Məhkəmə qərarları › İş №2(071)-1010/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1010/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1010/2024 30.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum dayısı xx.xx.1962-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş X2 xx.xx.1992-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1983-cü ildə anadan olmuş, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon məhkəməsinə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-941/2024 saylı qərardadı ilə ərizəsi qismən əsassız olaraq geri qaytarılmışdır. Belə ki, iş materiallarına mərhum dayısı X3 məxsus doğum şəhadətnaməsini iş materiallarına əlavə etmişdir. Lakin, həmin şəhadətnamə iş materiallarında olmasına baxmayaraq, sənədləri əsassız yerə geri qaytarılmışdır. Qeyd edir ki, mərhum dayısı X4 11 noyabr 1962- ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla orada yaşamışdır. 04 dekabr 1992-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində yerləşən fərdi yaşayış evində ümumi xəstəlikdən vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfin edilmişdir. Mərhum dayısının adına daşınmaz əmlak vardır ki bunu vərəsəlik qaydasında sənədləşdirmək istəyirlər. Mərhum dayısı 11 noyabr 1962-ci il təvəllüdlü X4 qeydiyyatda olduğu və yaşadığı Masallı rayonunun Mahmudavar kəndində yerləşən fərdi yaşayış evində ümumi xəstəlikdə vəfat etməsi barədə müvafiq şəhadətnamənin alınması üçün ərizə ilə Azərbaycan Respublikası X9 xidmət mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin Qeydiyyat şöbəsi tərəfindən məktubunda bildirilmişdir ki, mərhum dayısı X2 adına tərtib edilmiş ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa o ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” PHŞ-in Masallı rayon şöbəsinə müraciətində bildirilmişdir ki, mərhum dayısı xx.xx.1962-ci il təvəllüdlü X2 ölümü ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” PHŞ-in Masallı rayon şöbəsinin son 25 ilin qeydiyyat kitablarında hər hansısa bir məlumat yoxdur. Bundan başqa o ərizə ilə Azərbaycan Respublikası Tibbi ərazi bölmələrini idarə etmə birliyi” PHŞnın Masallı rayon Mərkəzi Xəstəxənası PHŞ-nın xx.xx.2024- cü il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, dayısı X2 ölməsi barədə Masallı rayon Mərkəzi Xəstəxənası PHŞ-ya ölüm aktı ilə bağlı müraciə daxil olmamışdır. Ərizəsinə əlavə etdiyi foto şəkillər və arayışdan görünür ki, mərhum dayısı 11 noyabr 1962-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş X4 04 dekabr 1992-ci il tarixdə Masallı rayonunun Mahmudavar kənd qəbirstanlığında dəfin edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb 11 noyabr 1962-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş X2 04 dekabr 1992-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, dayısı xx.xx.1962-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş X2 xx.xx.1992-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi onun qızıdır. X1 isə onun qardaşıdır. Qardaşı R.Səttarov 1962-ci ildə Masallı rayonunda anadan olmuş, xx.xx.1992-ci ildə vəfat etmiş və Masallı rayonunun Mahmudavar kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Ərizəçi onun qızıdır. X8 isə onun qaynıdır. Mərhum R.Səttraovla münasibətləri normal olmuşdur. xx.xx.1992-ci ildə R.Səttarov xəstəlikdən vəfat etmişdir. O, R.Səttarovun yas mərasimində iştirak etmiş və onun Masallı rayonunun Mahmudavar kənd qəbiristanlığında dəfn edilməsində iştirak etmişdir. Hacıqabul rayon məhkəməsinin 2(071)-941/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs X9 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarında olan AZE № 09441218 və AZE № 05969802 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1961-ci il tarixdə doğulmuş X5 və xx.xx.1957-ci il tarixdə doğulmuş X6 iştirak etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.1992-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X4 ərizəçinin dayısıdır. X4 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.1992-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi dayısı xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.1992-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar