Məhkəmə qərarları › İş №2(070)-178/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-178/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-178/2025 08.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xocalı şəhər sakinidir və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Onun qardaşı Xocalı şəhər sakini X9 xx.xx.1981-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində anadan oluşdur. Qardaşı xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında kirayə qaldığı mənzildə beyninə qan sızması (beyin insultu) nəticəsində ölmüşdür. Hadisə yerinə Bakı Şəhəri Təcili və X11 Stansiyasının həkim briqadası və polis əməkdaşları gələrək şəxsin öldüyünü bildirmişlər. Bu barədə Bakı Şəhəri Təcili və X11 Stansiyası tərəfindən müvafiq arayış da təqdim olunmuşdur (əlavə olunur). X14 “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi mərhum qardaşı X5 ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişlər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Həmçinin məktubda o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.2-ci maddəsinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Müvafiq Qaydaların 8.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi Azərbaycan Respublikası ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydaların 8.5-ci bəndinə əsasən isə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu faktın müəyyən edilməsi gələcəkdə əmlakla və vərəsəliklə bağlı sənədlərin düzəldilməsi üçün vacibdir. X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsini sənədlər, foto-video çəkilişlər və məhkəməyə gətirəcəyi şahidləri təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, X9 onun dayısı oğludur. X9 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, o, Bakı şəhərində olan zaman ona zəng olunaraq dayısı oğlu Samirin rəhmətə getdiyi bildirilmişdir. X9 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı evdə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-T seriyalı, 108228 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 aprel 1981-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində anadan olmuşdur. X2, anası X6r; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1981-ci il tarixdə doğulmuşdur; V-ЖГ seriyalı, 373394 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1978-ci il tarixdə anadan olmuşdur. X2, anası X4r; Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 410273 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində ölmüşdür; Şuşa rayonu, Daşaltı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İ seriyalı, 980009 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1984-cü il tarixdə Şuşa rayonunun Daşaltı kəndində ölmüşdür; “Bakı Şəhəri Təcili və X11 Stansiyası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə X3 həkiməqədər ölümü qeydə alınmışdır; Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-238/25 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 058980 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X9 27 aprel 1981-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində anadan olmuşdur. X9 17 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınmamışdır. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı X3 ölüm faktını qeydə almaqdan imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 161.1-ci maddəsinə əsəasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir; 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.8-ci maddələrinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar