyinə görə atasının ölümü haqqında şəhadətnamə almamışlar. Atasının ölüm faktının müəyyən edilməsi onun adına olan pay torpaq sahəsinə vərəsəlik məsələlərinin həlli üçün əhəmiyyət kəsb edir. Qeyd olunan faktı şahidləri təsdiq edirlər. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi tanışıdır, qohumluqları yoxdur. Ərizəçi atası X8 26 yanvar 2002-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Ağtala kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X5 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi qohumudur. Ərizəçi atası X8 26 yanvar 2002-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Ağtala kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X5 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vİİ-JQ seriyalı 366039 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1950-ci ildə Xaçmaz rayonunun Radnikovka kəndində doğulmuşdur. Onun atası X8, anası isə X4r. İ-J seriyalı 216548 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 23 yanvar 1939-cu ildə Quba rayonunda doğulmuşdur. AAN° 268563 seriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, 23 yanvar 1939-cu ildə Quba rayonunda doğulmuş X7 xx.xx.2000-ci ildə xx.xx.2009-cu ilədək qüvvədə olmuş sürücülük vəsiqəsi verilmişdir. Xaçmaz rayonunun Ağtala kənd sakinlərinin iştirakları ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 xx.xx.1939-xx.xx.2024-cü illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıbalınmaması yoxlanılmış, X5 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. JN 121 seriyalı 30217028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, X5 paylı mülkiyyətinə Xaçmaz rayonunun Ağtala kəndi ərazisində cəmi 0,96 ha torpaq sahəsi verilmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi atası - 23 yanvar 1939-cu ildə Quba rayonunda doğulmuş X5 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində ölməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Ərizəçi 23 yanvar 1939-cu ildə Quba rayonunda doğulmuş atası X5 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi atası - 23 yanvar 1939-cu ildə Quba rayonunda doğulmuş atası X5 26 yanvar 2002-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar