Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1225/2025 04.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. İddiaçı Ərizəçi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını, ödənilmiş dövlət rüsumunun və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdehin nümayəndəsinin ərizəsindən işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılsın. Qərardaddan, qərardad 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1225/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1225/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver