Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-91/2022 21.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin məhkəmədə iddia qaldıraraq, Cavabdeh3 İddiaçı ASC- nin xeyrinə 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5171,73 manat, faiz borcuna görə 17,84 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 5189,57 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 70 (yetmiş) manat pul tutulmasını, tələbin Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5189,57 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsini, bldirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 70 (yetmiş) manat pul tutulması, tələb Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 29 Dekabr 2019-cu il tarixli, XF- 964 KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5189,57 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin; İpoteka predmeti olan Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 qızma torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48.8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsindan və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın və istifadə hüquqları itirilmiş hesab olunması, İpoteka predmeti olan Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 qızma torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48.8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5175,33 manat məbləğində cavabdehə kredit verilmişdir. 29 Dekabr 2019-cu il tarixli, XF-964_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5171,73 manat, faiz borcuna görə 17,84 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 5189,57 manat təşkil edir. 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi İddiaçı ASC qarşısında 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş üzrə Cavabdeh4 iddianı qəbul etməyərək bildirmişdir ki, həyat yoldaşı Cavabdeh3 İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə bağladığı 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5175,33 manat məbləğində kredit alıb. Lakin maddi imkanları olmadığından krediti vaxtında qaytara bilməmişlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ona məxsus fərdi yaşayış evi, torpaq sahəsi, arvadım Cavabdeh3 məxsus torpaq sahəsi, oğlu Cavabdeh1 məxsus torpaq sahəsi, ona məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı ev ipoteka ilə yüklü edilib. Oğlu Xəyal qazidir. O, bankla razılaşaraq yeni kredit müqaviləsi bağlayıb müddəti uzatmaq qərarına gəlmişdir. Ona görə bu halların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi və işə onun iştirakı olmadan baxılması barədə ərizələrini göndərərək iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 oğlunun iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, XF-964_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5175.33 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arayışından müəyyən olunur ki, Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan əsas borcuna görə 5171,73 manat, faiz borcuna görə 17.84 manat, dəbbə borcuna görə 0 manat, cəmi 5189.57 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, XF-964_KMP saylı Sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh4 mülkiyyətində olan ümumibirgə torpaq sahəsi və fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 məxsus ümumibirgə mülkiyyətdə olan Xaçmaz rayonu, Arzu qəsəbəsi ünvanında yerləşən 0.0591 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və İpteka müqavilələri AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh5, Cavabdeh2 notariat kontoruna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizələrindən müəyyən olunur ki, onlar, qeydiyyatda olduğu Xaçmaz rayonu, Arzu kəndində yerləşən 0.0591 ha torpaq sahəsinin və fərdi yaşayış evinin Rabitəbank ASC-nin Xaçmaz filialına kreditin təminatı olaraq həmin banka ipoteka qoyulmasına razılıq vermiş və həmin mənzilə tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumibirgə mülkiyyətində olan Xaçmaz rayonu, Arzu kəndində yerləşən 0.0591 ha torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2020-ci il tarixindən öhdəliklər tam yerinə yetirilənədək ipotekaya qoyulmuşdur. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2021-cİ il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından müəyyən olunur ki, Xaçmaz rayonu, Arzu kəndində yerləşən 0.0591 ha torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 45000 manat qiymətləndirilmiş, 450 manat xidmət haqqı İddiaçı ASC-i tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/9164 saylı Ekspert Rəyindən müəyyən edilir ki, Cavabdeh3 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 5117.00 manat, faiz borcu üzrə 54.87 manat borcu vardır. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə sahibkarlıq fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XF- 964_KMP saylı kredit müqaviləsi üzrə cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərkən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh3dan xx.xx.2019-cu il tarixli, XF-964_KMP saylı əsas kredit müqaviləsi üzrə kredit borcu 5117.00 manat, faiz borcuna görə 54.87 manat, cərimə borcuna görə 0(sıfır) manat olmaqla, cəmi 5171.87 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, tələbin Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5171.87 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməli, İpoteka predmeti olan Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48.8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 100 manat məbləğində pul Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülməlidir. İddianın qalan hissəsi isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2019-cu il tarixli, XF-964_KMP saylı əsas kredit müqaviləsi üzrə kredit borcu 5117.00 manat, faiz borcuna görə 54.87 manat, cərimə borcuna görə 0(sıfır) manat olmaqla, cəmi 5171.87 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN, əmlakın qiymətləndirilməsindən ötrü "xxxx" MMC-yə ödənilmiş 450 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 520 manat məbləğində pul tutulsun. Tələb Cavabdeh4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh3 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə mülkiyyətə məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 29 Dekabr 2019-cu il tarixli, XF-964 KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5171.87 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN, əmlakın qiymətləndirilməsindən ötrü "xxxx" MMC-yə ödənilmiş 450 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 520 manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0591 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 192,2 kv.m ümumi, 48.8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx yeddi min) manat məbləğində müəyyən edilsin. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-91/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-91/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver