Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-164/2025 12.08.2025 XIZI RAYON MƏHKƏMƏSİ X19 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi, X4 və X2 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) övladı - 29 mart 2008-ci ildə anadan olmuş X3 20 dekabr 2008-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X10 ilə 03 may 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Bu nikahdan 29 mart 2008-ci il tarixdə Ağabacı və 19 aprel 2010-cu il tarixdə Ağanur adlı övladları doğulmuşdur. X1 9 aylıq olanda, yəni 20 dekabr 2008-ci ildə xəstəlik nəticəsində yaşadığı evdə vəfat etmişdir. Övladı həmin vaxt yaşadıqları Sitalçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt xəstəxanaya müraciət olunmamış və uşağının ölümü haqqında tibbi şəhadətnamə alınmamışdır. Hazırda övladının ölümünün qeydiyyata alınması barədə ərizə ilə Xızı rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən lazımi sənədlər olmadığından şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından hər dəfə yaşayış yerindən ailə tərkibi barədə arayış alarkən həmin ölən uşağı da ailə üzvü kimi göstərilir. Məhkəmənin iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin övladı - X6 xəstə olmuş və 10 aylıq olanda vəfat etmişdir. Bir yaxın qonşu kimi o da, yas məclisində iştirak etmiş və Xızı rayonu, Sitalçay kəndində yerləşən qəbirstanlıqda ailə üzvlərinin yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi qızıdır. Ərizəçinin övladı - xx.xx.2008-ci il təvəllüdlü X6 doğulduğu gündən xəstə olmuş, aldığı müalicələr nəticə verməmiş və xx.xx.2008-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndində vəfat etmişdir. Bir qohum kimi o da, yas məclisində iştirak etmiş və Xızı rayonu, Sitalçay kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X8 olan X6 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Sitalçay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 98 nömrəli arayış arayışdan görünür ki, ərizəçinin mərhum qızı xx.xx.2008-ci il təvəllüdlü X6 xx.xx.2008-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndində vəfat etmişdir. X6 ölən günədək, yəni xx.xx.2008-ci il tarixədək anası Ərizəçi ilə yaşamışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X3 anasıdır. İşdə olan Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(068)-3/2020 nömrəli qətnaməsidən görünür ki, Ərizəçi ilə X10 arasında 03 may 2007-ci il tarixdə, 02 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, X1nın xx.xx.2008-ci il tarixdə ölümünü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (311). Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İşdən göründüyü kimi ərizəçi mərhum X1nın ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin X1nın 20 dekabr 2008-ci il tarixində, Xızı rayonu Sitalçay kəndində vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 29 mart 2008-ci ildə anadan olmuş X3 20 dekabr 2008-ci il tarixində, Xızı rayonu Sitalçay kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 mart 2008-ci ildə anadan olmuş X3 20 dekabr 2008-ci il tarixində, Xızı rayonu Sitalçay kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-164/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-164/2025
12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver