Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1013/2024 30.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 xx.xx.2019-cu il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bacısının vəfatından böyük sarsıntı keçirdikləri və qanunu bilmədikləri üçün TTYŞ-nə şöbəsinə müraciət etməmişdir. Hal-hazırda sənədləşmə ilə bağlı problem olduğu üçün ona rəsmi qaydada məhkəməyə müraciət olunması göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum bacısı X5 vəfat etdikdən sonra sarsıntı keçirdiyi üçün heç bir sənədləşmə işləri aparmamışdır. Mərhum bacısı X2 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aygül Talıbova izahatında bildirdi ki, Talıbova Laləzar onun həyat yoldaşının bibisidir. L.Talıbova ankoloji xəstəlikdən 2019-cu ilin fevral ayında vəfat etmişdir.O, L.Talıbovanın yas mərasimində və dəfn edilməsində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəmalə Babayeva izahatında bildirdi ki, Talıbova Laləzar onun qonşusu olmuşdur. Talıbova Laləzar ankoloji xəstəlikdən xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, qonşu kimi L.Talıbovanın yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mirsəriyyə Talıbova izahatında bildirdi ki, Ərizəçi onun yoldaşıdır. X7 ankoloji xəstəlikdən dünyasını dəyişmişdir. İş materiallarında olan AA № 4668224, AA № ******* və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1973-cü il tarixdə doğulmuş X1, xx.xx.1996-cı il tarixdə doğulmuş Aygül Talıbova və xx.xx.1981-ci il tarixdə doğulmuş X3 iştirak etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, 1961-ci il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-36- 2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2019-cu il tarixdə vəfat etmiş X2 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1961-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X5 ərizəçinin bacısıdır. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 1961-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı X2 xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1013/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1013/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver