Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1104/2024 20.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat dəyərində qızıl-zinət əşyaları və ya onların eynisinin və ya dəyərinin, 90 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun iş üzrə Cavabdeh ilə xx.xx.1954-cü il tarixdə rəsmi nikahlarından 4 övladları olmuş, ailə nikah münasibətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılmışlar. Hal-hazırda ayrı-ayrılıqda yaşayırlar. Məlumat üçün bildirir ki, 2024-cü ilin sentyabr ayının 5-də yaşadığı fərdi yaşayış evindən iş üzrə Cavabdeh onun xəbəri olmadan ona məxsus 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü, şəxsiyyət və pensiya kartını oğurlamışdır. Daha sonra o aidiyyəti üzrə polis şöbəsinə şikayət ərizəsi verdikdən sonra, Hacıqabul rayon PŞ-nin xx.xx.2024-cü il tarixli, HK-1/1084 nömrəli qərarı ilə müvafiq araşdırma aparılmış və Cavabdeh ona məxsus şəxsiyyət vəsiqəni və pensiya kartını geri qaytarsada, 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü qərəzli olaraq geri qaytarmaqdan imtina etmişdir. Səbəbini isə bildirmişdir ki, guya onun cavabdehə 60.000 ABŞ dolları məbləğində pul borcu vardır. Qeyd edir ki, o uzun müddət Rusiya Federasiyasında işləyərək pul qazanıb, iş üzrə cavabdeh və 4 övladını saxlamışdır. Halhazırda sol gözü tamamilə görmədiyi, sağ gözü isə 20 faiz gördüyü üçün işləyə bilmir və Qarasu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Əlavə olaraq bildirir ki, ürəyindən 2 dəfə əməliyyat olunmaqla, diabetli şəkər xəstəsidir. Hal-hazırda iş üzrə Cavabdeh olan tələb etdiyi 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyünün qiyməti aşağıdakı kimidir. 1) Rusiya istehsalı, 583 əyyarlı, qədimi kişi üzüyü, təxmini çəkisi -15 qram olmaqla, qiyməti 1420 manat. 2) Rusiya istehsalı, 583 əyyarlı, qədimi kişi saatı təxmini çəkisi 62 qram olmaqla, qiyməti 5580 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, hazırda cavabdeh ona məxsus 7000 manat dəyərində 1 ədəd qıqzıl saat və 1 ədəd qızıl üzüyü götürərək naməlum şəxslərə satmışdır. Bununla əlaqədar həmin əşyaların dəyərinin yəni, 7000 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh ərizi lə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyi bildirərək, cavabdehə məxsus 7000 manat dəyərində 1 ədəd qıqzıl saat və 1 ədəd qızıl üzüyü götürərək naməlum şəxslərə satdığını etiraf etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında mövcud münasibətlər əmlakın qanunsuz sahiblikdən tələb edilməsi ilə əlaqədar yaranmış mülki münasibətlərdir. Belə ki, iddiaçı tərəfindən verilən iddia ərizəsinin mahiyyəti özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsindən ibarətdir, yəni iddia ərizəsi mahiyyətinə görə vindikasiya iddiasıdır. İşdə olan sənədlərlə, tərəfin izahatından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh ailə nikah münasibətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılmışlar. xx.xx.2024-cü ildə yaşadığı fərdi yaşayış evindən iş üzrə Cavabdeh onun xəbəri olmadan ona məxsus 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü, şəxsiyyət və pensiya kartını oğurlamışdır. Daha sonra o aidiyyəti üzrə polis şöbəsinə şikayət ərizəsi verdikdən sonra, Hacıqabul rayon PŞ-nin xx.xx.2024-cü il tarixli, HK-1/1084 nömrəli qərarı ilə müvafiq araşdırma aparılmış və Cavabdeh ona məxsus şəxsiyyət vəsiqəni və pensiya kartını geri qaytarsada, 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü qərəzli olaraq geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh bundan sonra 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü naməlum şəxslərə 7000 manata satmışdır. Hazırda həmin əşyalar cavabdeh tərəfindən qanunsuz şəkildə özgəninkiləşdirilmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi göstərilən qızılzinət əşyalarının ona məxsus olması, lakin həmin əşyaların cavabdehin yaşadığı evdə qalması məhkəmə iclasında tərəflərin izahatları ilə sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasaən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin əşyalar iddiaçıya məxsus olduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Mülki Məcəlləsinin 157.2-ci maddələrinə əsasən həmin əşyalar yalnız iddiaçının əmlakıdır və buna görə də o, göstərilən əmlakların mülkiyyətçisi olaraq onları cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsinin predmeti olan 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü cavabdeh tərəfindən özgəninkiləşdirildiyi üçün, həmin əşyaların özləri deyil onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1104/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1104/2024
20.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver