Məhkəmə qərarları › İş №2(071)-1009/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1009/2025

26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1009/2025 26.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X4 xx.xx.1988-ci ildə anadan olmuş və Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonunun Talış kəndində ümumi xəstəlikdən qəfildən vəfat etmiş və Hacıqabul rayon qəbirstanlığında dəfn edilmişdir. Bütün bunlardan sonra ərizəçi aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etdi. Həmin Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda bildirildi ki, mərhum oğlu X2 adına tərtib edilmiş ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş foto-şəkillər və arayışdan görünür ki, mərhum oğlu X4 həqiqətən də Hacıqabul rayonu, Talış kəndində yaşamış və qeydiyyatda olmuş, xx.xx.1997-ci il tarixdə vəfat etmiş və Hacıqabul rayon qəbirstanlığında dəfin edilmişdir. Odur ki, xx.xx.1988-ci ildə Hacıqabul rayonun Talış kəndində anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonunun Talış kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq oğlunun vəfat etməsi ilə bağlı keçirilən dəfn mərasimi və yas mərasimində iştirak edən şahidlərdə mövcuddurlar. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum oğlu X4 xx.xx.1988-ci ildə anadan olmuş və Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonunun Talış kəndində ümumi xəstəlikdən qəfildən vəfat etmiş və Hacıqabul rayon qəbirstanlığında dəfn edilmişdir. Bütün bunlardan sonra ərizəçi aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etdi. Həmin Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda bildirildi ki, mərhum oğlu X2 adına tərtib edilmiş ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, övladı - xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qəbir daşının foto şəkillərindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-49- 2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1997-ci il tarixdə vəfat etmiş X2 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş 1604 nömrəli arayışdan müəyyən edilir ki, X2 ölümü haqqında Hacıqabul RMX PHŞ-də heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Talış kənd İƏD-üzrə nümayəndəliyindən verilən arayışdan məlum olur ki, Tağıyeva X1 rayon Talış kəndində yaşayır və orada qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşusu və qohumudur. Hazırda onların 4 övladı var. X4 1997-ci ildə vəfat etmişdir. O, kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Onun hazırda 4 övladı var. 1 uşağı vəfat etmişdir. X4 1997-ci ildə xəstəlik səbəbilə vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonunda ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1988-ci il təvəllüdlü X4 ərizəçinin övladıdır. xx.xx.1988-ci il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm xəstəlik səbəbilə baş vermişdir. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi övladı - xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1988-ci il təvəllüdlü X2 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar