Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-868/2025 24.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında qarşılıqlı razılıq əsasında bağlanmış 26 avqust 2024-cü il tarixli, MŞQ/MT-027/2024-01338 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 21 fevral 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 28 fevral 2010-cu il təvəllüdlü X3 və 23 yanvar 2012-ci il təvəllüdlü X5 anadan olmuşlar. O, Maraqlı şəxs qarşı nikahın pozulması, uşaqların himayəsində saxlanması, alimentin alınması, cehiz və qzılzinət əşyalarının qaytarılması tələbi ilə 1 saylı Qusar mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs iştirak etmiş, razılıqları əsasında aralarında 26 avqust 2024-cü il tarixli MŞQ/MT-027/2024-01338 saylı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 3-cü bəndinə əsasən maraqlı tərəf Maraqlı şəxs birgə nikahdan olan uşaqları - 28 fevral 2010-cu il təvəllüdlü X1 və 23 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin avqust ayndan başlayaraq, hər ayın 30-a qədər hər uşağa 150 manat aliment pulunu, cəmi 300 manat aliment pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin maraqlı tərəf barışıq sazişinin tələblərini pozaraq, alimentin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etmir və alimenti ödəmir. Ona görə də mediasiya prosesində maraqlı tərəflə aralarında bağlanmış 26 avqust 2024-cü il tarixli MŞQ/MT-027/2024-01338 saylı Barışıq Sazişinin məhkəmə qaydası edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayonunda Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə imzalanmış 26 avqust 2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparılmış, danışıqlar zamanı birinci tərəf (Ərizəçi) və ikinci tərəf (Maraqlı şəxs) nikahlarının davam etdirilməsinə qəti razı olmadıqlarını və nikahlarının pozulmasında israrlı olduqlarını bildirmişlər. Danışıqlar nəticəsində ikinci tərəf Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürmüşdür ki, 2024-cü ilin avqust ayından başlayaraq uşaqları 28 fevral 2010-cu il təvəllüdlü X1 və 23 yanvar 2012-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ayda hər bir uşağa 150 ( yüz əlli) manat olmaqla cəmi hər ayda 300 (üç yüz) manat aliment pulunu birinci tərəfə (Ərizəçi) məxsus Kapital Bankın 4169-7388- 3040-6629 sayları olan Bir Kartına hər ayın 30-na kimi ödəyəcəyinə öhdəlik götürmüşdür. İkinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürmüşdür ki, uşaqları 28 fevral 2010-cu il təvəllüdlü X3 və 23 yanvar 2012-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına razıdır, onun himayəsində saxlanmasına öhdəlik götürmüşdür. İkinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürmüşdür ki, evlərində saxlanılan birinci tərəfə (Ərizəçi) məxsus bütün cehiz əşyalarını istənilən zaman qaytarıb verməsinə razıdır və öhdəlik götürmüşdür. İkinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürmüşdür ki, birinci tərəfə (Ərizəçi) məxsus evlərinə gəlin köçdüyü zaman hədiyyə olaraq ona verilmiş 1000 (bir min) manat dəyərində olan qızıl-zinət əşyalarının pulunu 2025-ci ilin yanvar ayının 30-na kimi qaytarıb verəcəyinə öhdəlik götürmüşdür. İkinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürmüşdür ki, evlərində yaşadıqları otaqda onun yaşaması hüququna razıdır və yaşaması hüququna öhdəlik götürmüşdür. Birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) qarşısında öhdəlik götürmüşdür ki, uşaqları 28 fevral 2010-cu il təvəllüdlü X3 və 23 yanvar 2012-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 19:00 kimi görüşməsinə şərait yaradacaqdır. Tərəflər qəbul edilmiş öhdəliyə məsuliyyətlə yanaşaraq icra edəcəklərinə öhdəlik götürmüşlər. Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndinə əsasən Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Sazişin 9-cu bəndinə əsasən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatından müəyyən olunmuşdur ki, maraqlı tərəf barışıq sazişini bağladıqdan sonra barışıq sazişinin tələblərini pozaraq aliment ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 26 avqust 2024cü il tarixli, MŞQ/MT-027/2024-01338 nömrəli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xaçmaz rayonunda Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 26 avqust 2024-cü il tarixli, MŞQ/MT- 027/2024-01338 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-868/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-868/2025
24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver