Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1031/2023 28.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar (maraqlı şəxs Borclu) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Tələbkar (maraqlı şəxs Borclu) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Borclu arasında aliment ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(071)-534/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikahları pozulmuşdur və həmin qətnaməyə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. O, alimentin artırılması tələbi ilə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edib və xx.xx.2022-ci il tarixdə mediator X1, onun və Borclu razılaşmasına əsasən xx.xx.2022-ci il tarixli, "Barışıq Sazişi" tərtib edilmişdir. Barışıq sazişinə əsasən, Borclu ona xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu xx.xx.2022-ci il tarixli "Barışıq Sazişi" ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, ona hər ay ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır. Məhkəmə iclasında ərizəçi Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Tələbkar və Borclu arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 atası Borclu, anası X4r. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-534/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 10 saylı nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X3 anası X2 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Borclu ilə X7 arasında olan nikah ləğv edilmiş, nikah ləğv edildikdən sonra ərə “Əliyev”, arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan Tələbkar və Borclu arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Əliyev X6 Çinarə Çingiz qızı ilə nikahından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti Tələbkar ödəməyi öhdəsinə göötürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağın saxlanılması üçün hər ay 160 manat ödənilməli olan sabit pul məbləğində aliment Borclu tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Borclu birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın sonunadək 160 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Tələbkar və Borclu arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(071)-1031/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1031/2023
28.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver