Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-950/2023 18.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası X3 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X5 1961-ci ildə anadan olmuş və xx.xx.2020-ci il tarixdə xəstəlik nəticəsində vəfat etmişdir. Onu Xaçmaz rayonunun Nabran kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt o. Anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Xaçmaz rayon X8 Hüquqi Şəxsinə müraciət etdikdə də anası üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi haqqında heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Anasının ölməsi faktını onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayonunun Nabran kənd İƏD tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akt və dəfn olunduğu qəbristanlıqdakı qəbri də təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək izahatında göstərmişdir ki, anası 12 noyabr 2020-ci ildə karonavirus pandemiyası olanda vəfat edib. Həkim çağıranda deyib təzyiqi düşüb, gedib, səhər isə anası ölüb. Heç kimi çağırmayıblar və həkimlərin çağırılmalı olduqlarını da bilməyib. Anasını basdıranda polis əməkdaşları da orada olmuşlar və demişlər ki, heç kimi çağırmaq olmaz. Hazırda xalasını şahid qismində dəvət etmişdir. Qeyd olunanlarla əlaqədar ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi rəsmi qaydada çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək göstərmişdir ki, ərizəçinin xalasıdır. Bacısı Qızbəs vəfat etmiş, lakin karantin vaxtı olduğuna görə onun üçün ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bacısının nə vaxt öldüyünü dəqiq bilmir. Bacısı öləndə orada olmuşdur. Bacısı insult olmuş, 3 gün yataqda yatmış, 4-cü gün ölmüşdür. Həkim çağırmışlar. Həkim gəlib onu aparmaq istəmiş, lakin onlar qoymamışlar, sonra isə bacısı ölmüşdür. . Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Xaçmaz rayon Xudat şəhər soveti tərəfindən xx.xx.1991-ci ildə verilmiş XV-JQ seriyalı 480129 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuşdur. Onun atası X12, anası isə X4r. İşdə olan Xaçmaz rayon İH başçısının Nabran kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş X7, X1 və X2 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin anası X5 xx.xx.2020-ci ildə vəfat etmiş və onların iştirakı ilə dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 12 saylı məktubundan görünür ki, X3 xx.xx.1961-xx.xx.2023-cü illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X15 xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, birliyin Xaçmaz rayon şöbəsində mərhum X5 xx.xx.2020ci ildə vəfat etmiş, lakin onun üçün ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır (səbəb gecikmiş müraciət). Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1961-ci ildə X3 xx.xx.2020-ci ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1961-ci ildə X3 xx.xx.2020-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2020-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-950/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-950/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver