Məhkəmə qərarları › İş №2(069)-20/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-20/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-20/2024 06.02.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə anası X2 19 noyabr 2023cü il tarixdə Beyləqan rayonunda yaşlılıqdan ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 xx.xx.1947-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, 19 noyabr 2023-cü il tarixdə yaşlılıqdan vəfat etmiş və Beyləqan rayon Cərciz Peyğəmbər qəbirsanlığında dəfin olunmuşdur. Onların başı yas mərasiminə qarşdığından mərhumə anasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan anasının ölüm haqqında şahadətnaməsi tələb olunur. Lakin mərhumənin ölüm kağızı olmadığı üçün o, sənədləri hazırlaya bilməmişdir. O, mərhumə anası X4 ölüm haqqında şəhadətnamə alamaq üçün Maraqlı şəxsnə müraciət etmiş, mərhumə anasının ölümündən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edilərək, məhkəməyə müraciət etməyi bildirmişdir. Ona görə də, mərhumə anası X2 19 noyabr 2023-cü il tarixdə Beyləqan rayonunda yaşlılıqdan ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, xx.xx.2024-cü il tarixdə təyin olunmuş Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-52- 5/2-451/2023 saylı arayışından görünür ki, Ərizəçi Xocavənd rayonu, Əmirallar kənd sakinidir və məcburi köçkün kimi Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayonunun 500 ailəlik qəsəbəsində ev 340-da məskunlaşıb yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-647/2023 saylı məktubundan görünür ki, X1 vəfatını təsdiqləyən tibb müəssisəsi tərəfindən verilmiş arayış olmadığından onun ölümünün qeydə alınmasından imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 12 saylı arayışından görünür ki, Beyləqan rayon Cərciz Peyğəmbər ziyarətgahı qəbiristanlığında X8 xx.xx.1947-xx.xx.2023 yazılmış dəmir lövhədən hazırlanmış baş daşı mövcuddur. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Bərdə şəhərində doğulmuş və Xocavənd rayonunun Əmirallar kəndində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan X7 xx.xx.1975-ci ildə Bərdə şəhərində anadan olmuş, bu barədə 090776 səh. 344 doğum kitabında qeydiyyat aparılmışdır. X3 anası X5r. İş materiallarında olan Bərdə RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 07259594 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1947-ci ildə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş, Bərdə şəhəri, İ.Qayıbov küçəsi ev ev 27 qeydiyyatda olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə təyin olunmuş Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi bacısı qızıdır. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Ərizəçi mərhum anası X8 19 yanvar 2023-cü il tarixdə yaşlılıqdan Beyləqan ərazisində salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbədə ölmüş və Beyləqan rayon Cərciz Peyğəmbər ziyarətgahı qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimləri qızı Ərizəçi Xocavənd rayonu 500 ailəlik qəsəbəsində məskulaşıb yaşadığı evində verilmiş, mərhumun dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Bacısının vəfatından sonra ailələrinin başının yas mərasiminə qarışması səbəbindən ölüm şəhadətnaməsi ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə uyğun olaraq, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.11-ci maddələrinə müvafiq olaraq, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 12 noyabr 1947-ci il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş X2 19 noyabr 2023-cü il tarixdə Beyləqan rayon ərazisində salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbədə ölməsi və Beyləqan rayon Cərciz Peyğəmbər ziyarətgahı qəbristanlığında dəfn edilməsi sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır, göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 12 noyabr 1947-ci il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş X2 19 noyabr 2023-cü il tarixdə Beyləqan rayon ərazisində salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbədə ölməsi faktı müəyyən edilsin və ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar