Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-108/2022 24.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) mərhum əri X1 xx.xx.2008-ci il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il təvəllüdlü əri X2 14 oktyabr 2008ci ildə uzun sürən xəstəlik nəticəsində Sumqayıt şəhərində vəfat etmiş və həmin şəhər qəbirstanlığında dəfn olunmuşdur. Lakin, həmin vaxt həkimdən Tural Əhmədovun ölümü haqqında tibb şəhadətnamə alınmamışdır. Ərizəçi xx.xx.2022-ci ildə əri X1 ölümünün qeydiyyata alınması barədə ərizə ilə Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, ölüm faktını təsdiq edən X1 ölüm haqqında tibb şəhadətnaməsi mövcud olmadığından şəhadətnamənin verilməsindən imtina edilmiş və ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verdi və həmçinin bildirdi ki, hazırda o, yenidən ailə qurmuşdur, lakin keçmiş əri vəfat etdiyindən və ölüm haqında şəhadətnaməsi olmadığından nikahlarına xitam verilə bilmir. Bu səbəbdən də, ölüm haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmək istəyir. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasının xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1983-cü ildə Abşeron rayonu, Sitalçay kəndində anadan olmuş, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan məlumata əsasən X2 xx.xx.1984-cü ildə anadan olmuşdur. Nikah haqqında arayışa əsasən ərizəçi X2 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2022-ci il tarixli, 23 saylı arayışında X1 xx.xx.2008-ci il tarixdə vəfat etməsi və Sumqayıt şəhər qəbirstanlığında dəfn edildiyi göstərilmişdir. Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-778/76 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum əri X2 uzun müddət evdə xəstə yatmış, daha sonra atası onu Sumqayıt şəhərinə aparmışdır. 14 oktyabr 2008-ci ildə Tural Əhmədovun vəfat etməsini və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilməsini eşitmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi mərhum əri X1 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadəsi əsasında ərizəçinin mərhum əri X1 xx.xx.2008-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və xx.xx.1984-cü ildə anadan olmuş X1 xx.xx.2008-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü ildə anadan olmuş X1 xx.xx.2008-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-108/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-108/2022
24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver