Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-243/2025 11.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X12 Əliyar oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2024-cü il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə yaşayış dövründə xx.xx.2024-cü il təvəllüdlü X7 adlı bir övladları anadan olmuşdur. Ailə münasibətləri yaxşı olmadığından onlar xeyli vaxtdır ki, ayrı yaşayırlar və həmin zamandan azyaşlı övladları onun himayəsində yaşayır. Lakin Maraqlı şəxs ilə ayrı yaşadıqları gündən bu müddət ərzinə qədər övladının saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. Onun isə maddi imkanı olduqca zəif olduğu üçün övladının bütün tələbatlarını ödəyə bilmir. Hazırda Respublikamızda hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Hal-hazırda hər ay uşağın heç bir tələbatını ödəyə bilmir. Onun isə maddi vəziyyəti olduqca pisdir. Bunun üçün də o, uşağın himayəsində qalması və aliment tələbinə dair ilkin prosedur kimi mediasiya şurasına müraciət etmiş və mediasiya təşkilatından onların işinə baxılması üçün mediator X5 təyin edilmişdir. İlkin mediasiya prosesində maraqlı şəxs onunla ortaq fikrə gələrək birgə yaşayış dövründə dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat məbləğində alimenti birinci tərəfin xeyrinə ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatında öz aralarında barışıq sazişi bağlamışlar. Bunun üçün də barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri bir daha təsdiq etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi” təsdiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 464834 nömrəli, atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs 06 dekabr 2024-cü il tarixdə doğulmuş X3 atası hesab edilmişdir; Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 079668 nömrəli, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır; 21 iyun 2025-ci il tarixli barışıq sazişindən məlum olur ki, tərəflər ilə aparılmış söhbət zamanı mediasiyada qarşılıqlı razılaşaraq, faktiki nikahlarından olan xx.xx.2024-cü il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər. Birgə nikahlarından olan xx.xx.2024-cü il təvəllüdlü X1 görə ikinci tərəfdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin birinci tərəfin xeyrinə ödənilməsinə tam razılaşaraq öz öhdələrinə götürürlər; xx.xx.2025-ci il tarixli, 20952 nömrəli qəbzdən məlum olur ki, 80 manat mediasiya xərci Ərizəçi adlı şəxs tərəfindən ödəmişdir; Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 421062 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, Maraqlı şəxs müəyyən olunmuş aliment məbləğini Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən Ərizəçi 01 avqust 2025-ci il tarixdə haqlı olaraq “Barışıq Sazişi”nin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Barışıq Sazişi”nin 2.1 və 2.2-ci bəndlərinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “Barışıq Sazişi”ndə alimentin nə vaxtdan tutulması ilə bağlı dəqiq tarix göstərilməmişdir. Məhkəmə nəzərə alır ki, tərəflər arasında “Barışıq Sazişi” xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən də alimentin tutulması həmin vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. MPM-in: 108.1 və 108.1.3-cü maddələrinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.6-cı maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir; 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, MPM-in 108.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Maraqlı şəxs dövlət büdcəsinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi” təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(070)-243/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-243/2025
11.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver