Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-921/2024 26.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəyə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki Ərizəçi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsinə işin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair müvafiq icra hakimiyyətinə müraciət etməsi ilə bağlı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasında Maraqlı şəxsnə müraciət etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-921/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-921/2024
26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver