Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-219/2024 19.12.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 iyul 1985-ci ildə anadan olmuş qızı X2 30 iyul 2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonunda yaşayır və şəhid ailəsidir. 1985-ci ildə anadan olmuş qızı X3 30 iyul 2007-ci ildə rəhmətə getmiş və Beyləqan rayon X5 qəbiristanlığında dəfn edilmişdir. Lakin qızı rəhmətə getdiyi vaxt səhlənkarlıqdan Qeydiyyat Şöbəsindən ölüm şəhadətnaməsi alınmamışdır. Hal-hazırda mərhumdan qalan miras əmlakın vərəsəlik üzrə sənədləşdirilməsi üçün ölüm şəhadətnaməsinin olmaması problemlər yaratdığından, qızının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Beyləqan rayon Mərkəzi Xəstəxanasına da müraciət edərək, ölüm barədə tibbi sənəd almaq istədikdə xəstəxanaya müraciət edilməməsi əsas gətirilərək imtina məktubu verilmişdir. Belə ki, ona qızına ölüm haqqında şəhadətnamə almaq vərəsəlik açdırmaq üçün lazımdır. Ölüm sənədini məhkəmədən kənar başqa cür əldə etmək mümkün deyildir. Ona görə də, 14 iyul 1985-ci ildə anadan olmuş qızı X2 30 iyul 2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, xx.xx.2024-cü il tarixdə, saat 15:00-a təyin olunmuş Ərizəçi “hüquqi əhəmiyyətli olan ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1985-ci il tarixli Xİ-ЖГ seriyalı 272595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 iyul 1985-ci ildə Martuni rayonundan doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, Beyləqan rayonu X6 qəbiristanlığında X3 (14.Vİİ.1985 – 2007.30.Vİİ.) yazılmış baş daşı mövcuddur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 446 saylı ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, Ərizəçi mərhum övladı X2 ölüm haqqında akt qeydinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seryalı 256814 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Xocavənd rayonundan məcburi köçkün düşmüş və Beyləqan rayonunda məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Beyləqan rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 176 saylı arayışından görünür ki, Xocavənd rayonu, Qaradağlı kənd saki Ərizəçi məcburi köçkün kimi Beyləqan 500 ailəlik qəsəbə ev 363-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Xocavənd Rayon İHB-nın Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-52-5/2-327/2024 saylı arayışından görünür ki, həqiqətən sabiq Xocavənd rayonu, Xocavənd kənd sakini X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” X16 xx.xx.2024-cü il tarixli, 18-1-44/2-Q-15xx-xx/2024 saylı məktubundan görünür ki, 1985-ci il təvvəlüdlü X2 xx.xx.2007-ci il tarixdə vəfat etməsi ilə bağlı Xocavənd rayon MX-nın arxiv bölməsində hər hansı sənəd və məlumat aşkar edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, X3 (14.Vİİ.1985 2007.30.Vİİ.) yazılmış baş daşı mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi anasıdır. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, mərhumə bacısı X3 14 iyul 1985-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş və 30 iyul 2007-ci il tarixdə Beyləqan rayonu, Yuxarı Aran kəndində ölmüşdür. Mərhumə bacısı Beyləqan rayon Cərciz Peyğəmbər ziyarətgahı qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimləri Beyləqan rayonu, Yuxarı Aran kəndində yaşadıqları evdə verilmiş, mərhumun dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Bacısının vəfatından sonra ailələrinin başının yas mərasiminə qarışması səbəbindən ölüm şəhadətnaməsi ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X10 şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə uyğun olaraq, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.11-ci maddələrinə müvafiq olaraq, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 14 iyul 1985-ci ildə anadan olmuş X2 30 iyul 2007-ci il tarixdə Beyləqan rayonu, Yuxarı Aran kəndində ölməsi və Beyləqan rayon Cərciz Peyğəmbər ziyarətgahı qəbristanlığında dəfn edilməsi sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır, göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 14 iyul 1985-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş X2 30 iyul 2007-ci il tarixdə Beyləqan rayonu, Yuxarı Aran kəndində ölməsi faktı müəyyən edilsin və ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-219/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-219/2024
19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver