Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-846/2021 29.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə islas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası X2 ölmüş elan edilməsi faktının müəyyən olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 2003-cü ildə vəfat edib və Quba rayonunun Mirzəqışlaq kənd qəbristanlığında dəfn olunub. Lakin onun anasının vəfatı ilə bağlı həkim arayışı alınmayıb və onun ölümü qeydiyyat şöbəsində qeydə alınmayıb. Anasnın vəfat etməsini qonşuları və qohumları təsdiq edə bilərlər. Hazırda onun anasından miras qalmış əmlakın sənədləşdirilməsi ilə əlaqədar onun ölüm haqqında şəhadətnaməsi zəruridir. Anasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin həkim arayışı olmadığına görə anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilib və ona məhkəməyə müraciət etmək tövsiyə edilib. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir anasının atasının adının Ağamalı olduğunu, atası ilə evləndikdən sonra onun soyadına uyğun olaraq İmamova soyadını qəbul edib, boşanandan sonra isə ata soyadı olan Qəniyeva soyadına qayıtdığını göstərmiş, göstərilənlərlə əlaqədar ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaysan Respublikasının MPM-nin 185.5.-si maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Vİİİ-JQ seriyalı 290443 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Dədəli kənd İƏD-də nümayəndəsinin xx.xx.2021-cu il tarixli, 27 saylı arayışından görünür ki, ərizəçi İmamov X5 rayonunun Bostançı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X7 xx.xx.1961-ci il tarixdə Quba rayonunun Mirzəqışlaq kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X8 ilə X13 oğlu arasında rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi anası İmamova Xanım Ağamalı qızının ölüm haqqında arayışını almaq üçün müraciət etmiş, müraciətinə əsasən xx.xx.1961-xx.xx.2021-ci illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. İmamova Xanım Ağamalı qızı barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kənd sakinlərinin imzaları ilə təsdiq edilmişir ki, X3 2003-cü ildə vəfat etdiyini və Quba rayonunun Mirzəqışlaq kənd qəbristanlığında dəfn olunduğunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar Ərizəçi qızı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Ərizədən müəyyən olunur ki, ərizəçi ərizəsində anası X2 ölmüş elan edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdə barəsində ölüm faktının müəyyən edilməsinə dair ərizə verilmiş şəxsin adı X1 göstərilmişdir. Buna görə də, məhkəmə ərizəni əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaysan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-846/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-846/2021
29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver