Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1034/2024 30.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1987-ci il tarixdə Hacıqabul rayonunda ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ərizəçinin anasıdır və o, 03 iyul 2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X10 da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ərizəçi hazırda valideynlərinin yeganə vərəsəsidir və o, valideynlərindən miras qalmış Hacıqabul şəhəri, Əliağa Vahid küçəsi 146-da yerləşən miras evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət edən zaman ona məlum olmuşdur ki, ərizəçinin xx.xx.1971-ci il təvəllüdlü mərhum X2 xx.xx.1987-ci ildə ölmüş olsa da onun ölümü qeydiyyat şöbəsində qeydə alınmamışdır. Bu səbəbdən də ərizəçi mərhum X1 ölüm faktının Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında qeydə alınıb-alınmaması barədə ərizə ilə müraciət etsə də, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən X7 ölüm haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Ərizəçinin valdeynlərinin nikah haqqında şəhadətnaməsindən və ərizəçiyə və X2na məxsus doğum haqqında şəhadətnamədən də görünür ki, onların ataları X10, anaları isə X4r. Eyni zamanda, ərizəçinin qohumları və şahidlər X5, X12 və s. də X7 26 iyun 1987-ci il tarixdə Hacıqabul şəhərində valdeynləri ilə birlikdə yaşadığı Hacıqabul rayonunda”Ozer”deyilən ərazidə çimərkən boğulub ölməsini və Hacıqabul rayon qəbristanlığında dəfn olunmasını məhkəmə zamanı gəlib təsdiq edə bilərlər. Eyni zamanda ərizəçinin mərhum qardaşının üzərində şəkili olan qəbir daşının şəklini də ərizəyə əlavə etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilmir və qeyd edilən sənədin bərpası mümkün deyildir. Bu səbəbdən də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, anası vəfat etdikdən sonra evinin sənədlərində problem yaranmışdır. X2 Şirvan şəhər yaıxnığında olan göldə çimərkən suda boğularaq ölmüşdür. X1 xx.xx.1987-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X14 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin qardaşı 1987-ci ilin iyun ayında göldə çimərkən boğularaq ölmüşdür. O, məhruhum yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin atası, anası və qardaşı rəhmətə getmişdir. X2 1987-ci ilin yayın Şirvan şəhərinin yaxınlığında yerləşən göldə çimərkən boğularaq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, ərizəçinin dayısı qızıdır. Dayısı və yoldaşı vəfat etmişdir. Mustafayev Elşən yəni dayısı oğlu isə xx.xx.1987-ci il tarixdə göldə çimərkən boğularaq ölmüşdür. İş materiallarında olan AZE № 16098567, AZE № 05971635 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: xx.xx.1956-ci il tarixdə doğulmuş X12, xx.xx.1949-cu il tarixdə doğulmuş X5 və xx.xx.1970-ci il tarixdə doğulmuş X8 iştirak etmişdir. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, 1971-ci il təvəllüdlü X13 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-33- 2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1987-ci il tarixdə vəfat etmiş X7 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1971-ci il təvəllüdlü X7 xx.xx.1987-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X13 ərizəçinin qardaşıdır. X13 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X7 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasının adına olan daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşmə işlərinin aparılması üçün lazım lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 1971-ci il təvəllüdlü X7 xx.xx.1987-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1 xx.xx.1987-ci il tarixdə Hacıqabul rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1034/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1034/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver