Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-114/2025 21.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “lazımi keyfiyyətdə olmayan əmlakın geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lazımi keyfiyyətdə olmayan əmlakın geri qaytarılması" tələbinə dair iddia əizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən lazımi keyfiyyətli olmayan əmlakın yəni ** CV *** dövlət qeydiyyat nişanlı, “BMW 528” markalı avtomobilin Cavabdeh geri qaytarılması və həmin avtomobilin barter yolu ilə əvəzində verilmiş ** CK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz ML 350” minik avtomobilinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə razılaşaraq mülkiyyətində olan 90CK950 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” ML350 minik avtomobilinə olan hüquqları Cavabdeh xx.xx.2024-cü il tarixli etibarnamə əsasında ötürmüşdür.Cavabdeh sözügedən avtomobilin əvəzinə iddiaçıya pul əvəzinə yəni barter yolu ilə , 1998-ci il istehsalı olan 77CV423 dövlət qeydiyyat nişanlı BMW 528 markalı avtomobil və 1000 (bir min) manat pul vermişdir.Tərəflər öz aralarında barter yolu ilə alqısatqı edərək etibarnamə ilə hüquqları bir-birlərinə ötürmüşlər. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehdən aldığı 77CV423 dövlət qeydiyyat nişanlı BMW528 markalı avtomobillə Kürdəmir rayonuna istiqamət götürərkən avtomobildə birdən-birə nasazlıq yaranmışdır.İddiaçı bu barədə dərhal cavabdehə məlumat vermiş,lakin Cavabdeh maşında baş vermiş hər hansı bir problemlərə görə məsuliyyət daşımadığını deyərək iddiaçının üzünə telefonu bağlamışdır. İddiaçı birtəhər evakuatorun köməkliyi ilə avtomobili Kürdəmir rayonuna gətirərək ustaya göstərmiş və usta ona “BMW 528” markalı avtomobilin istismara yararlı olmadığını demişdir. Bundan sonra iddiaçı avtomobili "xxxx" ASC-yə aparmış, cəmiyyətin mütəxəssisi və kənardan mütəxəssis dəvət olunmaqla DME idarəetmə blokunun özünün diaqnostikası nasazdır Oksigen sensoru ilə nəzarət həddi, silindr 4-6 nasazdır, Selektor qolu mövqeyi L1, Selektor qolu mövqeyi L2, Can sürətləndirici pedalının qurulması dəqiq işləmir. Mütəxəssislər tərəfindən avtomobilə tam baxış keçirilərək,ümumilikdə avtomobilə bazar qiymətilə 6300 (altı min üç yüz) manat dəyərində təmir və bərpa qiymət təyin edilmişdir. İddiaçı bu barədə cavabdehdən öz avtomobilini geri istəyərək yarasız halda olan 77CV423 dövlət qeydiyyat nişanlı BMW 528 markalı avtomobili geri qaytarmaq istədiyini desə də, cavabdeh ona hədə-qorxu gəlmiş və artıq Mercedes Benz markalı 90CK950 dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satıldığını demişdir.Göstərilən bütün bu məsələlər üç gün ərzində yəni xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə baş vermiş,iddiaçı etibarnaməni dərhal ləğv etdirmiş və öz avtomobilini geri ona qaytarılmasını tələb etmişdir. Vəkil tərəfindən AR DİN DYPİ-yə xx.xx.2024-cü il tarixli 74 nömrəli verilən məktuba cavab olaraq Cavabdeh qeydiyyatda olan,qeydiyyatdan çıxarılan və etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə mövcud olan məlumatlarda sözügedən hər iki avtomobil barədə məlumatlara rast gəlinməmişdir. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək avtomobili iddiaçıya qaytarmaqdan imtina etmişdir. iddiaçı cavabdeh tərəfindən aldadıldığını başa düşərək DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini rədd edir və əmlakı geri qaytarmaq niyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin, iş materiallarında ola sübutları araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -’’Elektron notariat” X1 çıxarışdan müəyyən edilir ki, İddiaçı “Mercedes Benz ML350” Minik markalı , İstehsal ili: 2003, Mühərrik №: **********3490, BAN №: 4JGAB57E03A443658 olan avtomobili etibarnamə əsasında Cavabdeh etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. - ’’Elektron notariat” X1 çıxarışdan müəyyən edilir ki, Cavabdeh “BMW 528” Minik markalı , İstehsal ili: 1998, Mühərrik №: 34708422, BAN №: WBADD610X0BR34255 olan avtomobili etibarnamə əsasında İddiaçı etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. - “X3 Səhmdar Cəmiyyəti” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 188/62 nömrəli ziyan aktından müəyyən edilir ki, cəmiyyətin mütəxəssisi və kənardan mütəxəssis dəvət olunmaqla avtomobilə baxış keçirilmiş və nəticə olaraq avtomobildə bir çox nasazlıqlar aşkar olunmuşdur. Odur ki, mütəxəssislər tərəfindən avtomobilə tam baxış keçşirilərək, ümumilikdə avtomobilə bazar qiyməti ilə 6.300 (altı min üç yüz) manat dəyərində təmir və bərpa xərci təyin edilmişdir. - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə ekspertiza rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 3-16-16/2-8/578/2025 saylı “ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə texniki-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yol-nəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yol-nəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Ona görə də, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının həll etdiyi məsələrə aid deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimaf’ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə ekspertiza rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0221 saylı hesabatı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qərardadın birinci sualı üzrə aparılmış araşdırma və təhlil nəticəsində avtomobilə dəymiş zərərin 5400 manat olaraq müəyyən edilmiş, qərardadın 2, 3 və 4-cü sualları nəqliyyat vasitəsinin texniki vəziyyəti, texniki nasazlıqların yaranma dövrü və onların idarəetmə zamanı aşkar olunub-olunmaması ilə bağlıdır. Sözügedən məsələlər xüsusi texniki ekspertiza bilikləri tələb etdiyindən, giymətləndiricinin bilik və səlahiyyət dairəsinə aid olmadığından cavablandırılmamışdır. - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə xüsusi-texniki ekspertizası təyin edilmiş və məhkəmə ekspertiza rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8 dekabr 2025-ci il tarixli, 3-16-16/2-8/2720/2025 saylı “ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə texniki-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yol-nəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yol-nəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Ona görə də, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının həll etdiyi məsələrə aid deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimaf’ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə müstəqil mütəxəssis cəlb edilmiş və mütəxəssis rəyinin alınması “X4 və Ticarət” müəssisəsinin mütəxəssislərinə həvalə olunmuşdur. - “X4 və Ticarət” müəssisəsinin xx.xx.2026-cı il tarixli məktubu həmin tarixdə məhkəməyə daxil olmuşdur. Məktubda qeyd edilir ki, sözügedən halla bağlı mütəxəssis rəyinin verilməsi onların səlahiyyətlərinə aid olmadığından qərardad icra edilmədən geri qaytarılmışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında şifahi qaydada olaraq alqı-satqı müqaviləsinin bir növü olan dəyişdirmə (barter) müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Cavabdeh ilə razılaşaraq mülkiyyətində olan **- CK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” markalı avtomobilinə olan hüquqları Cavabdeh etibarnamə əsasında ötürmüşdür. Cavabdeh sözügedən avtomobilin əvəzinə iddiaçıya 1998-ci il istehsalı olan **-CV-*** dövlət qeydiyyat nişanlı “BMW 528” markalı avtomobil və 1000 (bir min) manat pul vermişdir. İddiaçı iddia edir ki, “BMW 528” markalı avtomobil ona verilərkən nasaz vəziyyətdə olmuşdur. Bu səbəbdən də öz avtomobilinin geri qaytarılmasını və müqavilədən əvvəlki vəziyyətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.3-cü maddəsinə əsasən dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Həmin Məcəllənin 665-ci maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Belə ki, İddiaçı lazımi keyfiyyətdə olmayan əmlakın geri qaytarılması barədə iddia tələbi irəli sürmüşdür. Sözügedən tələb Azərbaycan Respublikasının MM-nin alqı-satqı müqaviləsinə dair normalarından irəli gəlir və dəyişdirmə müqaviləsi ilə bağlı mülki mübahisələrə də tətbiq oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, müqavilənin tərəfləri əmlakda olan qüsurlar üçün o halda cavabdehdir ki, alıcı əmlakın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. İddiaçı bu halı sübut etmək üçün iş materiallarına “X3 Səhmdar Cəmiyyəti” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 188/62 nömrəli ziyan aktını əlavə etmişdir. Lakin sözügedən akt xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və həmin aktda əmlakın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini əks etdirən heç bir məlumata rast gəlinməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizaların hər biri avtomobilin ehtiyat hissələrində mövcud qüsurların müəyyən edilməsinin vizual baxışla müəyyən edilməsinin mümkün olmadığını bildirmiş, həmin nöqsanların müəyyən edilməsi üçün avtomobil xüsusi müəyyən edilmiş yerlərdə hissələrə bölünməli və hər bir hissənin texniki göstəriciləri nəzərə alınmaqla müstəlif profilli ustalar (mühərrik ustası, sürətlər qutusu ustası, çilingər və sairə) tərəfindən müayinə edilməli, yalnız bundan sonra ümumiləşdirilmiş rəy verilməlidir. “X3 Səhmdar Cəmiyyəti” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 188/62 nömrəli ziyan aktında isə avtomobilin ehtiyat hissələrində aşkar edilmiş nöqsanların müəyyən edilməsi mexanizmi və həmin nöqsanların hansı üsulla aşkar edilməsi qeyd edilməmişdir. Qeyd edilən halla əlaqədar məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş“X3 Səhmdar Cəmiyyəti” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 188/62 nömrəli ziyan aktını mötəbər sübut hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsi tərəfindən məhkəmə xüsusi-texniki, məhkəmə texniki-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Daha sonra mülki iş üzrə müstəqil mütəxəssis cəlb edilmiş və mütəxəssis rəyinin alınması “X4 və Ticarət” müəssisəsinin mütəxəssislərinə həvalə olunmuş, lakin sözügedən qərardadın da icra edilməsindən imtina edilmişdir. Cavabdeh tərəf isə “BMW 528” markalı avtomobilin iddiaçıya verildiyi zaman yararlı vəziyyətdə olduğunu, avtomobilin yararsız vəziyyətə düşməsinin onların təqsiri nəticəsində yaranmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin çəkişmə prinsipinə əsasən sübutetmə yükü hər iki tərəfin üzərinə düşsə də, işin faktiki hallarına uyğun olaraq hazırki mübahisə üzrə sübutetmə vəzifəsi iddia tələbini irəli sürən tərəfin, yəni iddiaçının öhdəsindədir. Sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (avtomobilin ona verilərkən işlək olmaması) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən "xxxx" MMC-nin hesabına ödənilmiş ekspertiza xərcinin əvəzi olan 400 (dörd yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia heç bir faktla təsdiq olunmadığından İddiaçı Cavabdeh qarşı “lazımi keyfiyyətdə olmayan əmlakın geri qaytarılması"na dair iddia tələbi təmin edilə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. "xxxx" MMC-nin hesabına ödənilmiş ekspertiza xərcinin əvəzi olan 400 (dörd yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-114/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-114/2025
21.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver