Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-941/2024 09.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq olunmasına dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair Maraqlı şəxslə 09 yanvar 2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi uşaqların yaşayış yerinin müəyyən edilməsi və xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 2024-cü ilin yanvar ayından başlayaraq bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit məbləğdə aliment ödəməyə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü şəkildə icra etməmişdir. Ona görə də, sazişin təsdiqlənməsi zərurəti vardır, çünki 10 gün könüllü vaxt keçmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirmişdir ki, barışıq sazişinə əsasən hər iksi uşaqların yaşayış yerinin müəyyən edilməsi və xx.xx.2014-cü il təvəllüdlü Samirə Abasovanın və xx.xx.2011-ci il təvəllüdlü Sabrina Abasovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 100 manat, cəmi 200 manat alimentlə əlaqədar barışıq sazişi imzalanmış və mediator tərəfindən təsdiqlənmişdir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Maraqlı şəxs tüfeyli həyat tərzi keçirdiyi üçün ona inamı qalmamışdır. Barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmsını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 770732 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 323640 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 101/2017 saylı qətnaməsindən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış rəsmi nikah qeydi pozulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 261355 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış rəsmi nikah qeydinin pozulması Xaçmaz rayon Qeydiyyat şöbəsində qeydə alınmışdr. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, Ərizəçi birgə nikahlarından olan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 görə 100 manat, xx.xx.2014-cü il təvəllüdlü X4 görə 100 manat aliment tələb edir. Maraqlı şəxs isə Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X3 görə 100 manat, xx.xx.2014-cü il təvəllüdlü X4 görə 100 manat, cəmi hər ay övladları yetkinlik yaşına çatanadək 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 Ərizəçi yanında qalmalarına etiraz etmir. Öhdəlik 10 gün müddətinə könüllü icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Ərizəçi birgə nikahlarından olan doğulmuş xx.xx.2011-ci il tarixdə X3 görə 100 manat, xx.xx.2014-cü il tarixdə X4 görə 100 manat aliment tələb etməsi, Maraqlı şəxs isə Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X3 görə 100 manat, xx.xx.2014-cü il təvəllüdlü X4 görə 100 manat, cəmi hər ay övladları yetkinlik yaşına çatanadək 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürməsi və uşaqları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 Ərizəçi yanında qalmalarına etiraz etməməsinə dair xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-941/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-941/2024
09.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver