Məhkəmə qərarları › İş №2(067)-955/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-955/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-955/2021 30.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1930-cu ildə anadan olmuş X3nun xx xxxxxx 1997-ci ildə, 1933-cü ildə anadan olmuş anası X1 xx xxxxx 2008-ci ildə vəfat etmələri hüquqi faktının müəyyən edilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbdə dəyişiklik edilməsi barədə ərizə ilə müraciət edərək, 1930-cu ildə anadan olmuş X3nun xx xxxxxx 1997-ci ildə, 1933-cü ildə anadan olmuş anası X1 xx xxxxx 2008-ci ildə Xaçmaz şəhərində vəfat etmələri hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 1930-cu ildə anadan olmuş X9 onun doğma atası, 1933-cü ildə anadan olmuş X5 isə doğma anası olmuşdur. X3 xx xxxxxx 1997-ci ildə, anası X5 isə xx xxxxx 2008-ci ildə vəfat etmişlər. Mərhum valideynləri qeyd olunan tarixlərdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz şəhəri, 29-cu qəsəbə ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişlər. Valideynləri qeyd olunan tarixlərdə vəfat etmələrinə baxmayaraq, hüquqi savadsızlıqdan valideynlərinin ölümü barədə vaxtında həkim arayışı almamış və valideynlərinin ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışdır. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum valideynlərinin ölüm haqqında şəhadətnamələri tələb olunmuşdur. Bu səbəbdən də valideynləri üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında valideynlərinin ölümü barədə həkim arayışları almadığından və bu arayışların alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamış və ona ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 1930-cu ildə anadan olmuş X3nun xx xxxxxx 1997-ci ildə, 1933-cü ildə anadan olmuş anası X1 xx xxxxx 2008-ci ildə Xaçmaz şəhərində vəfat etmələri hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi ilə uzun müddətdir ki, qonşuluqda yaşayır. ərizəçinin valideynləri X9 və X5 olmuşlar. Həqiqətən ərizəçinin X3 xx xxxxxx 1997-ci ildə, anası X5 isə xx xxxxx 2008-ci ildə vəfat etmişlər. Ərizəçinin valideynləri qeyd olunan tarixlərdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz şəhəri, 29-cu qəsəbə ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qonşusu X7 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi X3nun xx xxxxxx 1997-ci ildə, anası X1 isə xx xxxxx 2008-ci ildə vəfat etmələrini və mərhumların qeyd edilən tarixlərdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz şəhəri, 29-cu qəsəbə ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmalarını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 89 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxx 1971-ci ildə anadan olmuş, onun valideynləri X9 və X5 olmuşlar. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanda yaşamış X9 xx xxxxxx 1997-ci ildə, X5 isə xx xxxxx 2008-ci ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş fotoşəkildən görünür ki, ərizəçinin mərhum valideynləri X9 və X1 qəbir abidələrinin fotoşəkilləri çəkilmiş, qəbir daşlarının üzərində mərhumların soyadı, adı və atasının adı, doğulduqları və vəfat etdikləri illər həkk olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 102 saylı məktubdan görünür ki, Xaçmaz rayon sakinləri olmuş- 1930-cu il təvəllüdlü X4 1997-ci ildə, 1933-cü il təvəllüdlü X1 2008-ci ildə vəfat etmələri barədə Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi barədə heç bir məlumat yoxdur. Qeyd edilən şəxslərin ölümü barədə ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi üçün qanunda nəzərdə tutlmuş müddət keçdiyindən hazırda həmin şəhadətnamələrin verilməsi mümkün deyildir. Əsas: Ölüm hadisələrinin qeydiyyatı kitabı. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx xxxxxx 2021-ci il tarixli, 10 və 11 saylı məktublardan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum X3nun və mərhum anası X1 xx.xx.1945-xx.xx.2021-ci illər üzrə Maraqlı şəxsndə ölümlərinin qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumların Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydləri tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 1930-cu ildə anadan olmuş X9 Ərizəçi doğma atası, 1933-cü ildə anadan olmuş X5 isə doğma anası olmuşdur. Ərizəçinin X3 xx xxxxxx 1997-ci ildə, anası X5 isə xx xxxxx 2008-ci ildə vəfat etmişlər. Ərizəçinin valideynləri qeyd olunan tarixlərdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz şəhəri, 29cu qəsəbə ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişlər. Valideynləri qeyd olunan tarixlərdə vəfat etmələrinə baxmayaraq, hüquqi savadsızlıqdan ərizəçi valideynlərinin ölümü barədə vaxtında tibbi şəhadətnamələr almamış və valideynlərinin ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışdır. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ərizəçidən mərhum valideynlərinin ölüm haqqında şəhadətnamələri tələb olunmuşdur. Bu səbəbdən də o, valideynləri üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında valideynlərinin ölümü barədə həkim arayışları almadığından və bu arayışların alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamış və ona ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə hazırki həcmdə təmin edilməklə, Ərizəçi 1930-cu ildə anadan olmuş X3nun xx xxxxxx 1997-ci ildə, 1933-cü ildə anadan olmuş anası X1 xx xxxxx 2008-ci ildə Xaçmaz şəhərində vəfat etmələri hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi 1930-cu ildə anadan olmuş X3nun xx xxxxxx 1997-ci ildə, 1933-cü ildə anadan olmuş anası X1 xx xxxxx 2008-ci ildə Xaçmaz şəhərində vəfat etmələri hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar