Məhkəmə qərarları › İş №2(068)-25/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-25/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-25/2025 28.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X14 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) mərhum atası – xx.xx.1943-cü ildə anadan olmuş X7 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X1 X5 ilə nikaha girmiş və bu nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 06 iyul 1980-cı il tarixdə 735 nömrə ilə qeydiyyata alınmışdır. Həmin nikahdan 3 qız və 1 oğlan övladları doğulmuşdur. Anası Xəlilova (Zərbəliyeva) Nabatxanım Ağaverdi qızı 04 dekabr 2010-cu il tarixdə vəfat etmiş və АZ-İİ №394743 saylı ölüm haqqında şəhadətnamə ona verilmişdir. X5 26 aprel 1997-ci il tarixdə vəfat etmiş, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən qəbirstanlığında ailə üzvlərinin yanında dəfn edilmiş, lakin bəzi səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Xızı rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 28 avqust tarixli 09 nömrəli qərarı ilə, 5 nəfərlik ailələrinə 2,5 ha torpaq sahəsi ayrılmış və J№ 0047, kod 30604016 saylı “Torpağa mülkiyyət hüququha dair” Dövlət Aktı onlara verilmişdir. Həmin Akta əsasən anası Xəlilova (Zərbəliyeva) Nabatxanım Ağaverdi qızının mülkiyyətində olan 0.5 ha torpaq sahəsinə dair vərəsəlik etmək istəyir, lakin X5na ölüm haqqında şəhadətnamə almadıqları üçün mümkün olmamışdır. Buna görə də məcbur olub ərizə ilə bu iş üzrə maraqlı şəxsə müraciət etmiş, lakin müraciəti 07 sentyabr 2024-cü il tarixli məktubla təmin olunmamışdır. Məhkəmənin iclasında iştirak edən Ərizəçi oğlu ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin X5 onunla bir yerdə işləmiş, 26 aprel 1997-ci il tarixdə Xızı rayonu, Şorabad qəsəbəsində vəfat etmiş və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən qəbirstanlıqda ailə üzvlərinin yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir, həmdə uzaq qohumdular. Ərizəçinin X5 26 aprel 1997-ci il tarixdə Xızı rayonu, Şorabad qəsəbəsində vəfat etmiş, bir həmkəndli kimi onun yas məclislərində iştirak etmiş və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi Hüseynova (Xəlilova) Ceyran Zakir qızı xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, X5, anası isə X2r. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/8-10-H- 12/2-27/2024 nömrəli arayışdan görünür ki, ərizəçinin valideynləri X11 ilə X4 arasında nikah 06 iyul 1980-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 735 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadları verilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi oğlu X7 qızıdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 394743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X3 xx.xx.2010-cu ildə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubunda Ərizəçi oğluna bildirilmişdir ki, X5nun xx.xx.1997-ci il tarixdə ölümünü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (311). Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İşdən göründüyü kimi ərizəçi mərhum X5nun ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin X5nun xx.xx.1997-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və xx.xx.1943-cü ildə anadan olmuş X7 xx.xx.1997-ci il tarixində, Xızı rayonu Şorabad qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1943-cü ildə anadan olmuş X7 xx.xx.1997-ci il tarixində, Xızı rayonu Şorabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar