Məhkəmə qərarları › İş №2(070)-87/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-87/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-87/2025 08.04.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu X4 20 yanvar 1993-cü ildə Ağdam rayonunun Ergi ərazisində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X14 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, nikahlarını 22 fevral 1991-ci il tarixdə rəsmiləşdirmişlər. Nikahlarından 5 övladları anadan olmuşdur. Uşaqlardan 21 noyabr 1986-cı il təvəllüdlü X8 20 yanvar 1993-cü il tarixdə Ağdam rayonunun Ergi ərazisində vəfat etmişdir. O, Ağdam rayonunun Ergi qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt savadsızlıqdan oğlunun ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda pensiyaya çıxmaq istəyir və ondan oğlunun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edərkən ölümün qeydə alınmasına zəruri sənədlər olmadığı üçün ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Faktın müəyyən olunması ona ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Faktı dəfn və yas mərasimlərində iştirak etmiş şahidlər - Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan X16 və X13 da təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ermənilərin işğalı zamanı onlar bir müddət Ağdam rayonunun Ergi ərazisində yaşamışlar. Həmin vaxt oğlu X4 qızdırması qalxmış və bu səbəbdən X8 20 yanvar 1993cü il tarixdə vəfat etmişdir. Yekunda ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərdi ki, ərizəçi onun arvadıdır. Nikahları 22 fevral 1991-ci il tarixdə rəsmi qeydə alınmış və bu nikahdan onların 5 uşaqları doğulmuşdur. Uşaqlarından 21 noyabr 1986-cı il təvəllüdlü X8 20 yanvar 1993-cü il tarixdə Ağdam rayonunun Ergi ərazisində vəfat etmişdir. X1 rayonunun Ergi qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərdi ki, X6 əvvəldən tanımışdır. Cəfərov Hümbət və Ərizəçi Möhübbət adlı da övladı olmuşdur. X8 20 yanvar 1993-cü il tarixdə Ağdam rayonunun Ergi ərazisində vəfat etmiş və Ergi qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Birbirilərini tanıyırlar. X8 zəif və xəstə uşaq olmuşdur. X8 20 yanvar 1993-cü il tarixdə Ergidə vəfat etmiş və orada yerləşən qəbiristanlıqda dəfn edilmişdir. X4 dəfn mərasimində özü şəxsən iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam rayonu Mərzili kənd soveti tərəfindən verilmiş V-ЖГ seriyalı, 359744 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 arasında nikah 22 fevral 1991-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Cəfərova” soyadı verilmişdir; Xİİ-ЖГ seriyalı, 314703 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 21 noyabr 1986-cı il tarixdə anadan olmuşdur. X5, anası Ərizəçidır; Ağdam RİHB-nin Ergi ərazisi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, X3 rayonunun Ergi ərazisində qeydiyyatsız yaşayır. X9 övladı X8 vəfat etmişdir; Ağdam RİHB-nin Ergi ƏİD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, X8 valideynlərinin dediyinə görə 20 yanvar 1993-cü ildə Ağdam rayonunun Ergi ərazisində vəfat etmiş və Ergi qəbiristanlığında dəfn olunmuşdur; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 69-05/15 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü ildə Ağdam rayonunun Ergi ərazisində vəfat etmiş X4 ölümü ilə bağlı Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 ölümü barədə heç bir məlumat aşkar edilməmişdir. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 151037 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X14 ilə X2 birgə nikahından 21 noyabr 1986-cı il təvəllüdlü X8 doğulmuşdur. X8 20 yanvar 1993-cü il tarixdə Ağdam rayonunun Ergi ərazisində vəfat etmiş, lakin onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınmamışdır. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı X4 ölüm faktını qeydə almaqdan imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 161.1-ci maddəsinə əsəasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir; 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.8-ci maddələrinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu X4 20 yanvar 1993-cü il tarixdə Ağdam rayonunun Ergi ərazisində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu X4 20 yanvar 1993-cü il tarixdə Ağdam rayonunun Ergi ərazisində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar