Məhkəmə qərarları › İş №2(067)-985/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-985/2020

05.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-985/2020 05.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi x16, Ərizəçi, Maraqlı şəxs səlahiyyətli nümayəndəsi x13 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi x3 05 may 2002-ci il tarixdə və babası x8 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunu Həsənqala kəndində vəfat etmələri hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2000-ci il il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, hal-hazırda Xaçmaz rayonunun Həsənqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Atası x9 20 fevral 1967-ci il tarixdə anadan olmuşdur. 1929-cu il təvəllüdlü x14 onun babası, 1936-cı il təvəllüdlü x11 isə nənəsi olmuşdur. Nənəsi x11 05 may 2002-ci il tarixdə Xaçmaz rayonunu Həsənqala kəndində vəfat etmiş və həmin gün qohumların və qonşuların iştirakı ilə kənd qəbirstanlığında dəfn edilmişdir. Babası x14 isə 09 aprel 2007ci il tarixdə Xaçmaz rayonunu Həsənqala kəndində vəfat etmiş və həmin gün qohumların və qonşuların iştirakı ilə kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin nənəsi x3, nə də babası x8 ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verilməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum babasının və nənəsinin ölüm haqqında şəhadətnamələri tələb olunmuşdur. Bu səbəbdən də babası və nənəsi üçün ölüm şəhadətnamələrinin verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında babasının və nənəsinin ölümü barədə həkim arayışları alınmadığından və bu arayışların alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ona şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, nənəsi x3 05 may 2002-ci il tarixdə və babası x8 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunu Həsənqala kəndində vəfat etmələri hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs səlahiyyətli nümayəndəsi x24 izahatında göstərdi ki, Ərizəçi mərhum nənəsi x11 və mərhum babası x14 üçün ölüm şəhadətnamələri verilməsindən ötrü Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin arxiv sənədləri yoxlanılarkən ərizəçinin nənəsinin və babasının Maraqlı şəxsndə ölüm akt qeydləri tapılmamış, nə də ki, ərizəçi tərəfindən nənəsinin və babasının ölümü barədə həkim arayışlarını təqdim edilməmişdir. Bu səbəbdən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ona şəxslərin vəfat etməsi faktının təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əgər məhkəmə tərəfindən x3 05 may 2002-ci il tarixdə və x8 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində vəfat etmələri hüquqi faktı müəyyən edilərsə Qeydiyyat Şöbəsi tərəfindən bu barədə ölüm şəhadətnaməsi verilə bilər. Ona görə də ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin qohumu x12 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisidir. x11 ərizəçinin nənəsi, x14 isə ərizəçinin babası olmuşlar. Həqiqətən də ərizəçinin nənəsi x11 05 may 2002-ci il tarixdə və babası x14 09 aprel 2007ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində vəfat etmiş və qeyd edilən tarixlərdə qohumların və qonşuların iştirakı ilə kənd qəbirstanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin qonşusu x1 şahid x5 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, ərizəçinin nənəsi x3 həqiqətən 05 may 2002-ci il tarixdə, babası x8 isə həqiqətən 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində vəfat etmələrini və mərhumların qeyd edilən tarixlərdə qohumların və qonşuların iştirakı ilə kənd qəbirstanlığında dəfn olunmalarını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Həsənqala kəndində qeydiyyatdadır. Mülki işə əlavə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay kənd x29 üzrə nümayəndəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli, 524 nömrəli arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Həsənqala kəndində yaşayır. Mülki işə əlavə olunmuş 15 yanvar 2002-ci il tarixli, AZ-İ seriyalı, 164193 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 2000-ci ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, onun valideynləri x9 və x4r. Mülki işə əlavə olunmuş 28 mart 1967-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası x9 20 fevral 1967-ci ildə Xaçmaz rayonunda anadan olmuş, onun valideynləri x14 və x11 olmuşlar. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz rayonunun Həsənqala bələdiyyəsi tərəfindən təsdiq edilmiş 30 may 2019-cu il tarixli aktdan görünür ki, x11 həqiqətən də 05 may 2002–ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz rayonunun Həsənqala bələdiyyəsi tərəfindən təsdiq edilmiş 30 may 2019-cu il tarixli aktdan görünür ki, x14 həqiqətən də 09 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon x2 kənd həkim məntəqəsinin müdiri tərəfindən verilmiş 15 aprel 2007-ci il tarixli, 07 saylı arayışdan görünür ki, x10 09 aprel 2007-ci il tarixdə «infakt» xəstəliyindən vəfat etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon x2 kənd həkim məntəqəsinin müdiri tərəfindən verilmiş 08 may 2009-cu il tarixli, 14 saylı arayışdan görünür ki, x11 05 may 2002-ci il tarixdə «hipertoniya» xəstəliyinən vəfat etmişdir. Mülki işə əlavə edilmiş fotoşəkildən görünür ki, ərizəçinin mərhum babası x14 və nənəsi x3 qəbir abidələrinin fotoşəkilləri çəkilmiş, qəbir daşlarının üzərində mərhumların soyadları, adları və atalarının adı, doğulduqları və vəfat etdikləri illər həkk olunmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 13 fevral 2020-ci il tarixli, 31 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum nənəsi x3 01.01.1999-13.02.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 13 fevral 2020-ci il tarixli, 32 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum babası x8 01.01.2005-13.02.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Mülki işə əlavə olunmuş Xaçmaz rayon x15 Hüquqi şəxsi Xaçmaz şəhər xəstəxanasının 31 may 2020-ci il tarixli, 566 saylı məktubundan görünür ki, Ərizəçi mərhum nənəsi x3 05 may 2002-ci il tarixdə, mərhum babası x8 09 aprel 2007-ci il tarixdə vəfat etmələri və bu barədə ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi barədə ünvanlandığı müraciət ərizəsinə baxılaraq bildirilmişdir ki, 2002-2007-ci illər üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ölüm haqqında tibbi şəhadətnmələrin qeydiyyatı kitabı saxlanılmadığından x3 və x6 ölümü barədə məlumat verilməsi mümkün deyildir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxxx 2000-ci il il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, hal-hazırda Xaçmaz rayonunun Həsənqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ərizəçinin atası x9 20 fevral 1967-ci il tarixdə anadan olmuşdur. 1929-cu il təvəllüdlü x14 ərizəçinin babası, 1936-cı il təvəllüdlü x11 isə ərizəçinin nənəsi olmuşdur. Ərizəçinin nənəsi x11 05 may 2002-ci il tarixdə Xaçmaz rayonunu Həsənqala kəndində vəfat etmiş və həmin gün qohumların və qonşuların iştirakı ilə kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin babası x14 isə 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunu Həsənqala kəndində vəfat etmiş və həmin gün qohumların və qonşuların iştirakı ilə kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ərizəçinin ailə üzvləri mərhum x3 və x8 ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verilməmişlər. Hazırda ərizəçi vərəsəlik məsələlərinin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum nənəsinin və babasının ölüm haqqında şəhadətnamələri tələb olunmuşdur. Bu səbəbdən də ərizəçi nənəsi və babası üçün ölüm şəhadətnamələrinin verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında nənəsinin və babasının ölümü barədə həkim arayışları alınmadığından və bu arayışların alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi nənəsi x3 05 may 2002-ci il tarixdə və babası x8 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində vəfat etmələri hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: x3 05 may 2002-ci il tarixdə və x8 09 aprel 2007-ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində vəfat etmələri hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar