Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-869/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxx 1962-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş X5 onun əri olmuşdur. Mirzə Yarışovla xx xxxxxx 1991-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X15 xx xxxxxx 1994-cü il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində qəflətən vəfat etmiş və qeyd olunan tarixdə ərini qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Çarxı kənd qəbirstanlığında dəfn etmişlər. Mirzə Yarışov xx xxxxxx 1994-cü ildə vəfat etməsinə baxmayaraq o, hüquqi savadsızlıqdan ərinin ölümü barədə vaxtında həkim arayışı almamış və ərinin ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışdır. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum ərinin ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də əri üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında ərinini ölümü barədə həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, əri X2 xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi onun mərhum qardaşı X2 arvadıdır. Ərizəçi ilə qardaşı Mirzə Yarışov xx xxxxxx 1991-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Qardaşı Mirzə həqiqətən xx xxxxxx 1994-cü il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində qəflətən vəfat etmiş və o, qeyd olunan tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Çarxı kənd qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin həmkəndlisi X7 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi əri X11 oğlunun həqiqətən xx xxxxxx 1994-cü il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Çarxı kənd qəbrstanlığında dəfn olunmasını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatdadır. Mülki işə əlavə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 59 saylı arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Çarxı kəndində yaşayır. Mülki işə əlavə olunmuş xx xxxxxx 1991-ci il tarixli, V-CQ seriyalı, 435499 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci il tarixdə X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Mülki işə əlavə olunmuş xx xxxxxx 1982-ci il tarixli, HZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, X5 xx xxxxxxx 1962-ci ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, X1 rayonunun Çarxı kəndində yaşamış və 1994-cü il 29 avqust tarixində Çarxı kəndində vəfat etmişdir. Mülki işə əlavə edilmiş fotoşəkildən görünür ki, ərizəçinin mərhum əri X2 qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 029 saylı məktubdan görünür ki, X5 xx xxxxxx 1994-cü il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciət ərizəsinə baxılmış və ərizəçiyə bildirilmişdir ki, ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar tərəfindən müəyyən olunmuş müddət ərzində lazımi sənədləşmə işi aparılmadığından və müddət ötürüldüyündən X2 ölümü barədə tibbi arayışın verilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsinə müraciət etməsi məsləhət görülür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx xxxxxx 2021-ci il tarixli, 03 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum əri X2 xx.xx.1962-xx.xx.2021-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin şzahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxxx 1962-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş X5 Ərizəçi əri olmuşdur. Ərizəçi ilə Mirzə Yarışov xx xxxxxx 1991-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mirzə Yarışov xx xxxxxx 1994-cü il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində qəflətən vəfat etmiş və qeyd olunan tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Çarxı kənd qəbirstanlığında dəfn edilmişdir. Mirzə Yarışov xx xxxxxx 1994-cü ildə vəfat etməsinə baxmayaraq Ərizəçi hüquqi savadsızlıqdan ərinin ölümü barədə vaxtında həkim arayışı almamış və ərinin ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışdır. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ərizəçidən mərhum ərinin ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də ərizəçi əri üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında ərinini ölümü barədə həkim arayışı almadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi əri X2 xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi əri X2 xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-869/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-869/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver