Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1093/2023 20.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 xx.xx.2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı X3 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bacısının ölümündən sonra böyük sarsıntı keçirən ailəsi, bu günə kimi ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda lazım olan sənədləri əldə etmək üçün və onlara qalan torpaq sahəsini rəsmiləşdirmək üçün müəyyən orqanlara müraciət etmiş, ona bildirmişlər ki, mərhum bacısının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bacısının ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilmədiyi üçün məsələ ilə əlaqədar aidiyyatı orqanlara müraciət etsə də məhkəməyə müraciət etməsini nəzərinə çatdırıblar. Mərhum bacısı Hacıqabul rayon Muğan qəsəbə qəbirastanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, onun bacısı X3 xx.xx.2001-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Həmin vaxtı səhlənkarlıq səbəbindən bacısının ölməsinə dair sənədi əldə etməmişlər. Mərhum bacısının mülkiyyətində 0,07 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair vərəsəlik məsələlərini həll etmək üçün bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ağasahib onun böyük qardaşıdır. Bacısı Nazilə 2001-ci ildə vəfat etmiş və vəfat edənə qədər atasının evində yaşamışdır. X10 kənd qəbirstanlığında dəfn edilmişdir. Bacısının yas mərasimində də iştirak etmişdir. Bacısı ailə həyatı qurmamışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ağasahib onun qardaşıdır. Bacıları Nazilə 20 ildən artıqdır ki, vəfat edib. Mərhum bacısı vəfat edəndə onun 29 yaşı olardı. Bacısı ölməmişdən 15 gün əvvəl vəziyyəti pisləşmiş və sonra vəfat etmişdir. X8 kənd qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə, Şamaxı rayon Cəyirli kəndində doğulmuş Ərizəçi, Hacıqabul rayon Muğan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan qəbirdaşının foto şəkillərindən görünür ki, xx.xx.1972-ci il tarixdə doğulmuş X3 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 87/05-70 saylı, xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, xx.xx.1972-ci il tarixdə doğulmuş X2 ölüm haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin onun ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayon Muğan qəsəbəsində yaşamış xx.xx.1972-ci il təvəllüdlü X2 ölümü haqqında Hacıqabul rayon Mərkəzi Xəstəxanasında heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan JN-766A, KOD 91000018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, X2 mülkiyyətində Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində 0,07 ha həyətyanı torpaq sahəsi vardır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1972ci il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X3 ərizəçinin bacısıdır. X3 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan fotoşəkillər və sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün onun ölümü təsdiq edən tibbi şəhadətnaməni alınmamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum bacısının mülkiyyətində olan torpaq sahəsinə dair vərəsəliklə bağlı müvafiq sənədləşmə işlərinin aparılması üçün lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-1093/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1093/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver