Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1150/2023 30.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Cavabdeh) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Cavabdeh) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-663/2023 saylı qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. O, mediasiya sessiyasında aliment tələb edib və xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, borclu Cavabdeh ona xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018- ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 50 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu Cavabdeh xx.xx.2023-cü il tarixli "Barışıq Sazişi" ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, ona hər ay ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahat verərək, barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Cavabdeh arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018- ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası Ərizəçidır. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018- ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh Ərizəçi ilə nikahından doğulmuş övladları - xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018- ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağın saxlanılması üçün hər ay 200 manat ödənilməli olan sabit pul məbləğində aliment Cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan doğulmuş dörd uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ayın sonunadək 200 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-00406 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2017ci il təvəllüdlü X2, xx.xx.2018- ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilməlidir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(071)-1150/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1150/2023
30.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver