Məhkəmə qərarları › İş №2(070)-195/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-195/2023

11.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-195/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Cavabdehin Cavabdeh Ehtibar qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Ehtibar qızına qarşı əmlak tələbinə dair mülki işə Xocalı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə qaynatam və qaynanam tərəfindən mənə hədiyyə edilmiş 1 ədəd çəkisi 10 qram, 585 əyyarlı, 6 brilyant qaşlı, dəyəri 1,260 manat qızıl üzük, dəyəri 100 manat olan hamam dəsti və dəyəri 100 manat olan təraş dəsti və ya bu əşyalar olmadıqda onların dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh Ehtibar qızı ilə rəsmi nikahda olmuşlar. Xocalı Rayon Məhkəməsinin 2(070)-294/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilərək cavabdehlə boşanıblar. Ailə həyatı qurduqdan sonra qayınatası və qayınanası tərəfindən ona 1 ədəd çəkisi 10 qram, 585 əyyarlı, 6 briliyant qaşlı, dəyəri 1,260 manat qızıl üzük, dəyəri 100 manat olan hamam dəsti və dəyəri 100 manat olan təraş dəsti hədiyyə edilmişdir. Lakin, cavabdeh evdən çıxıb ata evinə gedəndə həmin əşyaları özü ilə aparmışdır. Bunun onun məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə biləcəyini bildirib. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də o, iclasa gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırlıq iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclası zamanı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi üzrə iddianı qismən qəbul etdiyini, iddianın qızıl üzük və hamam dəsti hissəsi ilə razı olduğunu bildirmişdir. Belə ki, hazırda iddia ərizəsində qeyd edilən üzük və hamam dəsti onlardadır və təqdim etməyə razıdırlar. Lakin, iddia ərizəsində qeyd edilən təraş dəsti mövcud olmamışdır. İddianın qismən təmin olunmasın xahiş etmişdir. Təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, sözü gedən qızıl üzük iddiaçıya hədiyyə olaraq verilmişdir. Ailə Məcəlləsi: Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllə: Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki-Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, cavabdeh tərəfin etirafı ilə təsdiq olunur ki, iş üzrə tərəflər arasında olan nikah və toy mərasimləri zamanı iddiaçıya iddia ərizəsində qeyd edilən nişan üzüyü və hamam dəsti hədiyyə edilmişdir. Həmin əşyaların mövcudluğunu cavabdeh tərəf təsdiq etmiş, qiymətini mübahisələndirməmişdir. Lakin, iddia ərizəsində təraş dəsti qeyd edilsə də, bu dəstin mövcudluğuna dair iddiaçı hər hansı sübut təqdim etməmiş, cavabdeh tərəf isə bunu inkar etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia nişan üzüyü və hamam dəsti hissəsində təmin edilməli, iddia ərizəsində qeyd edilən qızıl zinət əşyası və hamam dəsti, onlar olmadıqda isə dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə isə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Ehtibar qızından 1 ədəd çəkisi 10 qram, 585 əyyarlı, 6 brilyant qaşlı qızıl üzük, olmadıqda onun dəyəri 1,260 (bir min iki yüz altmış) manat və hamam dəsti, olmadıqda onun dəyəri 100 (bir yüz) manat alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar