Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-299/2025 14.01.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası 01 iyul 1920-ci ildə anadan olmuş X7 05 dekabr 1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonu, Tuğ kəndində yaşayır. X3 xx.xx.1920-ci ildə İmişli rayonu, Əliqullar kəndində anadan olmuş, 05 dekabr 1993-cü ildə ölmüş və Beyləqan rayonu ərazisində olan Peyğəmbər adlanan qəbirstanlıqda dəfin olunmuşdur. Atası məlum Qarabağ hadisələri olan vaxtda, yəni məcburi köckünlük dövründə öldüyündən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda torpaqları işğaldan azad edilmiş, atasının Xocavənd rayonu, Tuğ kəndində olan evini adına keçirmək və digər işlər görmək üçün ölüm şəhadətnaməsi tələb olunmuş, lakin ölüm sənədi olmadığı üçün sənədləşmə işləri apara bilməmişdir. Atasının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciyyət etmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciyyət etməsi bildirilmişdir. Ona görə də, atası 01 iyul 1920-ci ildə anadan olmuş X7 05 dekabr 1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş. Lakin məhkəməyə ərizə göndərərək, xx.xx.2026-cı il tarixdə, saat 11:30-a təyin olunmuş Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1982-ci il tarixli, Vİİ-ЖГ seriyalı 469709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1920-ci ildə İmişli rayonu, Əliqullar kəndində doğulmuşdur. X4, anası X5r. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, İV-ЖГ seriyalı 335075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Hadrut rayonu, Tuğ kəndində doğulmuşdur. X3, anası X8r. İş materiallarında olan Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Tuğ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 5-52-10/2-161/2025 saylı arayışından görünür ki, Xocavənd rayonu, Tuğ kənd sakini Ərizəçi məcburi köçkün kimi müvəqqəti olaraq Beyləqan rayonu ərazisində salanmış Xocavənd rayonu 320 ailəlik qəsəbə ev 254-də məskunlaşmışdır. İş materiallarında olan Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Tuğ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 5-52-10/2-160/2025 saylı arayışından görünür ki, Xocavənd rayonu, Tuğ kənd sakini olmuş məcburi köçkün X1 rayonu ərazisində salanmış Xocavənd rayonu, Yeni Tuğ qəsəbəsində yaşamış, 05 dekabr 1993-cü il tarixdə vəfat etmişdir. Həmin tarixdə Beyləqan rayonu ərazisində yerləşən Peyğəmbər adlanan qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X13 həqiqətən xx.xx.1920-ci ildə İmişli rayonu, Əliqullar kəndində anadan olmuş, milliyəti azərbaycanlıdır. 05 dekabr 1993-cü il tarixdə vəfat etmiş və Beyləqan rayonu ərazisində yerləşən Peyğənbər adlanan qəbiristanlıqda dəfn olunmuşdur. Aktın doğruluğu Xocavənd rayonu, Tuğ kənd sakinləri X11, X16 və X9 tərəfindən imzalanaraq, Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Tuğ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 388 saylı ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, Ərizəçi mərhum X3nun ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən edilir ki, X13 (1.Vİİ.1920-1993.5.Xİİ) yazılmış baş daşı mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin 16.12.202-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, Beyləqan rayonu X6 qəbiristanlığında X13 (01.Vİİ.1920 - 1993.05.Xİİ) yazılmış baş daşı mövcuddur. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1954-cü ildə doğulmuşdur. İş materiallarında olan AA seryalı 347965 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Xocavənd rayonundan məcburi köçkün düşmüş və Beyləqan rayonunda məskunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşıdır. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, mərhum atası X2 rayonu, Əliqullar kəndində anadan olmuş və 05 dekabr 1993-cü il tarixdə Beyləqan rayonu ərazisində ölmüşdür. Mərhum atası Beyləqan rayonu X6 qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimləri Beyləqan rayonunda məskunlaşdıqları evdə verilmiş, mərhumun dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Atasının vəfatından sonra ailələrinin başı yas mərasiminə qarışdığından, həmçinin məcburi köçkün düşdükləri dövrə təsadüf etdiyindən ölüm şəhadətnaməsi alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə uyğun olaraq, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.11ci maddələrinə müvafiq olaraq, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 01 iyul 1920-ci ildə anadan olmuş X7 05 dekabr 1993-cü il tarixdə Beyləqan rayonu ərazisində ölməsi və Beyləqan rayonu X6 qəbristanlığında dəfn edilməsi sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır, göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 01 iyul 1920-ci il tarixdə İmişli rayonu, Əliqullar kəndində doğulmuş X7 05 dekabr 1993-cü il tarixdə Beyləqan rayonu ərazisində ölməsi faktı müəyyən edilsin və ölüm haqqında şəhadətnamənin verilməsi Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-299/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-299/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver